Gülməmməd Cavadov

Gülməmməd Süleyman oğlu Cavadov (17 oktyabr 1949, Bakı) — Azərbaycan mühəndisi və dövlət xadimi, Azərbaycan Respublikası energetika nazirinin müavini (2014–2020), Azərbaycan Respublikası sənaye və energetika nazirinin müavini (2006–2013), Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Material Ehtiyatları Komitəsinin sədri (1999–2005).

Gülməmməd Cavadov
5 may 2014 – 18 may 2020
NazirNatiq Əliyev
Pərviz Şahbazov
bayraq
Azərbaycan Respublikası sənaye və energetika nazirinin müavini
bayraq2
14 sentyabr 2006 – 22 oktyabr 2013
NazirNatiq Əliyev
bayraq
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Material Ehtiyatları Komitəsinin sədri
bayraq2
7 aprel 1999 – 16 dekabr 2005
Şəxsi məlumatlar
Doğum tarixi 17 oktyabr 1949(1949-10-17) (75 yaş)
Doğum yeri

Gülməmməd Süleyman oğlu Cavadov 17 oktyabr 1949-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1972-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun İnformasiya və ölçü cihazları fakültəsini bitirmişdir.[1]

Əmək fəaliyyətinə 1971-ci ilin sentyabr ayında Neftayırma və Neft Kimyası Sənayesi Nazirliyi İstehsalat Əmtəə Kontorunda başlamış və bir il burada çilingir işləmişdir. 1972-ci ildən Bakı elektron hesablayıcı maşınlar zavodunda mühəndis-texnoloq, 1972–1974-cü illərdə Moskva vilayətinin Zaqorsk şəhərində yerləşən Elektromexanik zavodunda mühəndis, 1974–1986-cı illərdə Bakı elektron hesablayıcı maşınlar zavodunda şöbə rəisi, 1986–1992-ci illərdə isə həmin zavodun direktoru olmuşdur. 1993–1996-cı illərdə Bakı "Peyk" zavodunda direktor müavini, 1996–1999-cu illərdə isə həmin zavodun direktoru vəzifələrində çalışmışdır.[1]

Gülməmməd Cavadov 1999-cu ilin aprel ayında Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Material Ehtiyatları Komitəsinin sədri vəzifəsinə təyin edilmiş[2] və 2005-ci ilin dekabr ayında komitənin yeni yaradılmış Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə birləşdirməsinədək bu komitəyə başçılıq etmişdir. 2006-cı ilin sentyabr ayında o, Azərbaycan Respublikası sənaye və energetika nazirinin müavini təyin olunmuş[3] və 2013-cü ilin oktyabr ayında nazirliyin ləğv edilməsinədək bu vəzifədə çalışmışdır. 2014-cü ilin may ayında Azərbaycan Respublikası energetika nazirinin müavini vəzifəsinə təyin edilmiş[4] və 2020-ci ilin may ayında vəzifədən azad edilmişdir.[5]

19 oktyabr 2018-ci ildə Gülməmməd Cavadova Azərbaycanda energetikanın inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilmişdir.[6]

Ailəlidir, bir övladı var.

  1. 1 2 Cavadov Gülməmməd Süleyman oğlu // Azərbaycanda kim kimdir? (Ensiklopedik sorğu kitabı). Müəllif və tərtibçi: Tariyel Cahangir. Bakı: "Çıraq" nəşriyyatı. 2004. S. 90.
  2. G. S. Cavadovun Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Material Ehtiyatları Komitəsinin sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı // Azərbaycan Respublikasının Qanunvericilik Toplusu. № 4. Bakı. 1999. S. 875. 2018-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-15.
  3. G. S. Cavadovun Azərbaycan Respublikasının sənaye və energetika nazirinin müavini təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı // Azərbaycan Respublikasının Qanunvericilik Toplusu. № 9. Bakı. 2006. S. 1938. 2024-02-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-15.
  4. G. S. Cavadovun Azərbaycan Respublikası energetika nazirinin müavini təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı // Azərbaycan Respublikasının Qanunvericilik Toplusu. № 5. Bakı. 2014. S. 1257. 2024-02-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-15.
  5. G. S. Cavadovun Azərbaycan Respublikası Energetika nazirinin müavini vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı // Azərbaycan Respublikasının Qanunvericilik Toplusu. № 5. Bakı. 2020. S. 1444. 2024-02-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-15.
  6. G. S. Cavadova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı // Azərbaycan. № 236. 20 oktyabr 2018. S. 4. 2024-02-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-15.