Gürcüstan–Ukrayna münasibətləri — Gürcüstan Respublikası və Ukrayna arasındakı mövcud ikitərəfli münasibətlər.
Gürcüstan–Ukrayna münasibətləri | |||||
---|---|---|---|---|---|
|
|||||
Vikianbarda əlaqəli mediafayllar |
Gürcüstan Ukraynanın müstəqilliyini 12 dekabr 1991-ci ildə tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 22 iyul 1992-ci ildə qurulur. 5 aprel 1994-cü ildə Tiflisdə Ukrayna səfirliyi açılır. Gürcüstanın Ukraynadakı səfirliyi 19 avqust 1994-cü ildə Kiyevdə açılmışdır[1].
2013-cü ilin avqust ayındək Ukrayna-Gürcüstan münasibətlərinin hüquqi bazasına bir çox sahələrdə ikitərəfli münasibətləri tənzimləyən 130 sənəd imzalanmışdır. Əsas sənədlər "Ukrayna ilə Gürcüstan Respublikası arasında Dostluq, Əməkdaşlıq və Qarşılıqlı Yardım Müqaviləsi", "Ukrayna ilə Gürcüstan arasında Strateji Əlaqələrin İnkişafına dair Bəyannamə"-dir[2].
2008-ci ildə iki ölkə arasındakı ticarət dövriyyəsi təxminən 800 milyon dollar olmuşdur. 2009-cu ildə bu göstərici 1,5 dollar, 2010-cu ilin əvvəlində isə 127 milyon dollar artım göstərmişdir.
2012-ci ildə Ukrayna Gürcüstanın üç əsas ticarət tərəfdaşından biri olur. Ukrayna Dövlət Statistika Xidmətinin məlumatına görə, 2012-ci ildə Gürcüstana mal və xidmət ixracatı 540,8 milyon dollar təşkil edib (əvvəlki ilə nisbətən 17,7% azalma). Ukrayna Gürcüstana metalurgiya sənayesi, aqrar sənaye kompleksi, maşınqayırma və kimya sənayesi məhsulları ixrac edir. Bu zaman Gürcüstan Ukraynaya 171,7 milyon dollar dəyərində (əvvəlki ilə nisbətən 18,9% artım) mal ixrac etmişdir: aqrosənaye kompleksi və metallurgiya sənayesi məhsulları. Yəni 2012-ci ildə Ukraynanın Gürcüstanla xarici ticarət dövriyyəsi 712,6 milyon dollar təşkil etmişdir[3].
2017-ci ildə Gürcüstan, Ukrayna, Moldova və Azərbaycan Ümumdünya Ticarət Təşkilatının prinsip və qaydalarına əsaslanan sərbəst ticarət zonası qurmuşlar.
2017-ci ilin noyabrında Ukrayna Gürcüstanla Rusiya ərazisindən yan keçərək malların tədarükü barədə razılığa gəlir[4].
13 may 2018-ci ildə Kiyev, Ukrayna ixracatının genişləndirilməsinə və şaxələndirilməsinə imkan vermək üçün Gürcüstanla sərbəst ticarət müqaviləsinə dəyişiklik edəcəyini açıqlayır[5].
Dövlətlər arasında mədəniyyət, idman və turizm sektorlarında əməkdaşlıq haqqında bir sıra müqavilələr imzalanmışdır. İki ölkənin ən yaxşı universitetləri və məktəbləri bir-biri ilə əməkdaşlıq edir.
2007-ci ilin birinci yarısında abidələrin qarşılıqlı açılışı baş tutur: 2007-ci ilin martında Tiflisdə Taras Şevçenko və may ayında Kiyevdə Şota Rustaveliyə abidə qoyulur. 16 mart 2012-ci il tarixdə A. Asanidzenin İvan Kotlyarevskinin "Eneida" poemasının gürcü dilinə tərcüməsi nəşr olunur[6].
Ukraynadan silah tədarükü 1999-cu ildə başlayır və Narıncı inqilabın 2005-ci ildəki qələbəsindən sonra daha da aktivləşir[7].
2008-ci ildə Ukrayna Gürcüstan silahlı qüvvələrinə 2,5 milyard dollarlıq atıcı silah və hərbi texnika satır[8].
2017-ci ilin martında Ukrayna Müdafiə Nazirliyinin başçısı Stepan Poltorak və Gürcüstan hərbi idarəsinin rəisi Levan İzoria arasında əməkdaşlıq və əlaqələrin dərinləşdirilməsi barədə müqavilə imzalanır[9].