Gürcüstan–Qazaxıstan münasibətləri

Gürcüstan–Qazaxıstan münasibətləriQazaxıstan Respublikası ilə Gürcüstan Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr[1]. Qazaxıstan və Gürcüstan əlaqələri SSRİ dövründə Gürcüstan SSRQazaxıstan SSR münasibətlərinin tərkib hissəsi olmuş, iki ölkənin müstəqilliyinin bərpasından sonra yüksələn xəttlə inkişaf etməkdədir. Hər iki ölkə bir çox beynəlxalq təşkilatların üzvüdür (Birləşmiş Millətlər Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı).

Gürcüstan–Qazaxıstan münasibətləri
Gürcüstan və Qazaxıstan
 Gürcüstan  Qazaxıstan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İki ölkə arasında müstəqillik dönəmində ilk diplomatik əlaqələr 23 iyul 1992-ci ildə qurulmuşdur. İkitərəfli əlaqələrdə ilkin baza sənədi isə 1 iyul 1993-cü ildə imzalazmış Qazaxıstan–Gürcüstan müqaviləsidir.

İqtisadi əməkdaşlıq

[redaktə | mənbəni redaktə et]

Qazaxıstan Statistika Agentliyinin məlumatına görə 2012-ci ildə Qazaxıstanla Gürcüstan arasında mal dövrüyəsi 150 milyon dollar olmuşdur. Mövcud əlaqələr əsasən sənaye və turizm sahəsindən təmin edilir[2]. Qazaxıstan hazırda Gürcüstanda investisiya yatırmaq imkanına malikdir. Bu məsələ Qazaxıstan üçün piaritetdir. Azərbaycan Dövlət Neft Şirkəti Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri ilə nəqli üçün danışıqları davam etdirir. Bu isə öz növbəsində həm də Gürcüstan iqtisadiyyatına Qazaxıstan investisiyasının axınını təmin edə bilər.

12 may 2014-cü ildə Qazaxıstan Respublikası Xarici İşlər Nazirliyində Gürcüstanın bu ölkədəki səfiri Zurab Pataradze ilə görüş baş tutmuşdur. Bu görüşdə 2014-cü ildən etibarən Qazaxıstan vətəndaşlarına ölkəyə gəlməsi üçün vizaların verilməməsi müzakirə edilmişdir. Bununla bağlı hətta bu ölkəyə nota belə təqdim edilmişdir.

Gürcüstan səfrliyi isə ilk dəfə Almatada 1992-ci ildə açılmışdır. 2003-cü ildə isə səfirlik binası Almatadan Astanaya köçürülür.

1996-ci ilin sentyabrından Qazaxıstanın Azərbaycandakı səfirliyi həm də Gürcüstan səfiri rolunu oynayırdı.

2003-cü ildə Qazaxıstanın Tiflis şəhərində diplomatik nümayəndəliyi açılır. 2008-ci ilin yanvarında nümayəndəlik səfirliyə çevrilir.

  1. "Qazaxıstan Respublikasının Gürcüstanla əməkdaşlığı". 2017-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-25.
  2. "Казахстан заинтересован в увеличении инвестирования в Грузию". 2014-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-25.