Gürcüstan–İtaliya münasibətləri — Gürcüstan Respublikası və İtaliya arasındakı mövcud ikitərəfli münasibətlər. Hər iki ölkə Birləşmiş Millətlər Təşkilatının üzvüdür. İki ölkə arasında diplomatik münasibətlər 11 may 1992-ci ildə qurulmuşdur. Hər iki ölkə Avropa Şurasının həqiqi üzvüdür. 1994-cü ildə İtaliyada Gürcüstan səfirliyi və altı il sonra Tiflisdə İtaliya nümayəndəliyini açılır. Ölkələr müdafiə, iqtisadiyyat, nəqliyyat, mədəniyyət, təhsil və s. sahələrdə əməkdaşlığı əhatə edən 18 müqavilə imzalamışlar. 2004-cü ildən bəri, Gürcüstan-İtalyan biznes forumları vaxtaşırı olaraq keçirilir. İqtisadiyyatın perspektivli və prioritet sahələri tikinti, infrastruktur, kənd təsərrüfatı və turizmdir.
Gürcüstan–İtaliya münasibətləri | |||||
---|---|---|---|---|---|
|
|||||
Vikianbarda əlaqəli mediafayllar |
İtaliya ticarət baxımından Gürcüstanın onuncu ticarət tərəfdaşıdır. 2016-cı ildə ölkələr arasındakı ticarət 335 milyon dollara çatmışdır. Gürcüstanın İtaliyaya ixracatı 72 milyon dollar, İtalyanın Gürcüstana ixaracati isə 263 milyon dollar təşkil etmişdir[1].
2006-cı ildə Tiflisdə Dante Aliqeri Cəmiyyətinin bir şöbəsi qurulur. Cəmiyyətin qurulmasında məqsədi İtalyan dili və mədəniyyətini Gürcüstanda tanıtmaqdır. 2010-cu ildə Romada Villa Borqhese parkında, XII əsrin məşhur gürcü şairi Şota Rustavelinin abidəsi açılmışdır[2].
2008-ci ildə Cənubi Osetiyadakı müharibə zamanı, 8 avqustda İtalyan hökumətinin] dediyi bir açıqlama yayımlanır[3]: “Avropa və Atlantik ortaqları ilə sıx əlaqələndirərək, İtalya hökuməti Cənubi Osetiyadakı böhranı ciddi narahatlıqla izləyir ... İtaliya bütün tərəfləri zorakılığa dərhal son verməyə və hərbi əməliyyatları dayandırmağa çağırır. İtaliya hökuməti Gürcüstanın suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşaraq münaqişənin sülh yolu ilə həllinə dair danışıqların bərpasını tövsiyə edir.”
10 avqust 2008-ci ildə Fransa, Finlandiya və İtaliyanın xarici işlər nazirləri Qafqazdakı vəziyyəti həll etmək üçün sülh danışıqlarına başlanılmasını tələb edirlər. İtaliya Xarici İşlər Nazirliyinin sözçüsü 11 avqustda La Stampa-ya verdiyi bir müsahibəsində, İtaliyanın Baş Naziri Silvio Berluskoninin Cənubi Osetiya məsələsində iştirakından danışır. Daha sonra Berluskoni özü bu münaqişədə Rusiyanı dəstəklədiyini söylədi[4]. Ancaq Roma nə Cənubi Osetiyanı, nə də Abxaziyanı müstəqil dövlət olaraq tanımır.