Qayıqçı Qul Mustafa

Qayıqçı Qul Mustafa (türk. Kayıkçı Kul Mustafa; 1580, Aydın1658, Konstantinopol) — Türkiyə xalq ədəbiyyatının bəktaşi qolunun xalq ozanı.[1] Ozanın doğum və vəfat tarixləri haqqında dəqiq məlumat olmamasına baxmayaraq, onun XVII əsrdə yaşadığı müəyyən edilmişdir.[2] Bəzi mənbələrə görə, o, 1658-ci ildə vəfat etmişdir,[3] lakin bu iddianın əksinə olaraq onun 1659-cu ildən sonra vəfat etdiyini irəli sürən araşdırmalar da mövcuddur.[2] Ədəbiyyatçı Əhməd Kabaklı Qayıqçı Qul Mustafanın 1646-cı ildən sonra vəfat etdiyini iddia etmişdir.[4]

Qayıqçı Qul Mustafa
Doğum tarixi 1580
Doğum yeri
Vəfat tarixi 1658
Vəfat yeri
Fəaliyyəti yazıçı

Qayıqçı Qul Mustafanın harada anadan olduğu haqqında kifayət qədər məlumat yoxdur. Buna baxmayaraq, Osman Şövqi Uludağın Aydın vilayəti ətrafında tərtib etdiyi "Gənc Osman" türküsündə mövcud olan "bencileyin, sencileyin" kimi arxaik sözlərin Nazillidə hələ də işlədilməsi, ozanın ilk növbədə bir dənizçi olması və Aydın bəyliyi dənizçilik ənənəsi ilə tanınmış olması Qayıqçı Qul Mustafanın Aydın–Nazilli ətrafında doğulması ehtimalını gücləndirmişdir. Bundan əlavə, incəsənətdə böyük təsir bağışladığı Aşıq Ömərin əslən Aydından olması ilə bağlı iddialar da bu arqumenti əhəmiyyətli bir məlumat halına gətirir. Ədəbiyyat tarixçilərinin əksəriyyəti "Gənc Osman" dastanının Qayıqçı Qul Mustafanın ən mühüm əsəri olması ilə həmfikirdir.[5] "Gənc Osman" dastanı əvvəlcə şeir olsa da, ictimaiyyət tərəfindən anonimləşdirilərək onun türkü və dastan variantları ortaya çıxmışdır. Qayıqçı Qul Mustafanın əsərləri xalq dilinə yaxın, divan ədəbiyyatı xəttindən uzaq bir dilə malikdir. Buna baxmayaraq, o, Nəfi ilə birlikdə Sultan Muradın ən yaxın iki yoldaşından biridir.[6] Qul Mustafa dövrünün Osmanlı ordusu olan Yeniçəri ocağında kəmərçi işlədiyi üçün onun adı mənbələrdə Qayışçı Mustafa kimi hallanır.[7] Sonrakı dövrlərdə daha çox Qayıqçı adını almışdır. Başqa bir iddiaya görə, Osmanlı donanmasına qatıldığı və Kiçik Murad Rəis ilə Əlcəzairə getdiyi üçün ona qayıqçı adı verilmişdir.[2] Qayıqçının Murad Rəislə dəniz səyahətləri zamanı yazdığı dördlüklər bu ehtimalı gücləndirir.[8]

Türkiyə ədəbiyyatında üç tanınmış Qul Mustafa olduğu üçün Qayıqçı Qul Mustafanın şeirləri zaman-zaman bu şairlərin şeirlərinə qarışmışdır. Qul Mustafa yaşadığı dövrün Abaza Həsən Paşa qiyamı, Bağdad səfəri kimi mühüm hadisələrini yaşamış və bu hadisələri şeirinə daxil etmişdir.[9]

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Qayıkçı Qul Mustafa XVII əsr türk xalq ədəbiyyatının ozanlarından biridir. Onun yaradıcılığı real hadisələrə əsaslanan şeirləri arasında yeniçəri Aksaraylı Gənc Osmanın ölümü ilə bağlı yazdığı epik üslubda olan şeiri xüsusilə sərhəd bölgələrdə xidmət edən əsgərlər tərəfindən mənimsənilmiş,[2] bəzi ədəbi qurumlar tərəfindən qəbul edilmişdir.[10] O, dövrün Osmanlı səlahiyyətliləri tərəfindən "qəhrəmanın adını günümüzə çatdırmış, öz adını ölümsüz etmişdir" kimi şərh edilmişdir.[11] Qul Mustafanın adının Osmanlı səyyahı Övliya Çələbinin "Səyahətnamə"sində çoğur çalmağı bilən şairlər sırasında verilməsi,[5] onun şeirlərinin dövrün mühüm əlyazma dərgilərində və cönklərində yer alması şairin tanınmış bir ozan olduğunu göstərir. Qul Mustafa əsl şöhrətini lirik məhəbbət şeirləri və xüsusən də epik janrındakı işləri ilə qazanmışdır.[12] O, şeirlərində adətən 11 hecadan istifadə edirdi və işlətdiyi dildə divan ədəbiyyatının təsiri az olmuşdur. Bəktaşiliyi qəbul etdikdən sonra nəfəslər də oxumuşdur.[9]

  1. "Kayıkçı Kul Mustafa". 15 yanvar 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 aprel 2023.
  2. 1 2 3 4 "Kayıkçı Kul Mustafa". edebiyol.com. 20 Haziran 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 aprel 2023.
  3. Karaalioğlu, Seyyit Kemal. (1968). Edebiyatımızda Şair ve Yazarlar, s.75, İnkıkâp Yayınevi.
  4. Kabaklı, Ahmet. (1985). Türk Edebiyatı: 2. Cilt, TEV.
  5. 1 2 TDV İslam Ansiklopedisi. (2005). Kayıkçı Kul Mustafa ve Genç Osman Hikayesi, C.30, s.78, TDV: Ankara
  6. Oflazoğlu, A. Turan. (2001). Mutlak Avcıları, s.34, TDK: Ankara.
  7. "Kayıkçı Kul Mustafa". 15 yanvar 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 aprel 2023.
  8. "Kayıkçı Kul Mustafa (Seçki)" (PDF). antoloji.com. 3 Mart 2011 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 6 Ağustos 2011.
  9. 1 2 "Kayıkçı Kul MUSTAFA". ihsanozturk.com. 27 Eylül 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 6 Ağustos 2011.
  10. Banarlı, Nihat Sami. Devlet ve Devlet Terbiyesi, s.178, Kubbealtı Yayınları, İstanbul:2007
  11. "Kayıkçı Kul Mustafa". EdebiyatFakultesi.Com. 12 Mayıs 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 6 Ağustos 2011.
  12. "Kayıkçı Kul Mustafa (Seçki)" (PDF). antoloji.com. 3 Mart 2011 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 6 Ağustos 2011.
  • M. Fuad Köprülü, XVII. Asır Saz Şairlerinden Kayıkçı Kul Mustafa ve Genç Osman Hikâyesi, İstanbul: 1930.