Gürcistan Vilayeti

Osmanlının Gürcüstan vilayətiOsmanlı dövlətinin XVI əsrgürcülərdən ələ keçirdiyi torpaqlara erkən dövrdə etdiyi təhrirlərdə verdiyi addır. 1574 və 1595-ci illər tarixli iki təhrir dəftəri Gürcüstan vilayətinin müfəssəl dəftəri anlamında "Dəftər-i Müfəssəl-i Vilayət-i Gürcistan" adını daşımaqdadır.[1] Daha sonralar Gürcüstan vilayəti yerinə Çıldır əyaləti adından istifadə edilmişdir.

Osmanlı dövlətinin gürcülərdən ələ keçirdiyi torpaqlar erkən orta əsrlərdə geniş mənası ilə Məshəti adını daşıyırdı. Bu torpaqların bu gün Türkiyə sərhədləri içində qalan qismi Tao-Klarceti olaraq adlandırılmaqdadır. tarixi Gürcüstanın cənub-qərb kəsimini formalaşdıran bu bölgə erkən orta əsrlərdə Gürcüstan krallığı sərhədləri daxilində qalırdı. 1071-ci ildə Malazgird döyüşündə Bizansı məğlub edən Səlcuqlular Kveli qalası döyüşündə gürcü kralı II Georgini də ağır məğlubiyyətə uğradıb Məshəti bölgəsini ələ keçirdilər. 1121-ci ildə Didqori döyüşü ilə bölgədən Səlcuqlular geri çəkilincə Məshəti bölgəsi yenidən gürcülərin hakimiyyəti altına düşdü. Bu bölgəyə daha sonra birləşmiş gürcü krallığının dağılmağa başlamasından sonra müstəqil dövlətə çevrilən Samtshe-Saatabaqo (1268-1625) hakim oldu. Osmanlılar XVI əsrdə Samtshe-Saatabaqo torpaqlarını mərhələli formada ələ keçirdilər vu bu torpaqların təhriririni (qeydiyyata alınmasını) Gürcüstan vilayəti adı altında gərçəkləşdirdilər.[2]

Gürcüstan vilayəti adı altında 1574-cü ildə reallaşdırılan ilk təhrir Defter-i Mufassal-i Vilayet-i Gürcistan adını daşımaqdadır. Bu təhrir dəftəri 2017-ci ildə 1574 Yılı Gürcistan Vilayeti Büyük Defteri adı ilə türkoloq Nodar Şengeliya tərəfindən osmanlıca və gürcücə nəşr edilmişdir.[3][4] Gürcüstan vilayətinin ikinci təhriri isə təxminən 20 il sonra - 1595-ci ildə həyata keçirildi. Bu müfəssəl dəftər daha erkən tarixdə - 1941-1958-ci illər arasında türkoloq Sergi Cikia tərəfindən üç cild olaraq nəşr edildi. 1595-ci il tarixli dəftərə görə, Gürcüstan vilayəti Ahısqa (gürcücə: Ahaltsihe), Axalkələk (gürcücə:Ahalkalaki), Çıldır (gürcücə: Çrdili), Posho (gürcücə:Potshovi), Bedre (gürcücə:Petre), Penek (gürcücə:Panaki) və Ərdahan-i Büzürg (gürcücə:Didi Artaani) olmaqla, 8 livadan ibarət idi. Livalar isə nahiyyələrə və kəndlərə bölünürdü.[1]

  1. 1 2 Sergi Cikia. "Defter-i Mufassal-i Vilayet-i Gürcistan (Osmanlıca ve Gürcüce)". 1947–1958. 2022-04-27 tarixində arxivləşdirilib.
  2. Buba Kudava ve Goça Saitidze. Tao-Klarceti: Tarih ve Kültür Araştırmaları. Tiflis. səh. 177-183. ISBN 9789941963629.
  3. Nodar Şengelia. "1574 Yılı Gürcistan Vilayeti Büyük Defteri (1574 წლის გურჯისტანის ვილაიეთის დიდი დავთარი)". 2017. 2023-07-07 tarixində arxivləşdirilib.
  4. "Gürcistan'da Osmanlı Mufassal Defteri Yayımlandı". tiflis.yee.org.tr. 2020-11-21 tarixində arxivləşdirilib.