Gürcüstan kərtənkələsi (lat. Darevskia rudis) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin qayalıq kərtənkələsi cinsinə aid heyvan növü.
Gürcüstan kərtənkələsi | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Sinifüstü: Klad: Klad: Klad: Sinif: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstəüstü: Dəstə: Fəsiləüstü: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Gürcüstan kərtənkələsi |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Daş kərtənkələlərinə daxil nisbətən iri növ sayılır. Uzunluğu 84 mm təşkil etdiyi halda quyruğu iki dəfə böyükdür. Başı aşkarca sıxılmış formaya malikdir. Orta hesabla boğaz nahiyəsində 20-34 pulcuq vardır. Bədəni boyunca isə 38-58 pulcuqla örtülü olur.
Bədənin yuxarı hissəsi erkəklərdə parlaq-yaşıl, zeytunu-yaşıl və ya çoşqun, dişilərdə isə boz rəngdə olur. Bədən boyunca qara rəngli noqtələr vardır. Erkəklərin qarın nahiyəsi yaşıl-sarı, mavi və ya maviyə çalar rəngdə olur. Dişilərdə isə sarı və ya yaşımtıl olur.
Bu növə daxil olan kərtənkələlər Cənubi Qafqaz, İnquş və Çeçenistan, Dağıstan və Türkiyənin şimalında yayılmışdır.
Qafqaz ərazisində beş yarımnövü müəyyəndir:
Qayalıqlar, çay sahilləri, meşəliklər və nadir hallarda ağaclarda yaşayırlar. Hündürlüyü 2000 metrə qədər olan ərazilərdə yayılmışdır. 1 km məsafədə 17-23 baş kərtənkələyə rast gəlinir. Fevral-mart aylarından oktyabr-noyabr aylarına qədər aktiv olurlar.
Əsasən cücülər və onurğasızlarla qidalanırlar.