İbahimova Gülzar Hidayət qızı (21 dekabr 1958, Aldərə, Meğri rayonu) — Azərbaycan Yazıçılar Birliyinin üzvü (2005). AYB Prezident təqaüdçüsü, Jurnalistlər Birliyinin və Mətbuat Şurasının üzvü, H. Zərdabi mükafatçısı.
Gülzar İbahimova | |
---|---|
Gülzar Hidayət qızı İbahimova | |
Təxəllüsü | Gülzar nənə |
Doğum tarixi | 21 dekabr 1958 (65 yaş) |
Doğum yeri | |
Milliyyəti | Azərbaycanlı |
Həyat yoldaşı | Nazim İbrahimov |
Uşaqları | Samir, Nigar |
Atası | Hidayət |
Anası | Gülsüm |
Təhsili | AzXTİ-nin (indiki İqtisadiyyat Universiteti) |
İxtisası | sənayenin planlaşdırılması |
Fəaliyyəti | yazıçı |
Fəaliyyət illəri | 2000-ci ildən |
Əsərlərinin dili | Azərbaycan dili |
İstiqamət | uşaq ədəbiyyatı |
Janrlar | roman, povest, hekayə, nağıl, Mənsur şeir, təmsil, Tapmaca |
İlk əsəri | "Nağıllar" kitabı |
Üzvlüyü | |
Mükafatları | H.Zərdabi mükafatçısı, AYB Prezident təqaüdçüsü |
Yotube səhifəsi "Sehrli dünya" 89 min abunəçisi |
Gülzar İbrahimova 1958-ci il 21 dekabrda Zəngəzur mahalının Mehri rayonu Əldərə kəndində müəllim ailəsində anadan olub[1]. 1959-cu ildə ailəsi ilə birlikdə Bakıya köçüb. (1965–1975) Oktyabr (Yasamal) rayonundakı 13 saylı orta məktəbdə oxuyub. 1977-ci ildə AzXTİ — nin (indiki İqtisadiyyat Universiteti) sənayenin planlaşdırılması fakültəsinin axşam şöbəsinə daxil olub və 1982-ci ildə bitirib. Ailəlidir.
1978-ci ildən 18 il Bakı 1 saylı tikiş fabrikində çalışıb. Həmin fabrikdə əvvəl hesablayıcı-texnik, sonra iqtisadcı-mühəndis, iqtisadcı-hüquqşünas vəzifələrində işləyib. Daha sonra komsomol komitəsinin raykom hüquqlu katibi işləyərək 10000-dən çox gəncə rəhbərlik etmişdir. 1995-ci ildə Yasamal rayon İcra Hakimiyyətinə rayon Başçısının məsləhətçisi vəzifəsinə dəvət edilib və az bir müddətdən sonra İcra Hakimiyyəti mətbuat xidmətinin rəisi vəzifəsi də ona həvalə olunub[2].
1998-ci ildə ixtisas üzrə işləmək istəyi Gülzar xanımı Bakı Əmtəəşünaslıq Universitetinə aparıb çıxarıb. Universitetdə dərs dediyi dövrdə Yasamal rayon Vergi idarəsinin hesabat şöbəsində də işləyib.
2003-cü ildə seçki kompaniyası zamanı Yasamal rayonu Secki Dairəsinə katib seçilir. Və eyni dövrdə məqalələrlə qəzet və jurnallarla əməkdaşlığa başlayır. Yazdıqları oxucusunu tez tapdığını görüb daha da həvəslənir.
2004-cü ildən 2011 ilə qədər ANS PRESS Nəşriyyat evində çalışaraq BALA DİLİ jurnalı yarandığı gündən ona rəhbərlik edərək şef-redaktoru olub.
Hazırda "Kiçik Dünya" uşaqların maariflənməsinə kömək ictimai birliyinin təsisci və idarə heyətinin sədridir. İctimai Birliyin nəzdində açılmış "Sehrli Dünya" uşaq jurnalının baş redaktorudur. Uşaqları maarifləndirmə yolunda böyük layihələr həyata keçirir.
Roman, povest, hekayə, nağıl, mənsur şeir, miniatür, şer, təmsil, tapmaca, yumoristik hekayə və bir çox səpgidə yazılar yazaraq uğurlu nəticələr əldə edir.
Uşaqlara olan məhəbbətindən ilk əvvəl (2000 ildə) yalnız nağıllar kitablarını çap elətdirib. Az bir müddətə sevilən "Nağıllar" kitabı nağılçı qadına yaradıcılıq yolu açır.
Ya uşaqlar, ya da böyüklər üçün yazdığı hər bir yazısını çap elətdirmədən öncə tanınmış alimlərlə, dilçilərlə, folklorşünaslarla, professorlarla məsləhətləşir və sonra onu ürəklə çap etdirir. 100 dən çox kitabın müəllifidir. Mütəmadi Uşaq evlərinin balaları ilə görüş keçirir, kitablarından onlara hədiyyə edir, əlindən gələni etməyə çalışır. Tez-tez rayonlarda yaşayan uşaqlarla, əsasən cəbhə bölgəsində yaşayan oxucularla görüşlər keçirir, onlara kitablarından, "Sehrli dünya" jurnalları hədiyyə edir. Yaratdığı "Sehrli dönya" jurnalının Yutub kanalının 89 000 (səksən doqquz min) abunəçisi var. Orda uşaqlar üçün nağıllar, hekayələr, mahnılar, cizgi və video filmləri yerləşdirilib.
(gulzaribrahimova.com), (sehrlidunya.com) uşaq saytlarının təsisçisi, müəllifi və baş redaktorudur. Rəngarəng, maraqlı, səsli nağıllarla zəngin saytlar kiçik və böyük yaşlı uşaqlar üçün maraqlıdır.
İbahimova Gülzar Hidayət qızı Yazıçılar arasında mənsur şeir yazarı kimi, uşaqlar arasında nağıl yazarı — "Gülzar nənə" kimi tanınır və sevilir. Uşaqlar üçün dəyərli layihələr həyata keçirir. Onun sözlərinə yazılmış və musiqisi Elşən Nicat tərəfindən yazılmış "Sülh nəğməsi", "Bağçamız", "Vətən", "Ana dilim", "Yağsana qar" mahnıları Gülzar İbrahimovanın təşəbbüsü və səyi nəticəsində hazırlanmış, yayımlanmışdır. Hazırda mahnılar milyonlarla izləyici rəğbəti toplayıb.
Yazıçılar Birliyinin, Jurnalistlər Birliyinin, Mətbuat Şurasının üzvüdür. Həsənbəy Zərdabi mükafatçısı, AYB Prezident Təqaüdçüsüdür.
BDU-nun professoru Qara Namazovun rəhbərliyi ilə təşkil edilmiş komissiya araşdırmalarından sonra Gülzar İbrahimova müasir uşaq yazıçısı kimi (2007-ci il) Bakı Dövlət Universitetinin "Azərbaycan Uşaq Ədəbiyyatı" dərsliyinə salınıb. Həmçinin əsərləri orta məktəb proqramlarının azərbaycan və rus dili bölmələrinə yerləşdirilir. 2024-cü ildə yazıb nəşr etdirdiyi Trolların sirri - yeniyetmələr üçün nağılı - Norveç nağıl qəhrəmanlarına həsr edilmiş, 100 səhifəlik nağıl kitabıdır. Bu nağıla görə müəllif Norveçdə yaşayan azərbaycanlı uşaqlar tərəfindən çox sevilib. Həmin il Norveçdəki Azərbaycan Evi yazıçı Gülzar İbrahimovanı "Trolların sirri" nağılına görə Norveçə dəvət edib. Yazıçı səfər zamanı azərbaycanlılarla görüşüb. O, bir həftə ərzində Oslodakı Nizami Gəncəvi adına həftəsonu məktəbində, Norveçdəki Azərbaycan Evində, Oslonun tanınmış Deichman Björvika kitabxanasında, Beynəlxalq Uşaq İncəsənət Muzeyində (/The International Museum of Children's Art/) oxucuları ilə silsilə görüşlər keçirib. Hazırda "Sehrli Dünya", "Gülzar nənə", Youtube kanalının və "Gulzarnənə" və "Gülzar İbrahimova" uşaq jurnalının təsisçisi və baş redaktorudur. "Uşaqların maarifləndirilməsinə Kömək" İctimai Birliyinin təsisçisi və rəhbəridir. Bir yazıçı kimi Azərbaycan balalarının maariflənməsi yolunda yorulmadan çalışır. Vikimənbə araşdırmasına əsasən yazıçının yaradıcılığında mindən çox nağıl, hekayə, şeir və tapmacaların, bayatıların olduğu məlum olub.