G2 Esports

G2 Esports və ya qısaca G2Almaniya kiberidman klubu. 2014-cü ildə yaradılmış klub Berlin şəhərində məskunlaşmışdır.[1]

G2 Esports
Klubun loqosu.
İdmankiberidman
Yaranma tarixi24 fevral 2014
RegionAlmaniya Almaniya
Rənglər             qırmızı-qara-ağ
BölmələrLeague of Legends, Valorant, Apex Legends, Counter-Strike 2, Fortnite, Rocket League, Rainbow Six Siege
SaytRəsmi saytı

Klubun "League of Legends" komandası Avropanın ən yüksək liqası olan League of Legends EMEA Çempionatında (LEC) çıxış edir və 13 dəfə liqanı qazanmışdır. "G2" 2019-cu ildə Mövsüm Ortası Turnirinin qalibi olaraq bunu bacaran ilk və yeganə Qərb komandası olmuşdur. "League of Legends" komandası ilə yanaşı klubun "Valorant", "Fortnite", "Apex Legends", "Counter-Strike 2", "Fortnite", "Rocket League", "Rainbow Six Siege" komandaları fəaliyyət göstərir.

Klub 24 fevral 2014-cü ildə keçmiş oyunçu Karlos "ocelote" Rodriges Santyaqo[2] and investisiyaçı Cens Hilgers tərəfindən "Gamers2" adı ilə qurulmuşdur. 15 oktyabr 2015-ci ildə adı dəydirilərək "G2 Esports" olmuşdur. Rodriges 23 sentyabr 2022-ci ildə klubdan ayrılmışdır.[3]

League of Legends

[redaktə | mənbəni redaktə et]
Komanda 2019-cu ildə Mövsüm Ortası Turnirindəki çempionluğu qeyd edir.
Caps "G2 Esports" forması ilə.

Klubun "League of Legends" komandası 2014-cü ildə yaradılsa da,[4][5] ilk ciddi uğurunu 2016-cı ildə qazanmışdır.[6] Həmin mövsümün yaz splitində finalda "Fnatic" komandasına qalib gələrək ilk dəfə LEC çempionu olmuşdur. Komanda 2016 Mövsüm Ortası Turnirinə qatılmaq haqqı qazansa da, 10 oyunun 8-ni uduzmuş və turnirdən kənarlaşmışdır.

"G2" 2018-ci ildə baş tutmuş dünya çempionatında uğurla çıxış edərək yarımfinala qədər irəliləmiş, sonda "Invictus Gaming" komandasına məğlub olmuşdur.[7] 2019-cu ildə komanda orta koridora "Fnatic" komandasında çıxış edən Caps-ı transfer etmişdir.[8] Komanda həmin mövsümün yaz splitində "Origen" komandasına 3–0 hesabı ilə qalib gələrək növbəti LEC çempionluğunu əldə etmişdir.[9] 2019 Mövsüm Ortası Turnirinin finalında "Team Liquid" komandasına 3–0 hesabı ilə qalib gələrək turnirdə qalib gələn ilk Avropa komandası olmuşdur.[10][11] 2019-cu ilin yay splitində finalda "Fnatic" komandasını 3–2 hesabı ilə məğlub edərək 6-cı LEC çempionluğunu əldə etmişdir.[12][13] Dünya çempionatında finala qədər irəliləsə də, "FunPlus Phoenix" komandasına 0–3 uduzmuşdur.[14]

2020-ci ildə "G2 Esports" həm yaz, həm də yay splitində finalda "Fnatic" komandasını məğlub edərək iki dəfə LEC çempionu olmuşdur.[15] Dünya çempionatında isə yarımfinalda mübarizəni dayandırmışdır. 2021-ci ildə komandaya Rekkles qoşulsa da,[16] komanda həmin mövsüm uğursuz çıxış edərək ilk dəfə dünya çempionatına qatıla bilməmişdir.[17] 2022 LEC mövsümünün yaz splitində finalda "Rogue" komandasını 3–0 hesabı məğlub edərək 9-cu LEC çempionluğunu əldə etmişdir.[18] Həmin Mövsüm Ortası Turnirinin yarımfinalında "T1" komandasına uduzmuşdur. 2023-cü ildə komandaya Hans Sama qoşulmuşdur.

1 sentyabr 2022-ci ildə klubun "G2 Hel" adlı qadın "League of Legends" komandası yaradılmışdır.[19]

G2 Esports "League of Legends" heyəti
Oyunçular Məşqçilər
Rol Ləqəb Ad Ölkə
Üst  Broken Blade  Sergen Çelik    Almaniya 
Meşə  Yike  Martin Sundelin    İsveç 
Orta  Caps  Rasmus Vinter    Danimarka 
Alt  Hans Sama  Stiven Liv    Fransa 
Dəstək  Miyx  Mihael Mehle    Sloveniya 
Baş məşqçi
  • Vakant

Legenda:
  • (Q) Qeyri-aktiv
  • (Ç) Çıxarılıb
  • Ehtiyat oyunçu Ehtiyat
  • Zədəli Zədə / Xəstəlik
  

Ən son heyət tarix: 7 may 2024.

  1. "G Esports Holding GmbH: Private Company Information". Bloomberg. 20 March 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 March 2018.
  2. "The story of G2 Esports – Part 1". EarlyGame. 20 June 2020. 24 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 May 2024.
  3. Saksena, Sanchay. "Esports CEO Receives Backlash For Partying With Andrew Tate". IGN India. 20 September 2022. 27 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 September 2022.
  4. KRAZYSLAYER187. "League of Legends Pro "ocelote" Retires". Gfininty. 18 February 2015. 31 August 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 November 2015.
  5. Cocke, Taylor Riot RoboTayCo. "HOW OCELOTE BUILT GAMERS 2 FROM THE GROUND UP". LoL Esports. Riot Games. 3 December 2015. 4 March 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 November 2015.
  6. Raven, Josh. "Ocelote on Gamers2 rebranding plans and how he's building 'a world class esports club'". The Daily Dot. 29 September 2015. 5 March 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 November 2015.
  7. Heath, Jerome. "Invictus Gaming slaughter G2 at MSI". 10 May 2019. 30 October 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 May 2024.
  8. Casquero, Miguel. "Report: Caps to sign with G2 Esports, PerkZ moves to bot lane". Dot Esports (ingilis). 20 November 2018. 10 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 March 2022.
  9. Esguerra, Tyler. "G2 Esports destroy Origen to win 2019 LEC Spring Split finals". Dot Esports. 14 April 2019. 19 April 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 April 2019.
  10. Amos, Andrew. "G2 smash Team Liquid to become the MSI 2019 champions". Dot Esports. 19 May 2019. 3 July 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 June 2019.
  11. Stubbs, Mike. "G2 Esports Win 'League of Legends' MSI 2019 Tournament". Forbes (ingilis). 3 July 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 June 2019.
  12. Samples, Rachel. "G2 Esports crowned LEC Summer Split champions after taking down Fnatic". Dot Esports. 8 September 2019. 12 November 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 September 2019.
  13. Kolev, Radoslav. "G2 Esports beat Fnatic, crowned 2019 LEC Summer champions". VPEsports. 8 September 2019. 12 November 2019 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 September 2019.
  14. "FunPlus Phoenix trounce G2 Esports, win LoL Worlds 2019 finals". win.gg. 10 November 2019. 10 November 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 November 2019.
  15. Esguerra, Tyler. "G2 sweep Fnatic to win the 2020 LEC Spring Split finals". Dot Esports. 19 April 2020. 20 April 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 April 2020.
  16. Geddes, George. "G2 signs Rekkles to replace Perkz". 20 November 2020. 9 March 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 May 2024.
  17. "It's A Wunder-ful Life: A Worlds Without G2". lolesports.com. 2023-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-11.
  18. "League of Legends: G2 Esports sweep Rogue to claim 2022 LEC Spring title". 2023-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-11.
  19. "We are going to need a bigger trophy cabinet ..." X (formerly Twitter) (ingilis). 2023-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-22.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]