Mingəçevir trolleybusu — Mingəçevir şəhərində mövcud olmuş elektrikli ictimai nəqliyyat. Azərbaycan ərazisində mövcud olmuş ən gənc trolleybus təşkilatı olmuşdur. Şəhərdə ilk trolleybus nəqlityatı 15 aprel 1989-ci ildə istifadəyə verilmişdir. 1992-ci ilə olan məlumata görə 17 ZİU-9 markalı trolleybuslar istibadədə olmuşdur. Mövcudluğu dövründə cəmi üç xətt olmuşdur.
2006-ci ilin aprelində trolleybus istifadədən çıxarılmışdır.