Türkmənistan–Gürcüstan münasibətləri — Türkmənistan Respublikası və Gürcüstan arasındakı mövcud ikitərəfli münasibətlər. İki ölkə arasında diplomatik əlaqələr 16 iyul 1992-ci ildə qurulmuşdur. Hər iki ölkə Birləşmiş Millətlər Təşkilatı və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının üzvüdür.
Türkmənistan–Gürcüstan münasibətləri | |||||
---|---|---|---|---|---|
|
1991-ci ilə kimi Türkmənistan və Gürcüstan Sovet Sosialist Respublikaları İttifaqına daxil olan müttəfiq dövlətlərdən biri olmuşdur. 9 aprel 1991-ci ildə Gürcüstan, 1991-ci ilin 27 oktyabrında isə türkmənistan müstəqilliyini elan etmişdir.
Tiflisdə Türkmənistanın, Aşqabadda isə Gürcüstanın səfirliyi vardır. 2014-cü il may ayının 20-dən Gürcüstanın Türkmənistandakı fövqəladə və səlahiyyətli səfiri Giorgi Karalaşvilidir[1][2]. Türkmənistan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Dövlətmurad Muradovdur[3].
Ölkələr arasındakı əlaqələr tarixində əhəmiyyətli yeri yüksək səviyyədə təşkil olunan səfərlərdir. Türkmənistan Respublikasının ilk prezidenti Saparmurat Niyazov 1996-cı ildə Gürcüstana səfər etmişdir. Gürcüstanın ikinci prezidenti Eduard Şevardnadze 1997-ci ildə Aşqabadda səfərdə olmuşdur. Gürcüstanın üçüncü prezidenti [[Mixail Saakaşvili] Xalq Məsləhətinin XIX iclasında[4] və Türkmənistanın ikinci prezidenti Qurbanqulu Berdiməhəmmədovun inaqyrasiyasında iştirak etmək üçün 2007-ci il 14 fevral tarixində Türkmənistana səfər etmişdir[5][6]. Səfər zamanı Qurbanqulu Berdiməhəmmədov və Mixail Saakaşvili arasında görüş olmuşdur[7]. Gürcüstanın dördüncü prezidenti Georgi Marqvelaşvili Türkmənistana 2014-cü ilin dekabrında səfər emişdir[8]. Türkmənistanın ikinci prezidenti Qurbanqulu Berdiməhəmmədov gürcü həmkarı ilə 2015-ci ilin iyul ayında Tbilisidə görüşdür[9]. 2015-ci ilin dekabrında Gürcüstan Prezidenti Georgi Marqvelaşvili Türkmənistanın neytrallığının 20 illiyi münasibətilə təşkil olunmuş "Bitərəflik siyasəti: sülh naminə beynəlxalq əməkdaşlıq, təhlükəsizlik və inkişaf" adlı beynəlxalq konfransda iştirak etmək üçün Aşqabadda səfərdə olmuşdur[10].
İki ölkə arasında müqavilə-hüquq bazası 36 sənəddən ibarətdir.
1992—1995-ci illərdə Türkmənistan Gürcüstana təbii qazı borc olaraq verirdi[11][12]. Gürcüstan Türkmənistana aid vaqonları təmir etmiş[13], həmçinin Tiflis aviazavodunda Türkmənistan HHQ aid 43 təyyarə və 8 helikopteri modernləşdirmişdi. Türkmənistan gürcülərdən iki yeni hıərbi təyyarə almışdı[14][15].
Gürcüstan tərəfi Tüerkmənistanla energetika və nəqliyyat sahəısində əməkdaşlığı inkişaf etdiormək niyyətindədir. 2014-cü ildə Gürcüstan və Türkmənistan arasında ticarət dövriyyəsi 83, 672 mln ABŞ dolları olmuşdur. Ancaq Türkmənistan kütləvi ijnformasiya vastələrinin məlumatına görə isə bu rəqəm 495 mln dollardır[16].
Ölkələr Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan nəqliyyat dəhlizinin təşkilinə böyük diqqət ayırırlar[17][18].