Gözəlcə Qasım Paşa

Gözəlcə Qasım Paşa (ö. 1553) — Yavuz Sultan SəlimSultan Süleyman Qanuni səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi.[1]

Gözəlcə Qasım Paşa
جميل محمود باشا
ƏvvəlkiÇoban Mustafa Paşa
SonrakıXain Əhməd Paşa
Şəxsi məlumatlar
Vəfat tarixi
Vəfat yeri Gelibolu, Osmanlı imperiyası

Doğum tarixi və əsli haqqında məlumat yoxdur. Dəvşirmə olaraq Sultan Bəyazid dönəminin sonlarında Əndəruna alınaraq yetişdirilmişdir. Bir rəvayətə görə, sultanın nəvəsi Şahzadə Süleymanla birlikdə böyümüş və onunla süd qardaşı olmuşdur. Yavuz Sultan Səlimin taxta çıxmasının ardından riqabdar ağalığına gətirilmiş, bu vəzifədə ikən sultanın Misir səfərinə qatılmışdır. Mərcidabık döyüşündən sonra (1516) Həma, ardından Trablusşam sancaqbəyi təyin edildi. Bu əsnada Beyrut bölgəsindəki ibn Hanəş və Dəməşq hakimi Canbərdi Qəzainin üsyanlarının yatırılmasında önəmli rol oynamışdır.[2][3]

1521-ci ildə birlikdə böyüdüyü Sultan Süleymanın taxta çıxışı ilə Hələb sancaqbəyi təyin edilən Qasım Paşa daha sonra Qaraman, ardından Anadolu bəylərbəyliyinə gətirildi. Ertəsi il (1522) baş tutan Rodos səfərinə bu ünvanla qatıldı. Mühasirə əsnasında qalanın cənub bürclərindən birini ələ keçirən Qasım Paşa fəthdən sonra qalanın bərpası ilə vəzifələndirilmişdir. Ardından Çoban Mustafa Paşanın yerinə Misir bəylərbəyliyinə gətirilsə də, ikinci vəzir Xain Əhməd Paşanın paytaxtdan uzaqlaşdırılması məqsədilə buraya təyin edilməsiylə bir ay sonra paytaxta geri döndü.[4]

İstanbula döndükdən sonra kaptan-ı dərya olan Qasım Paşa sultanın 1526-cı ildəki Macarıstan səfəri əsnasında İstanbulun mühafizəsi ilə vəzifələndirilmişdir. Səfərin ardından Rumeli bəylərbəyliyinə, 1529-cu ildə isə üçüncü vəzirliyə gətirilən Qasım Paşa həmin il baş tutan Avstriya səfərinə də qatıldı. İraqeyn səfəri əsnasında Parqalı İbrahim Paşanın edamı və Ayaz Mehmed Paşanın sədarətə yüksəlməsi ilə ikinci vəzirliyə yüksəldi. Ancaq acgözlüyü və rüşvətxorluğu səbəbilə vəzirlikdən alınaraq Moreya sancaqbəyliyi ilə paytaxtdan uzaqlaşdırılmışdır.[5]

1537-ci ildə Moreya yarımadasının şimal-şərqinin fəthiylə vəzifələndirilsə də, bunda uğurlu olmamış, bölgə 1540-cı ildə imzalanan Osmanlı-Venesiya sülhü ilə ələ keçirilmişdir.[6] Qasım Paşa 1541-ci ildə təqaüdə ayrılmış, tutduğu vəzifələrdə uğurlu olmadığı üçün paytaxta gəlməsi qadağan edilmişdir. 1553-cü ildə bəzi mənbələrə görə Moreyada[7], bəzilərinə görə isə Gəliboluda[8] vəfat etmişdir.

Xeyirxah şəxsiyyəti ilə tanınan Gözəlcə Qasım Paşa İstanbul boğazının bir tərəfini Sultan Süleymanın əmriylə abadlaşdırmış və Anadoludan xeyli əhalini buraya köçürmüşdür. Bu bölgə bu gün də məhz onun adıyla anılmaqdadır. Burada öz adına inşa etdirdiyi məscid, mədrəsə, imarət və hamamdan ibarət külliyyəsi yerləşir.[9] Ailəsi haqqında məlumat olmayan Qasım Paşanın Nəfisə adlı bir qızının olduğu, onun tərəfindən həmin məhəllədə bir məktəb inşa edildiyi və özünün də burada dəfn edildiyi məlumdur.

  • İbn İyâs, Bedâʾiʿu’z-zühûr, V, 390-391;
  • Matrakçı Nasuh, Sefer-i Irâkeyn, s. 281-282;
  • Rüstem Paşa, Târih, İÜ Ktp., nr. 2438, vr. 179b, 189b;
  • Celâlzâde, Tabakātü’l-memâlik, tür.yer.;
  • Feridun Bey, Münşeât, I, 472, 479, 529, 567, 592;
  • Hoca Sâdeddin, Tâcü’t-tevârîh, II, 340, 382 vd.;
  • Atâî, Zeyl-i Şekāik, s. 24, 103, 104;
  • Peçuylu İbrâhim, Târih, s. 28-29, 79, 82;
  • Solakzâde, Târih, s. 413, 475;
  • Evliya Çelebi, Seyahatnâme, I, 416 vd.;
  • Müneccimbaşı, Sahâifü’l-ahbâr, III, 479;
  • Ayvansarâyî, Hadîkatü’l-cevâmi‘, I, 4;
  • Hammer (Atâ Bey), V, 26, 194 vd.;
  • Sicill-i Osmânî, IV, 46-47;
  • Danişmend, Kronoloji, II, 22, 29, 47, 105-106, 143;
  • Faruk Sümer, “Kasım Paşa, Güzelce”, İA, VI, 386-388;
  • a.mlf., “Ḳāsim Pasha, Güzeld̲j̲e”, EI2 (Fr.), IV, 751.
  1. Âlî, Künhü’l-ahbâr, İÜ Ktp., TY, nr. 5959, vr. 242b, 246a-b, 269b;
  2. Seyyid Muhammed es-Seyyid Mahmud, XVI. Asırda Mısır Eyâleti, İstanbul 1990, s. 76, 81, 82-83;
  3. Lutfî Paşa, Târih (nşr. Âlî Bey), İstanbul 1341, s. 306, 315, 316, 389;
  4. a.mlf., “Venedik Devlet Arşivindeki Vesikalar Külliyatında Kanuni Sultan Süleyman Devri Belgeleri”, TTK Belgeler, I/2 (1964), s. 203-204;
  5. Gökbilgin, Edirne ve Paşa Livâsı, s. 48, 63, 64, 74, 75, 76, 435-436;
  6. Nejat Göyünç, “XVIII. Yüzyılda Türk İdaresinde Nauplia (Anabolu) ve Yapıları”, İsmail Hakkı Uzunçarşılı’ya Armağan, Ankara 1976, s. 462-463;
  7. Atâî, s. 104
  8. Ayvansarâyî, I, 4
  9. Abdülkadir Özcan, “Mimar Sinan’a Siparişte Bulunanlar”, Mimarbaşı Koca Sinan Yaşadığı Çağ ve Eserleri, İstanbul 1988, I, 137-138;