Güldenstädt

İohann Anton Güldenştedt[1] (alm. Johann Anton Güldenstädt‎, rus. Иога́нн Анто́н Гюльденште́дт; 26 aprel (7 may) 1745, Riqa23 mart (3 aprel) 1781, Sankt-Peterburq) — təbiətşünas, həkim, Rusiya Elmlər Akademiyasının[2] akademiki (1771).[1] 1768-ci ildə elmi ekspedisiyalarda iştirak etmək üçün Rusiyaya dəvət olunmuşdu.[1] 1768-1775-ci illərdə Volqa və Don çaylarının yuxarı axarlarını, Şimali Qafqazı, KürRioni çaylarının vadilərini tədqiq etmişdi.[1] Tədqiqatlarında XVIII əsrin II yarısında Ukrayna və Qafqazın təbiəti, əhalinin məişəti, Azov və Krımın tarixi, gürcü hökmdarlarının şəcərəsi və sairə haqqında geniş məlumat verilir.[1]

İohann Anton Güldenştedt
alm. Johann Anton Güldenstädt
Doğum tarixi 26 aprel (7 may) 1745
Doğum yeri
Vəfat tarixi 23 mart (3 aprel) 1781 (36 yaşında)
Vəfat yeri
Vəfat səbəbi səpmə yatalaq
Elm sahələri botanika, zoologiya, dilçilik
Elmi adı
İş yeri
Elmi rəhbəri Peter Simon Pallas
Üzvlüyü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
  1. 1 2 3 4 5 Ҝүлдeнштeдт, сəhифə 116. // Азәрбајҹан Совет Енсиклопедијасы. VI ҹилд: Куба – Мисир. Баш редактop: Ҹ. Б. Гулиjeв. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксиjасы, 1982, 608 сəhифə.
  2. 1747–1803–cü illərdə rəsmən "Sankt-Peterburqda İmperator Elm və İncəsənət Akademiyası" adlanırdı.