Hayimə Xatun

Hayimə Xatun və ya Hayimə Ana (1176, Osmanlı imperiyası1268, Osmanlı imperiyası) ― Osmanlı dövlətinin qurucusu Osman Qazinin nənəsi və Sunqur Təkin, Gündoğdu bəy, Ərtoğrul QaziDündar bəyin anasıdır. Osmanlı İmperiyasının Dövlət Anası adına layiq görülmüş və tanınmışdır.[1]

Hayimə Xatun
Doğum tarixi 1176
Doğum yeri
Vəfat tarixi 1268
Vəfat yeri
Həyat yoldaşı
Uşaqları
Fəaliyyəti siyasətçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Necdet Sakaoğlunun dediyinə görə, tarixçilər tərəfindən çox tədqiq edilməmiş Hayimə ananın xatirəsini Domaniç qəsəbəsinin sakinləri yaşatmışdırlar. Çarşamba kəndindəki bir qəbrin yerli xalq tərəfindən əsrlər boyu Hayimə Xatunun qəbri olaraq ziyarət edildiyini eşidən Osmanlı Sultanı II Əbdülhəmidin əmri ilə burada 1892-ci ildə bir türbə tikdirilmişdir. Digər tərəfdən, İdris-i Bitlisî Heşt Behişt adlı tarixində Osman Qazinin kiçik oğlu Ələddin Paşanın anası ilə birlikdə Biləcikdə yaşadığı yazılmışdır.

Osmanlı sultanlarının qeyri-müsəlman cariyələrlə evlənmə ənənəsi hələ başlamadığından, Hayimə Xatunun türk olduğu iddia edilir. Başqa bir inanca görə, Hayimə Ana, Kaya Alpoğlu Süleyman şahın həyat yoldaşı, Ərtoğrul Qazinin anası və Osmanlı dövlətinin qurucusu Osman Qazinin nənəsidir. Əri Süleyman Şah Fəratı keçərkən boğulduqdan sonra Qayı qəbiləsinin başçılığını ələ keçirmiş Hayimə Ana, əvvəlcə Səlcuqlu Sultanı Əlaəddin Keykubadın əmri əsasında əvvəlcə Ankara, Karacadağ, sonra isə Domaniç və Söğütə yerləşmişdir. Ərtoğrul Qazi, "Dövlət Anası" olaraq da tanınan anası Hayimə Anayı hər il Çarşamba kəndində çadır qurduğu bir təpədə dəfn etdirmişdir. Sultan II Əbdülhəmid 1892-ci ildə Hayimə Ananın məzarı üzərində inşa edilən indiki türbəni inşa etdirmişdir. Çarşamba kəndində vəfat edən Hayimə Ananın məzarı başında anma mərasimi təşkil edilir. Hayimə Xatun türbəsi və Hayimə Ana heykəli Kütahyanın Domaniç mahalında görüləcək ən əhəmiyyətli yerlərdən biridir.

  1. "HAYME HATUN DEVLET ANA". Devlet-i Aliyye-i. 2023-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-21.