Filmin əsas süjet xəttini köhnə gəmi saatı və qiymətli xəzinənin axtarışı ilə əlaqədar məktəbli oğlanın başına gələn əhvalatlar təşkil edir. Əsl səyyah olmağı arzulayan 10 yaşlı Alik (Anar Tağızadə) valideynlərsiz, təkbaşına Kiyevə əmisinin yanına gedir. Oğlan istəyirdi ki, əmisi boşanmağa hazırlaşan valideynlərini barışdırsın. Alik Ukraynanın kiçik şəhərlərindən birində çox adamla tanış olur. Mühəndis Aleksandr İvanoviçin (Nikolay Volkov) evində onun diqqətini köhnə gəmi saatı cəlb edir. Sən demə bu saat təkcə Aliki deyil, qarətçiləri də maraqlandırırmış. Nə üçün? Oğlan gəmi saatının sirrini açır: o, saatın içindən yazılı kağız tapır. Bu kağızda qiymətli daş-qaşların saxlanıldığı yer göstərilirdi. Milis qarətçiləri həbs edir. Gənc səyyahın ardınca valideynləri gəlir. Alikin ailəsində əmin-amanlıq yenidən hökm sürür.
Gəmi saatının sirri | |
---|---|
Fayl:Gəmi saatının sirri (film, 1983).jpg | |
Janr |
detektiv macəra uşaq |
Rejissor | Rüfət Şabanov |
Ssenari müəllifi | Rüstəm İbrahimbəyov |
Baş rollarda |
Anar Tağızadə — Alik Nikolay Volkov — mühəndis Elmira Şabanova — Alikin anası Hacımurad Yegizarov — Alikin atası |
Operator | Nikolay Juravlyov |
Bəstəkar | Leonid Vaynşteyn |
Rəssam | Georgi Prokopets |
İstehsalçılar |
"Azərbaycanfilm" Kinostudiyası Dovjenko Adına Kinostudiya |
İlk baxış tarixi | 22 sentyabr 1983 |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 70,54 dəq. |
Ölkələr |
Azərbaycan SSR Ukrayna SSR |
Dil | azərbaycanca |
İl | 1983 |
Texniki məlumatlar |
7 hissə 1930 metr genişekranlı 35 mm |
Rəng | rəngli |
IMDb | ID3127064 |