Gündoğdu bəy (1196, Əhlat – Söğüt, Biləcik ili) — 1196-cı ildə Süleyman Şahın oğlu kimi anadan olub. Böyük qardaşı Sunqur Təkin, qardaşları Ərtoğrul Qazi və Dündar bəydir.
Gündoğdu bəy | |
---|---|
Doğum tarixi | 1196 |
Doğum yeri | |
Vəfat yeri | |
Atası | Süleyman Şah |
Anası | Hayimə Xatun |
Fəaliyyəti | siyasətçi |
Süleyman Şah Fərat ətrafında boğulandan sonra qardaşı Ərtoğrul Qazi ilə fikir ayrılığı yaşamış və böyük qardaşı Sunqur Təkin başda olmaq şərti ilə qəbilənin əksəriyyəti məmləkətləri Ahlata geri qayıtmışdır.
Gündoğdu bəyin həyatı haqqında kifayət qədər məlumatlar mövcud deyildir. Əldə olan məlumatlara görə, qardaşı Ərtoğrulla məmləkət iddiası aparmış və nəhayət, Ərtoğrul bəy, Dündar bəy və şərikləri Söğütə, Gündoğdu bəy, Sunqur Təkin bəy və qəbilənin əksəriyyəti isə Əhlata getmişdir.
Böyük qardaşı Sunqur Təkin, digər qardaşları isə Ərtoğrul Qazi və Dündar bəydir və Gündoğdu bəy özü Süleyman Şahın ikinci böyük oğludur.