Gənc Osman Dastanı — XVII əsrdə Qayıqçı Qul Mustafa tərəfindən yazılan və Türk xalq ədəbiyyatının ən vacib epik əsərlərindən biridir. Əsərdə Osman adındakı gənc bir yeniçərinin igidlikləri və ölümündən bəhs edilir.
Osmanlı ənənələrinə görə müharibədən sonra yeniçəri olan ozanlar tərəfindən qələbə haqqında şeirlər deyildiyi bilinməkdədir. Gənc Osman Dastanı da bu şəkildə yaranmış Türk xalq ədəbiyyatı məhsuludur. Bu epik şeir Bağdad səfərindən sonra yazılmışdır; yenə eyni səfərdən sonra Dəmirçioğlu kimi zamanının vacib xalq ozanlarıda müxtəlif şeirlər yazmışdır.[1] Hətta Türk xalq ədəbiyyatının ən vacib ozanlarından biri kimi göstərilən Qaracaoğlanda bir Gənc Osman Dastanı yazmış,[2] ancaq bu dastanların heç biri Qayıqçı Qul Mustafanın yazmış olduğu Gənc Osman Dastanı qədər tanınmamışdır. Qaracaoğlanın şeiri ancaq 1970. ildə ortaya çıxmışdır.[2] Gənc Osman Dastanı yazıldığı zamandan etibarən xəlq tərəfindən böyük rəğbət görmüş və xalq rəvayətinə çevrilmişdir.[3] Bu dastanın mahnı halına gətirildiyi də bilinməkdədir.[4] Gənc Osman Dastanı ozanın xalqın böyük bir hissəsi tərəfindən tanınmasına səbəb olmuşdur.[5]
Bağdad səfərinin 1639. ilə kimi çəkməsi əsərin bu illərdə yazıldığını göstərir.[2] Bu əsər Bayburtlu Zehninin "Hart Dastanı" və Razinin Şeyx Şamil Dastanı kimi əsərlərlə birlikdə Aşıq xalq ədəbiyyatının ən vacib epik əsərləri arasındadır.[6] Əsər Türk ədəbiyyatının araştırılması üçün də istifadə olunub. Fuat Köprülünün "Qayıqçı Qul Mustafa və Gənc Osman Hekayəsi" əsəri xalq hekayələrinin yaranma mərhələlərini izləmə və mənalandırma strategiyasının tətbiq edildiyi örnək əsərlərdən biridir.[7]
Gənc Osman dastanı Bağdad mühasirəsi zamanı Osman adlı bir gəncin böyük qəhrəmanlıqlar göstərib, daha sonra vurularaq Dəcləyə düşməsindən bəhs edir.[8] Osmanın ölümünə padişah IV Murat daxil bütün ordunun kədərləndiyi rəvayət edilir.[8] Hətta padişah IV Muradın Gənc Osmanın ölümündən sonra:"Kaşki Bağdadı fəth etməsəydim də Osmanım şəhid olmasaydı" dediyi iddia edilir. IV Muradın qardaşı II Osmanın da Gənc Osman olaraq tanınıb Yeniçəri üsyanı zamanı öldürüldüyü də bilinir. Burada bəhs edilən hadisənin II Osmanın öldürülməsi ilə əlaqəli ola bilmə ehtimalı vardır. Gənc Osman haqqında başqa ozanların da şeir yazması bu ehtimalı azaltsa da, bəzi mənbələrdə II Osmanın öldürülməsinin Qayıqçı Qul Mustafaya böyük təsir etdiyi deyilir.[9]
Hafiz Əhməd Paşanın yerinə vəziri azam və sərdarı əkrəm təyin edilən Hüsrəv Paşa dərhal Bağdada hərəkət etdi. Bu əzmli və cəsur vəzir, sərhad boylarında yetişmiş, təcrübəli əskərlər istəyir və:
Saqqal və bığına daraq batmayan uşaqlara bu orduda yer yoxdur, deyirdi. |
Əvvəlcə İran əskərlərinin dəstək aldığı Həmədana hücum etdi. Burada bir İran birliyini məğlub ettikdən sonra, Həmədanı aldı. Döyüş zamanı bir yeniçəri zabiti bığ yeri yeni tərləmiş gənc bir əskərin qəhrəmanlıqla vuruşduğunu gördü və bunu Hüsrəv Paşaya xəbər verdi. Əmrini yerinə yetirməyənləri cəzalandıran Hüsrəv Paşa, dərhal paşaları topladı və:
Bığına daraq batmayan bir uşaq orduya necə qatıla bilər? Siz buna nə deyirsiniz? |
Bu söz-söhbəti bütün paşalar eşitmişdi. Mehriban müharibəsində, qız kimi gözəl bir uşağın atını kişnədə-kişnədə qılıncsız düşmən mövqelərinə girdiyini bütün əskərlər görmüşdü. Paşalardan biri:
Adı Gənc Osman imiş dövlətlim, dedi. |
Hüsrəv Paşa qaşlarını devirdi. Gənc Osman adını o da eşitmişdi. Üzünü görən olmasa da, şöhrəti dillərə dastandı.
-İstehzamı edirsiniz Gənc Osman uşaqdırmı? Dedi.
Paşalar susmuşdu. Anadolu bəylərbəyi Zor Murtaza Paşanın gözləri dolu idi.
Osmanlı ordusu Həmədandan sonra İran ordusunu yenə məğlub etmişdi. Bu döyüşdə də Gənc Osman, atıyla irəli atılmış və qarşısına çıxanları devirərək qələbənin qazanılmasında böyük rol oynamışdı. Hüsrəv Paşa, bu müharibədə Anadolu sipahilərinin komandiri olan Zor Murtaza Paşayı çağıraraq, dərhal bu uşağı tapıb gətirməsini istədi. Bu əmrdən sonra Murtaza Paşa çölə çıxdı. Bütün bəylərin və paşaların gözü qapıda idi. Aradan xeyli zaman keçdi, qapı açıldı. İçəri Murtaza Paşa ilə birlikdə 15–16 yaşında görünən, arslan kimi bir oğlan girdi. Ağır addımlarla Hüsrəv Paşaya yaxınlaşdı, salam verdi. Paşa gur bir səslə soruşdu:
-Adın nədir?
|
Gənc Osman darağı aldı və hər kəs maraqla onu izlərkən qəfildən darağı üst dodağına batırdı.
Bu da bığ paşam. Mərdlik bığda deyil ürəkdədir. |
Bəylər və paşalar başını önə əymişdi. Murtaza paşa isə ağlıyırdı. Hüsrəv Paşa Gənc Osmanın dodağından axan qanlara baxıb:
Haydi get birliyinə oğul, mən sözümü geri aldım, dedi. |
Ordu, 6 oktyabr 1630 gecəsi Bağdadı yenə mühasirəyə aldı. Topçu atəşiylə qala divarlarında açılan dəliklər şəhidlərlə dolu idi. 8 noyabr axşamı bütün birliklərə ümumi hücum ediləcəyi bildirildi. 9 Noyabrda bütün birliklər hücuma keçdi, Murtaza Paşa ən öndə vuruşurdu. Gənc Osman da yanındaydı. Qala divarlarına xeyli yaxınlaşmışdılar. Baş sancaqdar irəli çıxdı, lakin vurularaq yerə yıxıldı. İndi sıra Gənc Osmanda idi. Yanında duran Murtaza Paşaya baxdı, yerə yıxılan sancaqdarın əlindəki sancağı alıb, qaçaraq xəndəyi keçdi. Yağış kimi yağan mərmilərə fikir vermədən qala divarına dırmaşmağa başladı. Nəhayət əməlinə çatdı, qala divarının üstünə çıxa bilmişdi. Dərhal sancağı sancdı, lakin bədəni yüzlərlə mərmiyə tuş gəlmiş və dəlik-deşik olmuşdu. Gənc Osman orada şəhid oldu. Dalğalanan sancağı görən Osmanlı əskərləri artıq qalib gəldiklərini düşünərək daha böyük bir güclə qala divarlarına yüklənməyə başladı və İran əskərlərini püskürdərək qala divarlarını keçə bildi. Qələbədən sonra Hüsrəv Paşa, Gənc Osmanın tapılmasını əmr etdi. Onu mükafatlandıracaq və qəhrəmanlıqlarını padişaha çatdıracaqdı. Bir az sonra gələn xəbərlə Gənc Osmanın Şəhid olduğunu öyrəndi. Deməli o bir çox bığı gur əskərdən daha cəsur idi.