Gürcüstan–Meksika münasibətləri — Gürcüstan Respublikası və Meksika arasındakı mövcud ikitərəfli münasibətlər. Hər iki millət də Birləşmiş Millətlər Təşkilatının üzvüdür.
Gürcüstan–Meksika münasibətləri | |||||
---|---|---|---|---|---|
|
|||||
Vikianbarda əlaqəli mediafayllar |
8 iyun 1992-ci ildə Sovet İttifaqının dağılmasından qısa müddət sonra ölkələr arasında diplomatik münasibətlər qurulur. Münasibətlər qurulduqdan sonra, ölkələr üçüncü ölkələr vasitəsilə səfirləri akkreditə edirlər: Ankaradan Meksika, Vaşinqtondan Gürcüstan. 2008-ci ildə Cənubi Osetiyadakı silahlı qarşıdurma zamanı Meksika hökuməti bitərəf bir mövqe tutur və şiddətə son qoyulması üçün danışıqlar yolunu məsləhət görür. Meksika Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımır və onları Gürcüstanın ayrılmaz hissəsi hesab edir[1].
2010-cu ilin sentyabrında Gürcüstanın Baş naziri Nikoloz Zuraboviç Gilauri Meksikanı ziyarət edir. Burada Meksikanın İspaniya İmperiyasından müstəqilliyini elan etməsinin iki yüzilliyinə həsr olunmuş şənliklərdə iştirak edir. 2010-cu ilin dekabrında Gürcüstan Prezidenti Mixail Nikolaeviç Saakaşvili Kankunda BMT-nin İqlim Dəyişikliyi Konfransına qatılır. 2011-ci ilin avqust ayında Gürcüstan Xarici İşlər Naziri Qriqol Vaşadze Meksikaya rəsmi səfər edir və Gürcüstanın bu ölkədə səfirliyinin açıldığını elan edir. 2016-cı ilin iyul ayında Xarici İşlər Komitəsindən Meksika nümayəndə heyəti Gürcüstana səfər edir[2].
Hər iki ölkə qarşılıqlı maraq doğuran məsələlər üzrə siyasi məsləhətləşmələrin qurulması üçün Anlaşma Memorandumu barədə razılığa gəlmişlər.
2017-ci ildə ölkələr arasındakı ticarət həcmi 22,9 milyon dollar təşkil etmişdir. Gürcüstanın Meksikaya ixracatı: maqnezium, vint və təyyarə hissələri. Meksikanın Gürcüstana ixracatı: tekila, pivə və Meksika serialları.
Gürcüstanın Mexiko şəhərində səfirliyi var[3].
Meksikanın Gürcüstandakı maraqları Türkiyənin Ankara şəhərindəki səfirlik vasitəsi ilə təmsil olunur və TTiflisdə konsulluq da mövcuddur[4].
Gürcüstandan Meksikaya yüksək səviyyəli səfərlər:
Baş Nazir Nika Qilauri (2010)
Prezident Mixail Saakaşvili (2010)
Xarici İşlər Naziri Qriqol Vaşadze (2011)
Meksikadan Gürcüstana yüksək səviyyəli səfərlər:
Senator Qabriela Kuevas Barron (2016)