Qəşəng durna; Gözəl əntiqdurna (lat. Anthropoides virgo) — qəşəng durna cinsinə aid heyvan növü.
Qəşəng durna | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Sinif: İnfrasinif: Klad: Klad: Dəstə: Yarımdəstə: Fəsiləüstü: Fəsilə: Cins: ???: Qəşəng durna |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
Ümumi rəngi göyümtül. Başının yanları, boğazı və boynunun ön hissəsi qaradır. Boynunun qara lələkləri döşünə sallanır. Gözlərinin arxasından bir topa ağ lələk boyununun yanlarına sallanır. Ayaqları qara, dimdiyi sarımtıldır. Diri kütləsi 2-3 kq-dır.
Avropa, Asiya və Afrikada yayılıb. Afrikanın şimalında, Şimali Qafqazda, Qazaxstanda, Sibibirin cənubunda yuvalayır, Şimali Qərbi Afrikada, Fələstin, İraq, Pakistan, Hindistanda, Birmada qışlayır. Azərbaycanda Kür-Araz ovalığında və Acınohur-Ceyrançöl alçaq dağlıq sahələrində rast gəlinir. Azərbaycan ərazisində miqrasiya edənlərin əksəriyyəti martın sonu aprelin əvvəlində köçü başa çatdırırlar. Yazda ilk dəstə 21 martda Samux rayonu ərazisində, 4 fərddən ibarət sonuncu qatar 22 mayda Şirvan milli parkında qeydə aındı. 2002-ci ilin may ayında 1 fərd Naxçıvan şəhəri ətrafında və Samux ərazisində müşahidə edilmişdir. Payızda kütləvi köç avqustun sonundan sentyabrın sonunadək davam edir. Avqustun 28-dən, sentyabrın 7-dək Samuxun Hacılar kəndi ətrafına quşun ümumi sayı 1060 fərd olan 12 qatar yenərək 3-7 gün orada qalmışdır. 2002-ci ildə 16 sentyabr -1 okyabr aralığında Qızılağac qoruğunun Kürdili sahəsində 21-93 fərddən ibarət cənuba uçan qatarlar qeydə alınmışdır. Kürsəngi gölü ətrafında istirahət edən və hər biri 500 fərddən ibarət 2 ən böyük qatar 2006-cı ildə qeydə alınmışdır.
Digər durnalardan fərqli bataqlıq sahələrdə deyil, ot örtüyü hündür olmayan-çöllərdə, yarımsəhralarda məskunlaşır. Eyni zamanda çaylara, göllərə yaxın əkin sahələrində də qidalanır və yuvalayır. Monoqam quşdur. Qışda və miqrasiya vaxtında taxıl, və yabanı. bitkilərin toxumları, eyni zamanda cücülərlə və xırda heyvanları ovlayırlar. Əsasən səhər və axşam saatlarında yemlənir.
Dünyada sayı 230 - 280 min fərd təşkil edir. 2005-2010-cu illərdə yaz-payız köçündə Azərbaycan ərazisində 4 minə yaxın fərd qeydə alınmışdır. 13. 10. 1958-ci ildə Qızılağac Dövlət Təbiət Qoruğunda ötüb keçərkən 84, 1961-1964-cü illərdə Ağgöldə 400, 16. 11. 2000-ci ildə Ceyrançöl-nohur alçaq dağlığında 2 fərdi qeydə alınıb.. Azərbaycan ərazisində yazda miqrasiya edən durnanın sayı 2005-ci ildə 70; 2007-ci ildə 347; 2008- ci ildə 963; 2009-cu ildə 1018; 20010- cu ildə 864 fərd təşkil etmişdir. Payız köçündə isə 2005-ci ildə 1013; 2006-cı ildə 2060; 2007-ci ildə 2102; 2008-ci ildə 3012; 2009-cu ildə 3211; 2010-cu ildə 2087 fərd qeydə alınmışdır.
Yuvalama yerlərində xam torpaqların şumlanıb əkilməsi, kənd təsərrüfatı işləri zamanı yuvaların dağıdılması, yeyilən dənlərdən kütləvi zəhərlənmə, intensiv mal-qara otarılması, çoban itləri tərəfindən olan narahatçılıq və brakonyerlik. Qorunması üçün qəbul edilmiş tədbirlər: ovlanması qadağandır. Qızılağac, Körçay, Turyançay və Samur Dövlət Təbiət Qoruqları, Şirvan və Ağgöl Milli Parkların olması miqrasiyasına müsbət təsir edir. CİTES, Bonn, Bern konvensiyalarına və AEWA sazişinə daxil edilmişdir.
Qorunması üçün məsləhət görülmüş tədbirlər: Yemlənmək, geçələmək və istirahət üçün daimi istifadə etdikləri sahələr yerli ekoloji təşkilat və bələdiyələr tərəfindən nəzarətə götürülməli, əhali arasında təbliğat işi aparılmalıdır.