Gümrah Əliyev

Gümrah Məhəmməd oğlu Əliyev(d. 1958, Şərur r-nunun Püsyan k.) — həkim, professor, elmlər doktoru.

Gümrah Əliyev
Doğum yeri Şərur r. Püsyan k.
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti Azərbaycanlı
Atası Məhəmməd
Elm sahəsi Həkim
Elmi dərəcələri Elmlər doktoru və professor

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]
  • 1955-ci ildə Azərbaycan Dövlət Tibb Universitetini bitirmişdir.
  • 1987–1992-ci illərdə İvanova Tibb İnstitutunun elektron mikroskopiya laboratoriyasında baş elmi işçi işləmiş;
  • 1991–1992-ci illərdə isə İtaliyanın FİDA Elmi Mərkəzində elmi ezamiyyətdə olmuş;
  • 1993–1995-ci illərdəİngiltərə Ürək Fondunun təqaüdçü elmi işçisi kimi London Universiteti kollecinin anatomiya və inkişaf biologiyası kafedrasında işləmiş;
  • 1996 −1997-ci illərdə Cein (İspaniya) Universitetinin professor vəzifəsində çalışmışdır. Sonradan Klivlend Kliniki Fondunda işləməyə başlamış;
  • 1988–1999-cu illərdə Klivlend Qərb Ehtiyatlar Universitetinin Patologiya İnstitutunda işinə davam edir. Həmin Universitetin Neyrologiya və anatomiya kafedrasının elektron mikroskopiya mərkəzində bir müddət elmi məsləhəçi olmuş;
  • 2001-ci ildə isə həmin mərkəzin direktoru olmuşdur. Ürək-damar xəstəliklərinə, işemiya və reperfuziyadan sonra damar endotelininin ultrastruktur-funksional analizinə və mümkün farmakoloji müdaxiləyə, ürək-damar və neyrodegenerativ xəstəliklərin patogenezində endoteli-1 və nitrit oksidinin roluna və s. dair tədqiqatlar aparılmışdır. Gümrah Əliyev 120-dən çox elmi əsərin müəllifidir. İtaliya, Fransa, İngiltərə, İspaniya, ABŞRusiya tibb universitet və klinikalarında mühazirələr oxumuşdur. Rusiya, Anatomiya, Histologiya və Embiriologiya Cəmiyyəti, Rusiyaİtaliya Elektron Mikroskopiya Cəmiyyəti, Amerika Nevropatoloqlar Assosiasiyası, Nyu-York Elmlər Akademiyası, Kebric(İngiltərə) Bioqrafiya Mərkəzi və s. mötəbər elmi idarələrin üzvüdür. İtaliyanın FİDA tədqiqat qrantına, Britaniya Ürək Fondu tədqiqat məmuru qrantına, İtaliyanın Farmakoloqlar Cəmiyyətinin elmi mükafatına, Amerika Bioqrafiya İnstitutunun məsləhətçisi mükafatına layiq görülmüşdür. Adı XX əsrdə damar biologiyası, neyrologiya və elektron mikroskopiyası üzrə dünyanın 500 ən görkəmli aliminin sırasına daxil edilmişdir. [1]
  1. NE, I cild,, 2005. səh. 169

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]