Gözəl bugenvilleya (lat. Bougainvillea spectabilis) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin niktaginkimilər fəsiləsinin bugenvilleya cinsinə aid bitki növü.
Gözəl bugenvilleya | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Triba: Cins: Növ: Gözəl bugenvilleya |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Vətəni Cənubi Amerikadır. Braziliyada geniş yayılmışdır. Qərbi Avropanın cənub rayonlarında bəzək bitkisi kimi məşhurdur. Qafqazın Qara dəniz sahillərində (Suxumi, Batumi), açıq şəraitdə, zədələnmiş halda qışlayır. Suxumi və Adlerdə tək-tək nümünələrinə təsadüf edilir.
Çox tez böyüyən liandır. Hündürlüyü 10 m-ə qədər olur. Çiçəkləri iri süpürgə şəklində birillik budaqlar üzərində əmələ gəlir. Budaqları əyilmiş tikanlara malikdir. Yarpaqları enli, yumurtaşəkilli, qaidəsi ürəkvari, sıx tüklü, 6-12 sm uzunluqdadır. Çiçəkaltlıqları ürəkvari sivriləşmiş, bənövşəyi, açıq çəhrayı, qırmızı və ya yaşılımtıl açıq çəhrayıdır. Çiçəkləri çiçəkaltlıqların qoltuğunda 2-3 ədəd yerləşmişdir.
Quru havaya və qaza davamsızdır. Şaxtadan çox əziyyət çəkir.
Abşeronda mədəni şəraitdə becərilir.
Ən gözəl dekorativ bitkilərdəndir. Bugenvilleya Bakıda küləkdən mühafizə olunmuş yerlərdə, yarımkölgə şəraitində yaşıllaşdırmada istifadə edilə bilər.