Vəliağalı — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda kənd.[2]
kənd | |
Vəliağalı | |
---|---|
40°10′10″ şm. e. 45°11′55″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | Göyçə mahalı |
Rayon | Aşağı Qaranlıq rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 2.003 ± 1 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 1412 |
Rayon mərkəzindən 8 km şimal-şərqdə, Göyçə gölünün yaxınlığında yerləşir. Qafqazın 5 verstlik xəritəsində[3] qeyd edilmişdir.
Toponim Vəliağa şəxs adına mənsubluq bildirən -lı şəkilçisinin artırılması əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca düzəltmə toponimdir.
Kəndin adı 1920-ci ildə dəyişdirilib Dzorageğ (Dərəkənd) qoyulmuşdur.
1828-ci ilə kimi burada yalnız azərbaycanlılar yaşamışdır. Türkmənçay müqaviləsi ilə bağlı 1828-1829-cu illərdə Türkiyədən köçürürlən ermənilər burada yerləşdirilib[4].
Kənddə 1897-ci ildə ermənilərlə yanaşı 41 azərbaycanlı yaşamışdır[5].
XX əsrin əvvəllərində - 1905-1906-cı illərdə azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya edilmişdir. İndi burada yalnız ermənilər yaşayır.