Gülçin Abdullayeva

Gülçin Gülhüseyn qızı Abdullayeva (20 yanvar 1947) — riyaziyyat üzrə fəlsəfə doktoru, Dosent, AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun 1.7 saylı İnformasiyanın intellektual emalı sistemləri Laboratoriya rəhbəri. [1] [2] [3]

Gülçin Abdullayeva
Gülçin Gülhüseyn qızı Abdullayeva
Doğum tarixi (77 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Elm sahəsi riyaziyyatçı
Elmi dərəcəsi Fizika-riyaziyyat elmləri namizədi
Elmi adı dosent
İş yeri AMEA-nın İdarəetmə Sistemləri İnstitutu
Təhsili Azərbaycan Dövlət Universiteti
Üzvlüyü
isi.az/az/content/101
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Gülçin Abdullayeva 20 yanvar 1947-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1965-ci ildə məktəbi qızıl medalla bitirib Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olub, 1970-ci ildə oranı riyaziyyatçı ixtisası üzrə bitirmişdir. 1970-ci ildən iş fəaliyyətinə Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunda kiçik elmi işçi vəzifəsindən başlamış, aspiranturanı bitirdikdən sonra 1979-cu ildə “Sinqulyar inteqralların requlyarlaşdırılması” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 1974-cü ildən başlayaraq BDU, ATU və respublikanın digər ali məktəblərində riyazi analiz, tibbi kibernetika, ali riyaziyyat, informatika, süni intellekt, intellektual sistemlər fənnlərindən dərs deyir. 1981-ci ildən başlayaraq baş elmi işçi, qrup rəhbəri, sektor rəhbəri, laboratoriya rəhbəri vəzifələrində işləmişdir. 2000-ci ildən dosentdir. Hazırda AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda “İnformasiyanın intellektual emalı sistemləri” laboratoriyasının rəhbəri vəzifəsində çalışır. Ailəlidir, iki oğlu var.

Əmək və elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Elmi əsərlərin sayı

[redaktə | mənbəni redaktə et]
  • Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı: 129
  • Xaricdə çıxmış elmi əsərlərinin sayı: 57
  • Respublikada çıxmış elmi əsərlərinin sayı: 63
  • Konfrans məruzələri və tezislər sayı: 38
  • Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı: 5
  • Kadr hazırlığı: 6-müdafiə edib və 4-dissertant hazırlaşdırılır

Əsas elmi nailiyyətləri

[redaktə | mənbəni redaktə et]

2004-2005-ci illərdə Kanada Beynəlxalq Səhiyyənin İnkişafı Təşkilatının qrantını alıb. 2005-ci ildə «Ortopediyada cərrahi əməliyyatı seçən və çeşidləyən «Intet-Sys» intellektual sistemi» mövzusunda AMEA-nın Rəyasət Heyəti qarşısında məruzə ilə çıxış etmiş və elmi məruzəyə aid olan materialların monoqrafiya şəklində çap olunmasına qərar verilib (16 iyun 2005-ci il Qərar №14/1). 2005-ci ildə elmi fəaliyyətinə görə «Tərəqqi» Dövlət medalı ilə təltif olunub. Həmin ildə Ümumdünya İntellekt Mülkiyyəti Təşkilatı(Cenevrə) tərəfindən mükafatlandırılıb. «Qeyri-xətti dünya və qadınlar» Beynəlxalq İctimai Təşkilatının üzvüdür. 2003-cü ildən D 01.121 dissertasiya Şurasının elmi seminarının elmi katibidir. 112 elmi əsərin,5 monoqrafiyanın, 4 preprintin, 2 avroasiya və 3 Respublika patentinin müəllifidir. 18 əsəri xaricdə çıxmışdır. G.G.Abdullayevanın aldığı son elmi nəticələr 2005-2006-cı illərdə AMEA-nın Fizika-riyaziyyat va texnika elmləri bölməsinin hesabatına daxil edilib. Əsas elmi istiqamət – diaqnostika və monitorinq intellektual informasiya sistemlərinin işlənməsi və xalq təssərrüfatının müxtəlif sahələrində tətbiqidir. Obrazların tanınması sahəsində ərəb qrafikasında olan əlyazmalarının tanınması və tərcüməsi, azərbaycan əl xalılarının tanınma və identifikasiya sistemi, neftayırma sənayesində rast gələn peşə xəstəliklərinin proqnoz sistemi, travmatologiya və ortopediyada operativ müdaxilənin seçim sistemi, toksikologiyada ilan zəhəri, dəm qazı və digər 15 toksiki maddə ilə zəhərlənmə prosesinin riyazi modelləri və diaqnostika, monitorinq sistemləri, neftçıxarma sənayesi avadanlıqlarının texnoloji vəziyyətinin diaqnostikasının intellektuallaşdırılması, neft-qaz yataqlarının məsələləri üçün qərar qəbuletmə inteqrasiyalı ekspert sistemi, və s. 2004-2005-ci ildə “South Caucasus Health Information Project Canadian Society for International Health”-un layihəsi çərçivəsində qrant müsabiqəsinin qalibi olmuşdur, 3 monoqrafiya dərc etmişdir.

Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü

[redaktə | mənbəni redaktə et]
  1. 2003-cü ildən “Нелинейный мир и женщины” Beynəlxalq cəmiyyətinin üzvü
  2. “Симметрии: теоретический и методический аспекты” Rusiyada hər il keçirilən Beynəlxalq Simpoziumun Elmi Komitəsinin üzvü
  3. “Современные проблемы науки и образования” Ukraynada hər il keçirilən Beynəlxalq məktəb-konfransın Elmi Komitəsinin üzvü

Pedaqoji fəaliyyəti

[redaktə | mənbəni redaktə et]
  • 1973-cü ildən Respublikanın Ali Məktəblərində riyazi analiz, süni intelleкt və s. fənnlərdən dərs deyir (BDU, ATU). Hazırda AzMİU-də İnformasiya texnologiyaları və sistemləri kafedrasının dosentidir.
  • 2005-ci ildə “Tərəqqi” Dövlət medalı ilə təltif olunub;
  • Ümumdünya İntellekt Mülkiyyəti Təşkilatı tərəfindən mükafatlandırılıb;
  • 2017-ci ildə “İlin Alimi” adına layiq görüldü. [4]

129 qədər elmi iş çap olunub, o cümlədən:

  1. Abdullayeva G.G., Kərimov S.H., Mirzəyev A.S. Development of system that analyzes and forecasts the epidemiology of mycoses; Məqalə; The scientific heritage  Macarıstan, 2018, №22, s.3-8;
  2. Abdullayeva G.G., Kərimov S.H., Mirzəyev A.S. Respublikanın müxtəlif regionlarında mikozların epidemiologiyasının proqnozu və analizi (Gəncə və Kürdəmir şəhərləri üzrə); Məqalə; AMEA Xəbərləri, İnformasiya və idarəetmə problemləri, cild XXXVI, №6, s.61-69, 2016;
  3. Abdullayeva G.G., Alışzadə N.O. Neuro-fuzzy system of processing of signals for vibrodiagnostics of the turbo-unit; Məqalə; The scientific heritage ISSN 9215 — 0365, №22(22)/2018  Macarıstan, s.34-40;
  4. Абдуллаева Г.Г., Исмаилов И.А. Разработка структурной экспертной системы; Məqalə; «Austria-science»  №11/2018, с.29-34;
  5. Abdullayeva G.G., Alizadə Ü.M., Qurbanova N.H. Ultrasəs  müayinələrində qapali törəmələrin taninma və identifikasiya siste-minin işlənməsi; Məqalə; AMEA Xəbərləri, İnformasiya və idarəetmə problemləri, cild 2018;
  6. Abdullayeva G.G., Mirzazadeh I.H. Orqanization of monitorinq for toxic poisonings; tez; COIA-2018 Proceedıngs of the 6th International conference on Control and Optimization with Industrial Applications, Baku, Azerbaijan vol.II, pp.20-23;
  7. Абдуллаева Г.Г., Меликзаде З. Проблемы штанговых глубинно-насосных установок: нейронные сети диагностики технического состояния нефтедобывающего оборудования; Məqalə; Межд.Симпозиум «Методы измерений и математическое моделирование физических процессов: биофотоника, оптика и радиолокация 2018», c.31-39;
  8. Абдуллаева Г.Г., Гидаятзаде С. Разработка баз данных различного назначения для системы безопасности Джейранбатанского водохранилища; Məqalə; Межд.симпозиум «Методы измерений и математическое моделирование физических процессов: биофотоника, оптика и радиолокация 2018», c.85-90;
  9. Абдуллаева Г.Г., Керимов С., Курбанова Н., Мирзоев А. Оценка распространения микозов в различных регионах Азербайджана; Məqalə; Межд.симпозиум «Методы измерений и математическое моделирование физических процессов: биофотоника, оптика и радиолокация 2018», c.90-98;
  10. Абдуллаева Г.Г., Мирзазаде И.Г., Нагизаде Г.Р. Искусственный интеллект в задачах диагностики острых отравлений; Məqalə; Moskva;
  11. Abdullayeva G.G., Nusratov O.G., İsmayilov İ.A. Integrated Expert Analytical System for Assessment of Oil-and-Gas Saturation of strata; Məqalə; Intelligent Control and Automation 2014, №5, pp.224-232;
  12. Abdullayeva G.G., Alizadeh U.M. An information recognition system for complex images; Məqalə; Adcaij-advances in distributed computing and artificial intelligence journal, 2020, pp.79-93;
  13.  Абдуллаева Г.Г., Oб одном подходе к исследованию и каталогизации азербайджанских ковров ручной работы; Məqalə; Azərbaycan xalıları jurnalı Bakı-2020;
  14.  Abdullayeva G.G., Alizadeh U.M. An information technology-based approach to early diagnosis; Məqalə; The 7th International Conference on Control and Application, Baku, Azerbaijan, 26-28 August 2020;
  15. Abdullayeva G.G., Alışzade N.O. Modeling the knowledge from healthcare systems for machine; Tezis; COİA; 2020.

Və s.


Son illərdə:

  1. Abdullayeva G.G., Qurbanova N.H., Mirzəzadə İ.H., Nağıyev R.H. İnformasiya texnologiyalari: toksokologiyada diaqnostika və monitorinq; Моnоqrafiya; “İnformasiya texnologiyaları” Nəşriyyatı, Bakı-2016;
  2. Abdullayeva G.G., Şamilova B., Əhmədli N. Kompüterin proqram təminatı (elmi redaktor); Dərs vəsaiti; BDU Bakı-2020.
  1. "http://www.isi.az İdarəetmə Sistemləri İnstitutu/Abdullayeva Gülçin Gülhüseyn qızı". 2020-02-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-01.
  2. "http://www.science.gov.az/ AMEA/İdarəetmə Sistemləri İnstitutu/Fəlsəfə doktorları/Abdullayeva Gülçin Gülhüseyn qızı". 2020-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-01.
  3. "http://www.science.gov.az/ AMEA/İdarəetmə Sistemləri İnstitutu/Struktur bölmələri/İnformasiyanın intellektual emalı sistemləri laboratoriyası". 2020-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-01.
  4. http://www.isi.az İdarəetmə Sistemləri İnstitutu/Gülçin Abdullayeva «İlin Alimi» adına layiq görüldü

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]