1679-cu il İrəvan zəlzələsi — 4 iyun 1679-cu ildə İrəvan şəhərində və ətrafında baş vermiş güclü zəlzələ. Zəlzələnin episentri Baş Gərni kəndi yaxınlığında olub. Zəlzələnin maqnitudası 6,4 bal[1] (digər mənbələrə görə 8 bal[2]) gücündə olub. Yeraltı təkanların gücü 9–10 bala çatıb.[1] Bu, Cənubi Qafqaz tarixindəki ən güclü zəlzələlərdən biri hesab olunur. Zəlzələ nəticəsində İrəvan şəhəri ətraf ərazilər güclü zərər görüblər. Nəticədə 20 mindən çox adam xəsarət almış, 7500-dən artıq insan həlak olmuşdur.[3].
1679-cu il İrəvan zəlzələsi | |
---|---|
| |
Tarix | |
Maqnituda | 6,4[1] |
Episentrin yeri | |
Ölənlər | 7600 nəfərdən artıq |
Xəsarət alanlar | 20 min |
İqtisadi zərər | şəhər tam dağıdılıb |
Xəritədə yeri | |
|
İrəvan zəlzələsi 1679-cu il iyunun 4-də baş vermişdir. Zəlzələ nəticəsində İrəvan şəhəri və ətrafı darmadağın olmuşdur. Kanakir, Vəliağalı, Baş Gərni və digər yaşayış məntəqələri yerlə yeksan olub. Bu məntəqələrin bəziləri hazırda İrəvanın daxilində yerləşir. Zəlzələnin episentrində yerləşən Baş Gərni kəndi tamamilə dağılıb. Kanakir kəndində isə 1228 nəfər həlak olub.[3]
Zəlzələ bir çox bina və tikililəri dağıdıb. İrəvanda bir çox tarixi tikililər, o cümlədən İrəvan qalası və onun daxilində olan Xan sarayı, Div Sultan məscidi, Müqədəs Sarkis kilsəsi dağılmışdır. Həmçinin I əsrə aid bütpərəst Gərni məbədi də dağılan tikililər arasında idi. Bir çox kənd və yaşayış məntəqəsi xarabaya çevrilmişdir.[4]
İrəvanın yeni hökmdarı təyin olunan Zal xanı təbrik etmək üçün zəlzələdən bir qədər əvvəl buraya gələn Əylisli Zəkəriyyə həmin hadisəni belə qələmə alıb:
Daşı-daş üstə qalmadı, məscidlər, karvansaralar dağıldı, qala yerlə yeksan oldu, körpülər yatdı, ölən qalandan çox oldu. Abbasqulu xanın kürəkəni Zal xan çapar göndərib bu sitəm haqqında dörd yana xəbər yaydı. Gəncədən 800 adam gəldi. Məhəmməd xan Naxçıvandan böyük bir dəstə gətirdi. Bərdədən, Zəyəmdən, Makudan, Təbrizdən, qonşu xanlıqlar və sultanlıqlardan o qədər adam gəlmişdi ki, qala ətrafında tərpənməyə yer yox idi. Azərbaycan vəziri Mirzə İbrahim iyulun 1-də Təbrizdən gəlib İrəvanda əyləşdi. Qala yenidən ucaldı, daha möhkəm oldu, arxlar çəkildi, körpülər salındı, məscidləri, karvansaraları yenidən tikdilər. Yerlə yeksan olan şəhəri dirçəldənlər viranəlik-xarabalıq üzərində daha möhkəm qala, daha görkəmli, daha gözəl imarətlər ucaltdılar. Şəhər dirçəldi, əhali bərpa olunan evlərə qayıtmağa başladı.[5] |
Salnaməçilər yazır ki, 1679-cu ildə iyunun 4-də baş verən zəlzələ nəticəsində İrəvan şəhəri yerlə-yeksan olmuşdu.[6]