Natiq Ağaəmi oğlu Əliyev (23 noyabr 1947, Bakı – 9 iyun 2017, İstanbul) — dövlət xadimi, geoloq. Natiq Əliyev 1993–2005-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti olub.[1] 2005–2013-cü illərdə isə Azərbaycan Respublikasının Sənaye və Energetika naziri olan Natiq Əliyev 2013-cü ildən Azərbaycan Respublikasının Energetika naziri vəzifəsində çalışıb.[1]
Natiq Əliyev 23 noyabr 1947-ci ildə Bakı şəhərində anadan olub. Natiq Əliyev ailəli olmuş, bir övladı və iki nəvəsi var idi.
- 1965-ci ildə orta təhsilini bitirən Natiq Əliyev həmin ildən 1970-ci ilə qədər Məşədi Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunda "Dağ geoloqu" ixtisası üzrə təhsil alıb. Natiq Əliyev 1971-ci ildən 1974-cü ilə qədər Azərbaycan Elmlər Akademiyasının Geologiya İnstitutunun aspiranturasında təhsil alıb.[1]
- Ali təhsilini başa vurandan sonra Natiq Əliyev "Xəzərdənizneftqazsənaye" Ümumittifaq İstehsalat Birliyinin "Azərdənizneftkəşfiyyat" trestində, kompleks dəniz geoloji-kəşfiyyat konturunda çalışıb. O, 1979-cu ilə qədər bu vəzifədə işləyib.[1] 1974-cü ildən geologiya-mineralogiya elmləri namizədi olmuşdur.[1]
- Natiq Əliyev 1979-cu ildə "Xəzərdənizneftqazsənaye" Ümumittifaq İstehsalat Birliyinin kompleks dəniz geoloji-kəşfiyyat konturunda geologiya şöbəsinin rəisi vəzifəsinə təyin olunub.
- 1984-cü ildən Azərbaycan Respublikası Kommunist Partiyası Mərkəzi Komitəsinin aparatında neft və kimya şöbəsində təlimatçı, daha sonra isə sosial-iqtisadi inkişaf şöbəsinin bölmə müdiri vəzifəsində çalışıb.[2]
9 avqust 1993-cü ildən Dövlət Neft Şirkətinin prezidenti və direktorlar şurasının sədri olmuşdur.
- "Şöhrət" ordeni (Azərbaycan)- 18 sentyabr 2004-cü ildə beynəlxalq aləmdə Əsrin müqaviləsi adlandırılan Sazişin həyata keçirilməsindəki nailiyyətlərinə və Azərbaycan neft və qaz sənayesinin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin fərmanına əsasən "Şöhrət" ordeni ilə təltif edilmişdir.[1]
- "Azərbaycan Dövlət Gömrük Komitəsinin 20 illiyi" yubiley medalı (Azərbaycan)
- "Azərbaycan Dövlət Gömrük Komitəsinin 25 illiyi" yubiley medalı (Azərbaycan)
- "Fəxri Legion" ordeninin Zabit dərəcəsi (Fransa)
- "Polşaya xidmətlərə görə" ordeninin Komandor dərəcəsi (Polşa)
- "Şərəf" ordeni (Gürcüstan)
- "Kurmet" ordeni (Qazaxıstan)
- "Qazaxıstanın müstəqilliyinin 20 illiyi" medalı (Qazaxıstan)
Natiq Əliyev 2017-ci il iyunun 8-i Türkiyənin İstanbul şəhərində müalicə olunduğu xəstəxanada ömrünün 69-cu yaşında vəfat etmişdir.[3]
III İlham Əliyev höküməti (09.10.2013 — 11.04.2018) |
---|
| |
Qeydlər: "Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi" adı 2014-cü il 7 mart tarixində, "Rabitə və Yüksək İnformasiya Texnologiyaları Nazirliyi" adı ilə əvəz olundu.
Qeydlər: Milli Təhlükəsizlik Nazirliyi, 2015-ci il 14 dekabr tarixində ləğv edildi.
Qeydlər: Nəqliyyat Nazirliyi, 2017-ci il 12 fevral tarixində ləğv edildi.
|
|
---|
Prezidentləri | | |
---|
Tabe qurumlar | “Azneft” İstehsalat Birliyi • “Azəriqaz” İstehsalat Birliyi • “Azərikimya” İstehsalat Birliyi • “Geologiya və Mühəndis Geologiyası” İstehsalat Birliyi • Neft Kəmərləri İdarəsi • "Azərneftyağ" NEZ • "Azərneftyanacaq" NEZ • Caspian Broadcasting Company |
---|
Törəmə şirкətlər | SOCAR Turkey Enerji A.Ş. • Azerbaijan (ACG) LTD • Azerbaijan (Shah Deniz) LTD • Caspian Drilling Company • SOCAR Energy Georgia LLC • SOCAR Overseas LLC • SOCAR Trading Holding • Azerbaijan (BTC) LTD • Cooperative Menkent U.A. • SOCAR Energy Holdings AG • SOCAR Energy Ukraine • Azerbaijan (SCP) LTD • SOCAR Petroleum CJSC • Baku Shipyard LLC • SOCAR Polymer Investments LLC • BOS Shelf LLC • Gacrux Middle East Investment Holding LTD • ООО «SOCAR Green» • SOCAR AQS |
---|