Gürcüstan Hərbi Hava Qüvvələri (gürc. საქართველოს საჰაერო ძალები, sak’art’velos sahaero dzalebi) 1991-ci ildən 2010-cu ilə qədər Gürcüstan Silahlı Qüvvələrinin tərkib hissəsi olmuşdur. 2009-cu ilin sentyabr ayına olan məlumata görə, HHQ-də 2,971 nəfər hərbi və mülki qulluqçu fəaliyyət göstərirdi.[1]
Gürcüstan Hərbi Hava Qüvvələri | |
---|---|
საქართველოს საჰაერო ძალები sak’art’velos sahaero dzalebi | |
Növü | Hərbi Hava Qüvvələri |
Yaranma tarixi | 1991–2010 |
Ölkə | Gürcüstan |
Tabedir | Gürcüstan Silahlı Qüvvələri |
Daxildir | Gürcüstan Silahlı Qüvvələri |
Sayı | 2,971 nəfər |
Qərargah | Tiflis, Gürcüstan |
Müharibələr | Rusiya-Gürcüstan müharibəsi |
Fərqlənmə nişanları | |
Vikianbarda əlaqəli mediafayllar |
Gürcüstan Hərbi Hava və Hava Hücumundan Müdafiə Diviziyası 1 yanvar 1992-ci il tarixində qurulmuşdur. 18 avqust 1998-ci ildə iki diviziya birləşmiş və vahid Gürcüstan HHQ yaranmışdır.
İlk döyüş uçuşu Abxaziya müharibəsi (1992-1993) zamanı 19 sentyabr 1992-ci ildə İzani Tsertsvadze və Valeri Nakopiya tərəfindən həyata keçirilmişdir. Bu tarix sonradan Gürcüstan HHQ günü kimi qeyd edilirdi. 2008-ci ilin avqustunda Rusiya ilə müharibənin ilk günlərində aktiv istifadə olunmasına baxmayaraq, sonradan Rusiya hava üstünlüyünü ələ keçirmişdir. Bu müharibə ərzində rus mənbələrinə əsasən Gürcüstan HHQ-nə məxsus üç ədəd Su-25 və iki ədəd L-29 vurulmuşdur. Gürcüstan Müdafiə Nazirliyinin verdiyi məlumata görə, döyüşlər zamanı 5 nəfər HHQ əməkdaşı həlak olmuşdur.[2]
2010-cu ildə Gürcüstan HHQ yenidən təşkil olundu. Bunun nəticəsində Hava Qüvvələri ayrıca bir vahid kimi ləğv olunmuş və Hərbi Hava və Hava Hücumundan Müdafiə briqadaları adı ilə Quru Qoşunlarına birləşdirilmişdir.[3]
Gürcüstan HHQ-nin əsas vəzifələri aşağıdakılardır:
Funksiyaları:
Əsas iki aerodrom Tiflisdə və Marneulidə yerləşir.
Uçuş avadanlığı | İstehsalçı ölkə | Növü | Variantı | Sayı[4] | Əlavə məlumat | |
---|---|---|---|---|---|---|
Döyüş təyyarəsi | ||||||
Su-25 | SSRİ | hücumçu-bombardmançı | 11[5] | |||
Nəqliyyat | ||||||
An-28 | SSRİ/ Ukrayna | nəqliyyat | 2[5] | |||
Helikopter | ||||||
Mi-8 | SSRİ/ Rusiya | hərbi-nəqliyyat | Mi-8/171 | 15[5] | ||
Mi-14 | SSRİ | axtarış/xilasetmə | 2[5] | |||
Mi-24 | SSRİ/ Rusiya | döyüş helikopteri | 9[5] | |||
Bell UH-1 | ABŞ | hərbi-nəqliyyat | UH-1H | 12[5] | ||
Təlim təyyarəsi | ||||||
L-39 | Çexiya | təlim/döyüş | 4[5] | |||
L-29 | Çexiya | təlim/döyüş | 4[5] |