Pərviz Oqtay oğlu Şahbazov (24 noyabr 1969, Bakı) — dövlət xadimi, diplomat, Azərbaycan Respublikasının Energetika naziri.
Pərviz Şahbazov | |
---|---|
Vəzifədədir | |
12 oktyabr 2017-ci ildən | |
(i. e. 14–16 fevral 2024) | |
Prezident | İlham Əliyev |
Baş nazir | Artur Rasi-zadə Novruz Məmmədov Əli Əsədov |
Əvvəlki | Natiq Əliyev |
9 avqust 2005 – 6 sentyabr 2016 | |
Əvvəlki | Hüseynağa Sadıqov |
Sonrakı | Ramin Həsənov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 24 noyabr 1969 (54 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | məmur |
Atası | Oqtay Şahbazov |
Vikianbarda əlaqəli mediafayllar |
Pərviz Oqtay oğlu Şahbazov 1969-cu il noyabrın 24-də Bakı şəhərində anadan olub. 1988–1989-cu illərdə hərbi xidmətdə olub.[1]
1986–1992-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasını bitirib. 1991-ci ildən diplomatik xidmətə qəbul olunub. İngilis, alman və rus dillərini bilir.
Ailəlidir, iki övladı var. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İşlər sabiq müdiri Oqtay Şahbazovun oğludur.