"Gələcəyin şoku" (ing. Future Shock) — Amerikalı sosioloq, postindusterial cəmiyyət konsepsiyasının müəlliflərindən biri Alvin Tofflerin həyat yoldaşı Xaydi Tofflerlə birlikdə yazdığı və ilk dəfə 1970-ci ildə çap olunmuş kitab[2]; beynəlxalq bestseller.
Gələcəyin şoku | |
---|---|
ing. Future Shock | |
Müəllif | Alvin Toffler |
Orijinalın dili | İngiliscə |
Ölkə | ABŞ |
Orijinalın nəşr ili | 1970[1] |
Nəşr | 1970 |
ISBN | ISBN 0-394-42586-3 |
Kitab 1965-ci ilin yayında "Horizon" jurnalında dərc edilmiş "Həyat yolu kimi gələcək" (ing. "The Future as a Way of Life") adlı məqalənin genişləndirilmiş və təkmilləşdirilmiş variantıdır.[3][4][5][6]
"Gələcəyin şoku" kitabı müəllifin əsərləri içərisində xüsusi yer tutur və ona böyük şöhrət gətirmişdir.[2]
Alvin Tofflerin qeyd etdiyi "gələcəyin şoku" hər şeydən əvvəl insanları əhatə edən sosial həyatdakı və mədəniyyətdəki dəyişikliklərdir.[7] İnsan "cəmiyyət" adlı sistemin çox kiçik bir elementidir və onun təhlükəsizliyinin özünəməxsus çalarları var.[7] Alvin Toffler qeyd edir ki,
"İnsan orqanizminin ətraf mühitdəki dəyişikliklərə uyğunlaşa biləcəyi müəyyən hədlər mövcuddur. Əgər əvvəldən bu hədlər müəyyən olunmazsa və bu dəyişikliklər artmaqda davam edərsə, biz çoxlu sayda insanları onların sadəcə dözə bilməyəcəkləri təsirlərə məruz qoya bilərik. Onları "gələcəyin şoku" adlandırdığım qeyri-adi vəziyyətə düçar etməklə biz çox risk edirik".[7]
Tofflerin kitabında qeyd etdiyi sürətin artacağı, homoseksual evliliklərin gündəmə gələcəyi və ətraf fəlakətlərinin çoxalacağı kimi başqa uzaqgörənlikləri doğru çıxmışdır.[8]
Müəllif kitabının nəşr olunmasının 40-cı ildönümü münasibətilə 40 il sonra dünyanın gələcəkdə necə olacağı haqqında fikirlərini bildirmişdir.[8] Onun fikirləri ABŞ-nin paytaxtı Vaşinqtonda təşkil edilən konfransda açıqlanan "Gələcək 40 il üçün 40 təxmin" adlı hesabatda dərc olunmuşdur.[8]
Kitab bir neçə dəfə təkrarən nəşr edilmişdir:
Kitab 6 milyon nüsxədən çox satılmışdır. Əsər dünyanın bir çox dillərinə tərcümə olunmuşdur.[2]
Kitab əsasında Orson Uells tərəfindən səsləndirilən eyniadlı sənədli film 1972-ci ildə ekrana çıxmışdır.[9]