Gülnur Mahmud

Gülnur Mahmud (doğum adı: Gülnur Yaqub qızı Mahmudova; 28 oktyabr 1974, Bakı) — şərqşünas alim, filologiya üzrə fəlsəfə doktoru, dosent.

Gülnur Mahmud
Doğum adı Gülnur Yaqub qızı Mahmudova
Doğum tarixi (50 yaş)
Doğum yeri
Həyat yoldaşı Elmar Bağırov
Uşaqları Xaqan Bağırov,
Alp Arslan Bağırov,
Yaqub Bağırov
Atası Yaqub Mahmudov
Anası Almas Mahmudova
Elm sahəsi şərqşünaslıq
Elmi dərəcəsi filologiya üzrə fəlsəfə doktoru
Elmi adı dosent
İş yerləri Azərbaycan Universiteti (1998–2000),
Bakı Dövlət Universiteti (2000–)
Təhsili Bakı şəhəri 175 nömrəli tam orta məktəb (–1991),
BDU-nun Şərqşünaslıq fakültəsi (1991–1996),
ADU-nun İngilis-fransız dilləri fakültəsi (1997–2001),
BDU-nun Şərqşünaslıq fakültəsinin aspiranturası (2000–2003)
Elmi rəhbəri Vasim Məmmədəliyev
Mükafatları "Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)" yubiley medalı — 2019
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Gülnur Mahmud 1974-cü il oktyabrın 28-də Bakıda anadan olub. 1991-ci ildə Bakıdakı 175 nömrəli tam orta məktəbi bitirib. 1991–1996-cı illərdə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb şöbəsində Mirzə Kazımbəy adına təqaüdlə oxuyub. G. Mahmud daha sonra 1997–2001-ci illərdə Azərbaycan Dillər Universitetinin İngilis-fransız dilləri fakültəsində ikinci ali təhsil alıb. 1998–2000-ci illərdə Azərbaycan Universitetində müəllim, baş müəllim və 2000–2008-ci illərdə isə BDU-da müəllim işləyib. 2008-ci ildən BDU-nun Şərqşünaslıq fakültəsinin Ərəb filologiyası kafedrasının dosentidir.[1]

O, 2005-ci ildə "Ərəb ədəbi dilində sinonimlik" adlı dissertasiya işi müdafiə edərək, filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. Qahirə Universiteti (Misir), Əmman Universiteti (İordaniya), Dəməşq Universiteti (Suriya), Beyrut Ərəb Universiteti (Livan) və Tunis əl-Manar Universitetində (Tunis) elmi məzuniyyətdə olub.

G. Mahmud 50 elmi məqalə, 25 tezis, bir metodik vəsait, 8 fənn proqramı və "Ərəb ədəbi dilində sinonimlik" kitabının müəllifidir. "Qarabağ: real tarix, faktlar, sənədlər", "İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi", "İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi Xan Sarayı", "İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi İrəvan məscidləri", "İrəvan xanlığı: İrəvan qalası — qəhrəmanlıq qalası" və "Çuxursəd hakimləri və İrəvan xanları" kitablarını isə ərəb dilinə tərcümə edib.

2019-cu ildə "Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub.[2]

Evlidir, 3 övladı var.[3]

  • Ərəb ədəbi dilinin qeyri-ərəb şöbələrində tədrisi (metodik vəsait). Bakı, 2010.
  • Ərəb ədəbi dilində sinonimlik. Bakı, 2011.
  • Mətnşünaslıq fənninin tədrisinə dair proqram. Bakı, 2014.
  • Программа по дисциплине "Текстология". Баку, 2014.
  • Tərcümə nəzəriyyəsi fənninin tədrisinə dair proqram. Bakı, 2014.
  • Программа по дисциплине "Теория перевода". Баку, 2014.
  • Ölkəşünaslıq fənninin tədrisinə dair proqram. Bakı, 2016.
  • Программа по дисциплине "Страноведение". Баку, 2016.
  • Mənbəşünaslıq fənninin tədrisinə dair proqram. Bakı, 2016.
  • Программа по дисциплине "Источниковедение". Баку, 2016.

Tərcümə etdiyi əsərlər

[redaktə | mənbəni redaktə et]
  • Yaqub Mahmudov, Kərim Şükürov. Qarabağ: real tarix, faktlar, sənədlər. Bakı, 2006. (ərəb dilində)
  • İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi (kollektiv monoqrafiya). Bakı-Qahirə, 2016. (ərəb dilində)
  • Nazim Mustafa. İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi Xan Sarayı. Bakı, 2018. (ərəb dilində)
  • Nazim Mustafa. İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi İrəvan məscidləri. Bakı, 2018. (ərəb dilində)
  • Güntəkin Nəcəfli. İrəvan xanlığı: İrəvan qalası — qəhrəmanlıq qalası. Bakı, 2018. (ərəb dilində)
  • Güntəkin Nəcəfli. Çuxursəd hakimləri və İrəvan xanları. Bakı, 2018. (ərəb dilində)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • ""İrəvan xanlığı" kitabının ərəb dilində nəşrinin təqdimat mərasimi keçirilib" (az.). azertag.az. 2016-11-06. 2016-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-08.
  • Tarixçi-alim Güntəkin Nəcəfli. "Azərbaycan həqiqətləri Küveytdə" (az.). azerbaijan-news.az. 2019-11-17. 2023-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-09.
  • "N.Xəlilov, E.Nəciyev. Ağır sınaqlarda sınmayan böyük alim: Yaqub Mahmudov. Bakı, 2022. (PDF)" (az.). archive.org. 2022-12-09. İstifadə tarixi: 2023-04-16.
  • "N.Xəlilov, E.Nəciyev. Ağır sınaqlarda sınmayan böyük alim: Yaqub Mahmudov. Bakı, 2022. (PDF)" (az.). ek.anl.az. İstifadə tarixi: 2023-04-16.
  1. A.Qorxmaz. "Məşhurların övladları: Yaqub Mahmudovun şərqşünas qızı - FOTOLAR" (az.). modern.az. 2016-10-26. 2023-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-08.
  2. "Gülnur Yaqub qızı Mahmud" (az.). orient.bsu.edu.az. Archived from the original on 2023-04-07. İstifadə tarixi: 2023-04-08.
  3. Xəlilov, Nazim; Nəciyev, Elnur. Ağır sınaqlarda sınmayan böyük alim: Yaqub Mahmudov. Bakı: “Zərdabi‐Nəşr” MMC, 2022. — səh. 158. ISBN 978‐9952‐479‐46‐1. Archived from the original on 2023-04-09. İstifadə tarixi: 2023-04-09.