Qaracaoğlan

Qaracaoğlan (təq. 1606təq. 1680) — Anadolu türk aşığı.

Qaracaoğlan
Doğum tarixi təq. 1606
Vəfat tarixi təq. 1680
Fəaliyyəti şair, müğənni
Vikimənbənin loqosu Qaracaoğlan Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qaracaoğlan irsi Türkiyədə Əli Rza Yalçın, Sadəttin Nüzhə (Erkin), İshak Rüfət, Zehni Ardıc, Cahid Öztelli kimi dəyərli araşdırmaçılar və ədəbiyyatşünaslar tərəfindən XX yüzilin əvvəllərindən öyrənilməyə başlayıb.

Yeri gəlmişkən, bəri başdan qeyd edək ki, Qaracaoğlan doğma diyarı Şərqi Anadoluya məhrəm olduğu qədər Azərbaycan elləri üçün də yaxındır, əzizdir. Bu baxımdan aşıq-şairin yaradıcılığını sərfi-nəzər edib onu vaxtilə oxucularımıza çatdıran İsmayıl Öməroğlu və Qara Namazov kimi alimlərimizin bu böyük sənətkarın yolunda çəkdikləri zəhmət xüsusi qeyd olunmağa layiqdir. Bütün bunlarla birlikdə Qaracaoğlan kimi azman bir sənətkarın bu taynan bağlı dərindən-dərin öyrənilməsinə həmişə ehtiyac duyulur. Uzun müddət aparılan elmi araşdırmalar sonucunda hələlik onun təxminən 1606-cı ildə Adana vilayətinin Bağça qəzasının Farsak kəndində tanınmış Sailoğulları nəslində dünyaya göz açdığını söyləmək olar. Bununla birlikdə, bəzi mütəxəssislər onun Anadolunun şərq tərəflərində, özəlliklə də Ərzurumda anadan olmasını israr edirlər. Onun əsl adı Həsən, atasının adı isə Qara İlyasdır. Türkmən tayfaları içə-risində böyüyüb yetişmişdir. Qaracaoğlamn ömrü demək olar ki, səyahətdə keçmişdir. O, sazını götürüb diyar-diyar gəzmiş, Ankara, Aydın, Maraş, Tokat, Konya, Niydə, Qaraman, Diyarbəkir, Mardin, Urfa, Hələb, Adana, Şam kimi şəhərlərdə olmuş. Balkan yarımadasında, Suriyada, Trablisdə, Misirdə gəzib-do-laşmışdır. Elə buna görə də aşıq-şair Qaracaoğlan haqqında müxtəlif məzmunlu rəvayətlər, macəralar dillərə düşmüşdür. Qaracaoğlan təxminən 1679-cu, yaxud da 1689-cu ildə öldüyünü yazırlar. Qəbri İçel vilayətinin Mut qəzasının Çukur kəndində nişanlısı Qaracaqızm qəbrinin yanındakı Qaracatəpədə — Qaracaoğlan təpəsindədir. Əlbəttə, Qaracaoğlan kimi böyük bir sənətkarın hansı vilayətdə, qəzada, kənddə, şəhərdə anadan olmasının və ya ölməsinin, habelə nə zaman yaşamasının dəqiqliyi ilə bəlli olmasının bəlkə də o qədər dərin önəmi yoxdur. Ancaq hər halda hər şey dəqiqlik tələb eləyir. Bu dəqiqlik ortaya çıxanda daha yaxşı olur. Adətən, böyük şəxsiyyətlərin vətəni olmur. Onlar bütün zamanlar üçün və hər insan oğlu üçün əzizdir. Hamı onları özününkü sayır. Xüsusilə də həmin böyük şəxsiyyət eyni millətin böyük oğludursa, Yunus Əmrə kimi, Füzuli kimi. Qaracaoğlan da türk millətinin qəlbində özünə böyük taxt qurmuşdur. Bu millətin şad günündə də, bəd günündə də onunla olmuş, sevincli günlərində onu güldürmüş, gəmginli günlərində ağlatmışdır. Bax, məhz buna görə Anadolunun hər bir insanı, hər bir şəhəri, kəndi onu özününkü saymış, özününküləşdirməyə çalışmışdır. Qaracaoğlan onu anlayan, başa düşən hər bir türkün, hər kəsindir.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Qaracaoğlanın kədəri də sevinci kimi safdır, təmizdir. O, düzlüyü, həqiqəti hər şeydən üstün tutub. 400 il bundan qabaq özünün beştelli cürəsiynən məclisdən-məclisə dürlü-dürlü xanələr daşıyan ölməz sənətkar, harada nə görübsə, ona yerindəcə qoşqular düzüb, kamil deyimləriynən el yığnaqlarını canlandırıb, feyzyab edib. Hər sözü, hər kəlməsi xüsusi ölçülər və biçimlər içində qatarlaşan qoşma və gəraylılarına hələ öz sağlığından üzü bəri neçə-neçə nəğmələr qoşulub. Onun düzümləri notların xanələrində qərar tutub. Beləliklə o, bir aşıq kimi el məclislərini, bir şair kimi türk şeir dünyasının saralıb-solmayacaq saysız-hesabsız vərəqlərini bəzəyib.Aşıq həyatdakı özbaşınalıqları, rüşvətxorluğu, ədalətsizlikləri gördükdə dözmürdü. Fırıldaqla, hiylə ilə baş girləyənləri, hətta ruhanilərin tamahkarlığını heyrətlə qarşılayırdı. Qaracaoğlan dövrünün bir sıra siyasi-ictimai olaylarına da biganə qalmamış, yeri gəldikcə insan təlafatına, saysız-hesabsız adamların bədbəxtliyinə, göz yaşlan axıtmasına səbəb olan ədalətsiz müharibələri də bəzi əsərlərində pisləmişdir. Qaracaoğlanın lirikası öz səmimiliyi, emosionallığı, təsirliliyi, ecazkarlığı ilə başqa aşıqlarınkından seçilir. O, hər şeydən öncə həyat aşiqi, füsunkar təbiət heyranı, sədaqətli vətən vurğunudur. Vətəninin zəngin təbiəti öz gözəlliyi və əzəməti ilə aşığı valeh etmişdir. Vətənin uca dağları, yam-yaşıl düzləri, sərin bulaqları, al-əlvan çiçəkləri, mer-meyvəli bağ-bağçaları, laləli yamacları, ilan kimi qıvrılıb axan çayları şair-aşığa ilham vermiş, onun incə, kövrək qəlbini riqqətə gətirmişdir. Aşığın dörd "dağlar" rədifli qoşmalarının hər birində füsunkar təbiət lövhələrinin bənzərsiz mənzərələri ilə tanış oluruq. Saz şairi qürbət elləri hansı məqsədlə olur-olsun gəzib-dolaşdıqca, doğma yurd-yuvasını yaddan çıxara bilmir. Vətən həsrətilə yaşayıb-yaradır. Belə zamanlarda aşıq üzünü qürbətdəki dağlara yaxud da havada "qatar-qatar olmuş gələn durnalar"a tutub Vətənin halından xəbərdar olmağa çalışır. Qürbət diyarlarda heç bir kimsəsi olmadığından şikayətlənən aşıq oralarda ölməyini heç arzulamır.

Onun fikrincə "Sultan Süleymana qalmayan dünya" heç kimə qalmayacaqdır. Ona görə də, əgər yaxşılıq eləyə bilmirsənsə, onda pislik eləməyə də can atma, deyir. Çünki, elin, xalqın malını yeyən bu dünyada olmasa da, o biri dünyada cavab verməlidir. İctimai ədalət gec-tez öz yerini tutmalıdır. Aşıq bu inamını aşağıdakı bənddə belə dilə gətirirdi:

Bu dünyada adam oğluyam dersin,

Helali haramı durmayıp yersin,

Yeme el malını er geç verirsin,

Iğneden 'ıpliğe sorulur bir gün.

Qaracaoğlan eşq-məhəbbət şairi olub. Təkcə Anadolunun yox, bütün türk aləminin gözəlləri onun qoşqularında öz əksini tapır. Aşığın şeirlərini diqqətlə nəzərdən keçirdikcə, adama elə gəlir ki, onun yaradıcılığı bir güzgüdür. Sənətkarın bütün təhbehləri, heca düzümlü qafiyələrirədif sonluqları sırf orijinaldır, özünəməxsusdur. Onun şeirlərində bir kəlmə də olsun yerinə düşməyən qafiyəyə rast gəlinmir. Məna və məzmun vəhdətindən doğan bütövlük hər bir qoşqusunu ayrıca bir sənət nümunəsinə döndərir. Aşıq Qaracaoğlan zəngin bir irs qoyub getmişdir. Onun beş yüzdən artıq şeri gəlib bizə çatmışdır. Cahit Öztcllinin tərtib etdiyi kitabda onun 480, Mustafa Nəcati Karaərin hazırlayıb nəşr etdiyi kitabda isə aşığın 462 şeiri verilmişdir. Tədqiqatçıların müəyyənləşdirdiyinə görə Qaracaoğlamn şerlərinin çoxunu qoşmalar təşkil edir. Bunların sayı təxminən 320-dən çoxdur. Doxsana qədər səmaisi vardır. Əsərlərindən görürük ki, saz şairi Qaracaoğlan bir el sənətkarı, xalqının qəmini, dərdini çəkən bir el məsləhətçisi kimi, yaşadığı dövrün, sosial həyatın hər bir sahəsinə diqqət yetirmiş, müşahidələri sonucunda bunlara gərəkli dərəcədə öz münasibətini bildirmişdir. Aşığın lirikasında həyatdan, dövrandan şikayət, ölkənin pərişan halından, mənəvi və maddi çətinliklərdən doğan kədər hissləri, bədbinlik, ümidsizlik duyulur. Şair-aşığın bu kədəri onun fərdi kədəri deyil, özü demişkən "cümlə aləm"in dərdidir. Qaracaoğlan real, gerçək həyatı hər şeydən üstün tutur. Onun poeziyası özündən öncəki təsəvvüfı xalq şerindən məhz bu cəhəti ilə fərqlənir və ən çox insan yaşamı ilə bağlıdır. Təriqət şeri, təsəvvüf fəlsəfəsi onu özünə cəlb eləmir. "Yunus Əmrə üçün "o biri dünya" və "Tanrı sevgisi" nədirsə, Qaracaoğlan üçün da "bu dünya" və "insan sevgisi" odur. İçərisindən çıxdığı türkmən oymaqlarının gələnək və görənəklərinə, yaşayış tərzinə çox möhkəm bağlı olan aşıq şerlərində bunları əks etdirmişdir. Örnək olaraq, yayla köçlərini, toy-düyünləri, geyim tərzini, at yarışlarını və s. göstərmək olar [21,43–44]. O, xalqın zövqünü, qəlbinin döyüntülərini duyur, hiss edir. Onların beyinlərinə yox, ürəklərinə müraciət edir, könüllərini riqqətə gətirir, qəlblərini tərpədir, yerindən oynadır. Qaracaoğlanın qoşmalarında, eləcə də səmai və digər şerlərində əsas mövzu sevgidir. O, bu eşqini dilə gətirdikdə, əslində gerçək və həqiqi insan məhəbbətini nəzərdə tuturdu. Onun qəlbində, demək olar ki, ilahi eşqə heç yer yoxdur. Gördüyü hər gözələ, qarşılaşdığı hər bir dilbərə könüldən vurulur və hamısı ilə mehribandır, Anadolu ləhcəsi ilə desək "sənli bənli"dir. Qaracaoğlan bəzən ad yerinə sadəcə olaraq "ala gözlü türkmən qızı", "ala gözlü nazlı dilbər", "ala gözlü bənli dilbər", "pəncərədən bakan dilbər", "suya gedən allı gəlin", "behey ala gözlü dilbər", "bana kara deyen dilbər" kimi ifadələrlə bulaq başında, çöldə-çəməndə, dağda, çay kənarında, yaylaqda, kənddə-kəsəkdə rast gəldiyi vətən qız-gəlinlərinə müraciətlə öz gəray Ularım qələmə alır. Bu qız-gəlinlər harada olurlarsa-olsunlar, dəxli yoxdur, şair onlardan dərin sevgi hissilə, coşqunluqla söhbət açır. Onlar haqqında səmimi, şirin, sadə, incə bir dildə danışmağı xoşlayır. Bunlar doğma el-oba, kənd qadınlarıdır. Bu qız-gəünlərin şəxsində aşıq Anadolu qadınının nəcib duyğularını, ağlını, kamalını, daxili və xarici gözəlliklərini ümumiləşdirməyə nail olmuşdur. Bolqarıstanlı türk alimi Rza Mollov türk qadınının təbii və bəşəri portretini əbədiləşdirən və ölümsüzləşdirən Qaracaoğlanın bu qadın tipləri ilə əlaqədar söylədiyi aşağıdakı fikirlərilə razılaşmamaq mümkün deyil. O, yazır: "Xalq şerində, türk poeziyasında türk qızını bu qədər gözəl, bu qədər incə, bu qədər mükəmməl olaraq Qaracaoğlan kimi ustalıqla heç kəs təsvir edə bilməmiş, heç kim onu bu qədər heyranlıqla tərənnüm edə bilməmişdir. Qaracaoğlan ədəbi-mədəni dünyaya təkcə türk gözəlini tərənnüm edən bu növ lirik şerlərini vermiş olsaydı belə, yenə ədəbiyyatda ölməzlər arasında bir nəhəng kimi yeri olacaqdı" [17, 78–79]. Yuxarıda da qeyd etdik ki, Qaracaoğlan Avropa ölkələrini də gəzib-dolaşmışdır. Orada da çox şeylər görmüş, çox adamlarla görüşüb söhbət etmişdir. Ancaq onun orada gördüklərinin əksəriyyəti doğma elində olanlardan çox fərqlənirlər. Eyni zamanda orada gördüyü gözəllərdən də öz yurdunun gözəllərini üstün tutur.

Eşqi varlığına hakim kəsiləndə, məhəbbəti ömründən uca tutulanda Qaracaoğlan Vaqifə bənzəyir. Xalq hikmətlərinin poetik duyumlarını qoşqularında rədif qafiyələrə döndərəndə Ələsgərlə qoşalaşır. Kədərin müqabilində sabahın nikbin duyğularına boylananda isə Aşıq Alıynan səs-səsə verir. Bütün bunların müqabilində isə mühüm bir amil dayanır. Əgər Qaracaoğlan bu sənətkarların hər birindən neçə yüzil əvvəl yaşayıbsa, bəs bu bənzərlik nəynən bağlıdır? Onların yaradıcılığına diqqətlə nəzər yetirəndə sualın son cavabı özlüyündə aydınlaşır. Bu qüdrətli aşıq şairin özündən sonra gələn türk yaradıcılarına, o cümlədən də Azərbaycan aşıq deyimlərinə güclü təsiri olub. Bir çox araşdırmaçılar yaşlı insanların söylədiklərinə əsaslanaraq Qaracaoğlanın Kökçeeldə anadan olduğunu, Kozanoğulları dərəbəyliyi zamanı onu öldürmək istəmişlər. O, iki bacısı ilə obasından qaçmış, bir çox yerləri gəzərək Ərzuruma qədər gəlmiş, ömrü boyu evlənməmiş və orada ölmüşdür. Haqqında yazılan başqa rəvayətə görə əski yurdunda Kılıclı aşirəti bəylərindən birinin arvadı ilə aralarında məhəbbət macərası olduğu üçün onu öldürmək istəmişlər. O, iki bacısı ilə obasından qaçmış, bir çox yerləri gəzərək Ərzuruma qədər gəlmiş, ömrü boyu evlnməmiş və orada ölmüşdür.

Digər bir rəvayətə görə də Qaracaoğlan Bahçe ilçəsinin Farsak (Varsaq) kəndində anadan olmuşdur. Son zamanlar aparılan tədqiqatlarda onun anadan olduğu yerin Kozan ilçəsinin kökçə kəndi olduğu yazılmaqdadır.

Ən çox üzərində durulan nöqtə də aşığın Çukukovda doğulduğu və orada ölməsidir. Mehmet Fuad Köprülünün tədqiqatlarında Qaracaoğlan Bahçe isçəsinin Farsak kəndində Sailoğlu ailəsindəndir.

Radlovun verdiyi məlumata görə isə Qaracaoğlan Belqradda anadan olmuş, adı Simayıl, sevgilisinin adı da İstemi Sultandır. Sadettin Müzhet Ergün də Qaracaoğlanın Kanuni Sultan Süleyman (1520–1566) dövründə yaşadığını yazır.

Qaracaoğlanın öz şerlərində də istifadə etdiyi yer adları onun anadan olduğu yer haqqında müxtəlif təsəvvürlər yaradır. Onun şerlərində:

"Ərzurumdur benim ilim","Binboğadır benim ilim","Yaylağımız Bulqar dağıdır"

— kimi misralar tədqiqatçılar arasında fikir dolaşıqlığı yaratmışdır. Onun soyu haqqında da müxtəlif söyləntilər olmaqla bərabər öz şerlərində soyu, kökü, nəsli haqqında da müxtəlif işarələr mövcuddur. Başqa rəvayətlərdə də onun Kırşehrin Mecidiyyə idçəsinin Mamalı kəndində Bıdvanoğlu soyundan, varsaq soyundan olduğu, atasının Türküstanın Bayat elindən köçüb gəldiyi söylənilir.

Bu da bir həqiqətdir ki, Qaracaoğlan aşıq ənənələrə uyğun olaraq sazı və sözü ilə Osmanlı imperatorluğunun Konya, İçel, Kayseri, Mardin, Karaman, Adana, Diyarbekir, Hama, Hələb, Misir, Tokkat, Ankara, Bursa, Simas kimi yerlərinin kənd və yaylalarına qədər gəzib-dolaşmış, hər yerdə də şairlik və aşıqlıq gücünü göstərmişdir. Öz adının gah Hasan, gah da Halil (Xəlil), Qaracaoğlanın isə onun təxəllüsü olduğunu aşıq şerlərində ifadə edir. Qaracaoğlanın tədqiqatçıları onun bir qürbətçi, qərib bir aşıq olduğunu yazırlar. Şerlərində də bunu edən tutarlı misralar vardır. Şerlərində Dunay boylarından, Avstriya müharibələrinə qədər söz etdiyinə görə onun Osmanlı imperatorluğunun qərb hüdudlarına, hətta xarici ölkələrə də getdiyi ehtimal olunur. "Dilləri var dilimizə bənzər" şeri bu ehtimalın doğruluğunu təsdiqləyir. Mənbələrdə onun 1679 və ya 1689-cu ildə öldüyü bildirilir.

Doğulduğu yer kimi adı, soyadı, öldüyü yer və dəfn edildiyi məkan dəqiq olaraq bilinmir və müxtəlif rəvayətlərlə izah edilir. Bu rəvayətlər təxminən aşağıdakılardır.

  • 1. Maraşın Jezel yaylasında 96 yaşında ölüb, vəsiyyəti üzrə tənha bulaq başında dəfn olunub. Sazı çürüyüncəyə qədər başucunda ağacdan asılı durduğu söylənilir.
  • 2. Nizipin Keklicə kəndində sazını budağına asdığı bir ağacın dibində basdırılmışdır.
  • 3. Çukurovada bir təpədə dəfn edilmişdir.
  • 4. İçelin Mut ilçəsinin Çukur kəndində bir təpə üzərində dəfn edilmişdir. Bu tənəyə indi də Qaracaoğlan tənəsi deyilir.
  • 5. Ərzurumun Oltu ilçəsinin Penek kəndində ölmüş Zəm-zəm dağındakı Yasamal yaylasında basdırılmışdır.

Qaracaoğlanın həyatı və yaradıcılığı haqqında ilk məlumatı türk ədəbiyyatının quruculuğundan olan Fuad Köprülü 1915-ci ildə "Türk saz şairləri" adlı kitabında vermişdir. 1927-ci ildə isə Sadettin Hüzhüt Güney "Qaracaoğlanın həyatı və şeirləri" kitabını nəşr etdirdi. Sonrakı illirdə Ahmet Kutsi Tecer, Mustafa Necati Karayer, Refik Ahmet Sevengil, Jahit Özbelli, İlhan Başgöz, Ali Rza Yalçın, Ahmet Tevhid kimi alimlərin tədqiqatlarında Qaracaoğlan, onun yaradıcılığı haqqında qiymətli fikirlər irəli sürülmüşdür. Bu tədqiqatlarda birdən çox Qaracaoğlanın yaşadığı ehtimalları da ortaya çıxmaqla bərabər Qaracaoğlanın yaşadığı dövr gah XVI, gah da XVII əsrə aid edilmişdir.

Jahit Öztelli XVII yüzilə aid bir cümləyə istinad edərək, aşığın XVII əsrdə yaşaması ehtimalını irəli sürür. Jahit Öztellinin verdiyi məlumata görə Aşıq Gevhəri ilə Qaracaoğlanın deyişmələri "XVII yüzilə aid olan bir cüngə "Aldı Gövhəri, aldı Qaracaoğlan" deyə başlayan türkülərdə mövcuddur. Bu cüngdəki məlumatların əhəmiyyəti bir də ondan ibarətdir ki, bu məlumatlar Qaracaoğlanın yaşadığı dövrü dəqiqləşdirir. Aşıq Gövhərinin XVII əsrdə yaşadığı artıq elm aləminə məlumdur. Jüngə yer alan Gevhəri və Qaracaoğlan deyişmələri göstərir ki, Qaracaoğlan Gevhərinin müasiridir. Demək, haqqında söhbət açdığımız Qaracaoğlan XVII əsrdə yaşamışdır.

Qaracaoğlanın həyatı ilə bağlı dastandan əlavə, xalq arasında kiçik epizodlar da dolaşmaqdadır. Bu nümunələrdə Qaracaoğlan bir övliya, sazın-sözün qüdrəti ilə hər şeyi mümkün edən bir şəxs kimi verilir.

Qaracaoğlanın sazının hər teli, sözünün hər bəndi bir Adama həyat verir. Qaracaoğlan bu məqamlarda Dədə Qorqudla yanaşı dayanır. O da "müşkülləri həll edir", onun sazı da qopuz kimi ecazkardır.

Qaracaoğlan xalq dilinin incəliklərini və gözəlliklərini bütün təravəti ilə şerə gətirdiyi kimi, heca vəzninin də ən yayqın və klassik formalarında şerlər yazmışdır. Ən çox qoşma, səmai, varsağı şəkillərindən istifadə etmişdir. Türk aşıq şerində varsağı deyildiyi zaman Qaracaoğlan xatırlanır. Şeirin bu növü heca vəzninin səkkizli qəlibi ilə yazılıb, xüsusi bir hesabatla oxunur. Varsağı şer şəklində bəndlərin sayı 3 ilə 5 arasında olur. Bunu səmaidən (gəraylıdan) ayıran xüsusiyyətlərdən biri onun xüsusi bəstə ilə oxunması və ilk dövrdükdə behey, bre, hey kimi nidaların olmasıdır.

Türk xalq ədəbiyyatında məhəbbət mövzusunu ən çox işləyən Qaracaoğlan olduğu kimi, XVII əsr aşıq ədəbiyyatında daha çox gözəlləmələr yazan da Qaracaoğlan olmuşdur. Gözəllərin ağlını-kamalını, mərifətini, əndamını, qaşını-gözünü, sözünü ustalıqla mədh etməklə bərabər gözəl olan hər şeyi (mənzərə, dağ-daş, təbiət və s.) öyən şerlərin Qaracaoğlanın yaradıcılığında ayrıca yeri var.

Qaracaoğlanın istifadə etdiyi nəzm şəkillərindən biri də qoşmadır. Aşığın tədqiqatçılarının yazdığına görə onun yazdığı 500-dən yuxarı şerin 322-si qoşma biçimində olmaqla bərabər, bu şerlər klassik qoşma şəklinin ən mükəmməl nümunələrindəndir.

Məlumdur ki, aşıqların təcrübələrini ifadə edən öyüdverici şerləri (ustadnamələri) yazan şairlər müəyyən bilik və təcrübəyə, dünyagörüşünə malik ağsaqqallıq, müdriklik timsalıdır. Türk xalq şerində bunun gözəl örnəklərinə də Qaracaoğlan ustadnamələrində rastlanır. Qaracaoğlanın poeziyası bədii sənətkarlıq baxımından da güclüdür. Xalq şerinə məxsus sadəlik, təbiilik, aydınlaq onun yaradıcılığında özəl bir yer tutur. Tək-tək ərəb və fars sözləri olsa da, onlar onun poeziyasının gözəlliyinə xələl qata bilmir. Şair xalqının danışdığı, anladığı, hər gün eşitdiyi sözləri, ifadələri işlədir. Bu sadəlik, bu təbiilik və aydınlıq eyni zamanda onun şerlərinin biçimində, ölçüsündə də özünü göstərir. Onun istifadə etdiyi təsvir formaları, bədii ifadələr, məcazlar sistemi əsərlərinin poetik gücünü daha da artırır, şairin yaradıcılığına xüsusi bir gözəllik verir. Qaracaoğlan yaradıcılığı ilə Türkiyənin xalq ədəbiyyatında yeni bir mərhələ başlayır. O, özündən sonrakı Türkiyə aşıq poeziyasına güclü təsir göstərmişdir. Düzdür, onun özü də özündən öncəki xalq şairlərindən xeyli şeylər öyrənmişdir. Məsələn, Yunus Əmrə kimi nəhəng şairdən çox öyrənmişdir. Qaracaoğlan, hətta, Y. Əmrənin bir ilahisində təkrarlanan "Bana seni, gerek seni" nəqərat misrasını özünün bir səmaisində "Sana bir ben gerek, bir ben", başqa hir səmaisində isə "Yare bir ben gerek, bir ben" biçimində təkrarlamış və belə yaxınlıqlara onun yaradıcılığında çox rast gəlmək mümkündür. Əsərlərinin hamısını heca ölçüsü ilə yazan Qaracaoğlanın hələ öz sağlığından başlayaraq onu özünə ustad hesab edən və onun yaradıcılıq yolunu izləyən şairlər ordusu yetişmişdir. Onların içərisində XVII yüzilliyin saz şairlərindənÖməri, Gövhərini, Həsəni, ismayılı, XVIII və XIX əsr aşıqlarından Dəli Boranı, Dadaloğlunu, Ruhsatini, Vəhdətini və başqalarını göstərmək olar. Qaracaoğlan təkcə saz şairlərinə-aşıqlara təsir göstərməklə qalmayıb. Onun yaradıcılığından yazılı ədəbiyyatın nümayəndələri də yararlanmışlar. Aşıq tərzində şerlərilə məşhur olan Rza Tofiq (1869–1949) yaradıcılığında özəlliklə bu yaxınlıq açıq şəkildə hiss olunur. Karacaoğlan sevmək və sevilmək mövzusunda o qədər qabağa gedir ki, onu nə şəriət və əxlaq qanun-qaydaları, nə də dövrünün adət-ənənələri tutub saxlaya bilir. Şairin qəti düşüncəsinə görə, insan həyatında ən əhəmiyyətli şey sevmək və sevilməkdir. Qaracaoğlan öz sevgisini büruzə verərkən, əslində həqiqi insan sevgisini nəzərdə tutur. Həyatın mənası sevməkdədir. Qaracaoğlan dünyada bütün sevənlərin bir-birinə qovuşmasını diləyir, təmiz, saf sevgini təbliğ edir. "Bizim üçün ayrılıq yoxdur, ya sən, ya mən ölməyincə" — deyir. Qaracaoğlanın poeziyası bədii sənətkarlıq baxımından da güclüdür.

  • Aydın Abi Aydın "Türkiyə ədəbiyyatı tarixi"(müqayisəli) I cild. Bakı: "Təknur", 2010. S. 181–192.
  • 100 böyük türk. (Azərbaycan dilinə tərcümə edəni Sabir Adil. Redaktoru: Məlik Allahverdiyev), Bakı, 1991. səh.22.