Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Faiq Nəsir oğlu Baxşəliyev (1951, Kotavan, Ağdaş rayonu – 31 dekabr 2013, Mingəçevir) — Azərbaycan SSR Ali Soveti XII çağırış üzvü, Mingəçevir və Ağdaş icra hakimiyyətlərinin başçısı.
Faiq Baxşəliyev | |
---|---|
1993 – 1996 | |
Əvvəlki | Şahnaz Ələsgərova |
Sonrakı | İsmixan Muradov |
1991 – 1992 | |
Əvvəlki | Vəzifə təsis edildi. |
Sonrakı | Rafiq Ərəbov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1951 |
Doğum yeri | |
Vəfat tarixi | 31 dekabr 2013 |
Vəfat yeri | |
Təhsili |
|
1951-ci ildə Ağdaş rayonunun Kotavan (Ağdaş) kəndində kolxozçu ailəsində anadan olmuşdur. 1957-ci ildə Kotavan (Ağdaş) kəndinin 8 illik məktəbinin 1-ci sinifinə daxil olub. 1967-ci ildə Ağdaş rayonu Ləki qəsəbəsi orta məktəbini bitirmişdir. 1967-ci ildə Azərbaycan Texniki Universitetinin Avtomobil İstismarı fakultəsinə daxil olmuş və 1972-ci ildə oranı müvəffəqiyyətlə bitirmişdir. 1973–1981-ci illərdə Mingəçevir Texniki İnstitutunda müəllim işləmişdir.1981–1990-cı illərdə Mingəçevir şəhər Avtobazasında istismar şöbəsinin rəisi vəzifəsində çalışmışdır.
31 dekabr 2013-cü ildə Mingəçevirdə vəfat etmişdir.
2 oğlu, 1 qızı, 3 nəvəsi var.
1990-cı ildə Azərbaycan SSR Ali Soveti XII çağırış deputatı seçilmişdir.
1991–1992-ci illərdə Mingəçevir şəhərinin, 1993–1996-cı illərdə Ağdaş rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır.
1996-cı ildən etibarən ömrünün sonunə qədər şəxsi yaradıcılığı ilə məşğul olmuşdur. Yüzlərlə şeir və qəzəl müəllifidir.