Günəş günü (kor. 태양절, theyancol) — Şimali Koreyada dövlət bayramı.[1] Bayram Şimali Koreyada "Xalqın Günəşi" tituluna layiq görülən keçmiş prezident Kim İr Senin doğum günü münasibətilə 15 aprel tarixində qeyd olunur. Günəş günü ölkədəki ən əhəmiyyətli bayramdır və Şimali Koreyada Milad bayramıyla bərabər sayılır.[2]
Günəş günü | |
---|---|
| |
Rəsmi adı | 태양절 |
Ölkə | Şimali Koreya |
Növ | Milli |
Həsr olunub | Ad günü |
Tarix | 15 aprel |
Vikianbarda əlaqəli mediafayllar |
Kim İr Senin 1968-ci ildən bəri rəsmi bayram olduğu doğum günü, ölümündən üç il sonra, 1997-ci ildə Günəş günü adlandırıldı.
Hökumət öz vətəndaşlarına daha çox ərzaq və elektrik ilə təmin etməyə çalışır, lakin müvəffəqiyyət həmişə tam qarantiyalı deyil.[3] Xüsusilə uşaqlar, rəhbərləri tərəfindən göstərilən sevgini simvolikləşdirmək üçün konfet və digər hədiyyələr alırlar.[4]
Şənliklər tarixi ilə məhdudlaşmır. Anmalar Kim Çen İrin ad günündə, 16 fevral tarixindən başlayır. Bu bayram Sadiqlik Festivalı adlanır. Günəş gününə yaxın vaxtlarda, aprel ayında keçirilən qeyd etmələr Günəş Festivalı adlanır. Bayram üç günlükdür.
Kim İr Sen 15 aprel 1912-ci ildə hal-hazırkı Pxenyan şəhərində anadan olmuşdur.[5] İr Sen həmişə günəşlə əlaqələndirildi[6] və tez-tez "Xalqın Günəşi" adlandırılırdı.[7] Kim, İr Sen adını 1930-cu illərdən əvvəl almışdır. İr Sen (kor. 일성) Koreya dilində "Günəşə çevrilmək" deməkdir.[8]
Kim İr Senin doğum günü 1968-ci ildən bəri Şimali Koreyada bayram kimi qeyd olunur, lakin 1974-cü ildə dövlət səviyyəli bayram statusu verilmişdir.[7] 8 iyul 1997 tarixində bayram rəsmi olaraq "Günəş günü" adlandırıldı.[6] Bu qanun Koreya İşçi Partiyasının Mərkəzi Komitəsi, Mərkəzi Hərbi Komissiyası, Milli Müdafiə Komissiyası, Mərkəzi Xalq Komitəsi və Koreya Xalq Demokratik Respublikasının Administrasiya Şurası tərəfindən qəbul edilmişdir.[9] Həmin tarixdə Kim İr Senin doğum günündən başlayan Şimali Koreya təqvimi də qəbul edilmişdir.[6]
16 fevralda Parlayan ulduz günü adlanan oxşar bir bayram keçirilir. Bu bayramda keçmiş lider Kim Çen İrin doğum günü qeyd edilir.[3] Günəş günü və Parlayan ulduz günü arasındakı iki aylıq müddət Sadiqliq Festivalı adlanır.[10]
<ref>
teqi; dail_Spec
adlı istinad üçün mətn göstərilməyib<ref>
teqi; Baker2008
adlı istinad üçün mətn göstərilməyib