Valorant

Valorant — "Riot Games" tərəfindən "Windows" platforması üçün hazırlanmış pulsuz, birinci şəxs atıcı videooyunu[3] Oyun ilk dəfə 2019-cu ilin oktyabrında "Project A" kimi təqdim edilmiş və bunun ardınca 2020-ci ilin iyununda buraxılmışdır. "Valorant"ın inkişafına 2014-cü ildə başlanılıb, oyun "Counter-Strike" videooyununa bənzəyir və bu oyunun bəzi özəlliklərini daşıyır. 2021-ci ildə "Riot Games" gələcəkdə oyunun mobil platformalar üçün versiyasını buraxmağı planlaşdırdığını bildirib.[4]

Valorant
Hazırlayanlar Riot Games
Yayımlayanlar Riot Games
Buraxılış tarixləri 2 iyun 2020[2]
Sonuncu versiya
Sonuncu beta-versiya
Janr birinci şəxs atıcı
Texniki məlumat
Platforma Microsoft Windows
Mühərrik Unreal Engine 4[d]
İnterfeysin dili rus dili, fransız dili, ispan dili, portuqal dili, polyak dili, koreya dili, Çin dili, yapon dili, türk dili, ingilis dili, ərəb dili, alman dili
Daşıyıcı rəqəmsal distribusiya
İdarəetmə kompüter klaviaturası, kompüter siçanı
Rəsmi saytı
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

"Valorant" sadə və asan komanda əsaslı birinci şəxs atıcı oyunudur. Yaxın gələcəkdə keçən oyunda oyunçular hər biri müxtəlif ölkələri və mədəniyyətləri təmsil edən Cəsusları seçirlər. Əsas oyun rejimində oyunçular hücum edən və ya müdafiə edən komandaya təyin edilirlər, hər bir komandada beş üzv yer alır.

  1. 1 2 Valorant Patch Notes. 2024.
  2. https://www.igromania.ru/news/93959/Valorant_ot_Riot_Games_vyydet_uzhe_2_iyunya.html.
  3. "VALORANT: Riot Games' competitive 5v5 character-based tactical shooter". playvalorant.com (ingilis). January 8, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 6, 2021.
  4. Stubbs, Mike. "'Valorant Mobile' Game Announced As PC Version Hits 14 Million Monthly Players". Forbes. June 2, 2021. June 4, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 4, 2021.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]