Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Qobustan qiyamı — 7 yanvar 1999-cu ildə Qaradağ rayonunun Qobustan qəsəbəsindəki həbsxanada aralarında general da olmaqla bir qrup məhkumun qaldırdığı qiyam.
1999-cu ilin yanvarında Qobustan həbsxanasında 11 məhbus, əsasən dövlət çevrilişinə cəhddə təqsirli bilinən keçmiş hərbçilər qiyam qaldırır. Onların ikisi silah ələ keçirmək istəyəndə öldürülür. Dustaqlar 28 girov və silah götürə bilir. Qiyamçı dustaqlar ölkədən çıxmaq üçün onlara nəqliyyat verilməsini tələb edir. Həmin vaxt hüquq-mühafizə orqanları həbsxanada xüsusi əməliyyat keçirdir. Girovlardan biri və 9 məhbus öldürülür.[1]
Qiyam zamanı öldürülənlərdən biri də 1993-cü ilin avqustunda Azərbaycan Respublikasının müdafiə naziri olmuş Vahid Musayev olmuşdur.[2]
Qiyam zamanı Qobustan həbsxanasında xidməti vəzifəsini yerinə yetirərkən həbsxanada baş verən hadisə zamanı Mixail Aleksandroviç Slesaryov dərhal əməliyyat qrupu yaradaraq, qiyamı yatırmağa müvəffəq olur. Azərbaycan Respublikası Prezidentinin 12 yanvar 1999-cu il tarixli 73 saylı Fərmanı ilə Mixail Slesaryova "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilir.[3][4][5][6]
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |