Gürcüstanın işğal edilmiş əraziləri (gürc. საქართველოს ოკუპირებული ტერიტორიები) 2008-ci il rus-gürcü müharibəsi zamanı Rusiya tərəfindən ələ keçirilən torpaqlardır. Torpaqların tərkibinə statusu beynəlxalq mübahisə olaraq qalan Abxaziya və Cənubi Osetiya daxildir.
Müharibədən sonra işğal olunan ərazilərdə Rusiya hərbi qüvvələri yaradılır. Rusiya Avropa Birliyi Monitorinq Missiyasının həmin ərazilərə daxil olmasını izin vermir.