Güləbətin (lat. Pulsatilla) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinə aid bitki cinsi.
Güləbətin | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Güləbətin |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Gülçülükdə güləbətinin 3 növü xüsusilə geniş yayılmışdır: Alp güləbətininin (P. alpina) yarpaqları sallaq və qönçəli, gülləri ağ olub, hündürlüyü 25 sm, diametri 7 sm-ə qədərdir. Yaz güləbətini (Yuxuotu) (P. vernalis) — hündürlüyü 15 sm, yarpaqları sallaq və bənövşəyi, bəzən ağ gülləri olan bitkidir. Adi güləbətin (P. vulgaris) hündürlüyü 20 sm, bənövşəyi, yasəmən rəngli ya da çəhrayı güllü bitkidir. Güləbətinlər kalsiumla zəngin torpaqlarda yaxşı inkişaf edir. Güləbətin toxumla çoxaldılır, ilk cücərtiləri payızda əmələ gəlir. Çiçəkləmə yarpaqdan əvvəl müşahidə edilir. Qiymətli dərman bitkisidir.