Gate: Jieitai Kano Chi nite, Kaku Tatakaeri (yaponca: ゲート 自衛隊 彼の地にて、斯く戦えり?, azərb. Darvaza: Buna görə Yaponiya Özünümüdafiə Qüvvələri orada döyüşdü!) — Daysuke İzuka və Kurocişinin rəssamlığı ilə Takumi Yanay tərəfindən yazılan fentezi ranobe seriyası. AlphaPolis nəşriyyatı tərəfindən nəşr olunur. Satoru Saounun rəssamlığı ilə istehsal olunan manqa adaptasiyası 2011-ci ilin iyulunda nəşr olunmağa başlamışdır. Bundan əlavə 2015-ci ildən 3 spin-off manqası nəşr olunur.[2] Ranobe əsasında A-1 Pictures tərəfindən anime serialı adaptasiyası çəkimişdir. Animenin birinci mövsümü 2015-ci ilin iyulundan sentyabrına qədər, ikinci mövsümü 2016-cı ilin yanvarından martına kimi yayımlanmışdır. Manqa adaptasiyası Sekai Project, anime serialı Sentai Filmworks, Madman Entertainment və MVM Films tərəfindən lisenziyalaşdırılmışdır.
Gate: Jieitai Kano Chi nite, Kaku Tatakaeri | |
Birinci cildin üzlüyü. Personajlar (soldan sağa): Rori Merkuri, Yoci İtami, Tuka Luna Marso və Leley lya Lalena. | |
ゲート 自衛隊 彼の地にて、斯く戦えり (Gēto Jieitai Kano Chi nite, Kaku Tatakaeri) azərb. Darvaza: Buna görə Yaponiya Özünümüdafiə Qüvvələri orada döyüşdü! | |
---|---|
Janr | fentezi |
Manqa | |
Manqaka | Takumi Yanay |
Rəssam | Daysuke İzuka Kurocişi |
Nəşriyyat | AlphaPolis |
Demoqrafiya | Şonen |
Nəşr tarixi | 12 aprel 2010 – hazırda |
Cildlər | 10 (orijinal) 16 (yenidən çap) |
Manqa | |
Yazıçı | Takumi Yanay |
Rəssam | Satoru Sao |
Nəşriyyat | AlphaPolis |
Tərcüməçi nəşriyyat | |
Demoqrafiya | Şonen |
Nəşr tarixi | iyul 2011 – hazırda |
Cildlər | 25 |
Anime | |
Rejissor | Takahiko Kyoqoku |
Prodüsser | Nobuhiro Osava |
Ssenarist | Tatsuhiko Urahata |
Bəstəkar | Yoşiaki Fucisava |
Studiya | A-1 Pictures |
Digər lisenziyalar | |
Kanal | Tokyo MX, TVA, MBS, BS11, AT-X |
Buraxılış tarixi | 4 iyul 2015 – 26 mart 2016 |
Seriyalar | 24 (seriya siyahısı) |
Bir gün Tokionun Ginza rayonunda müəmmalı darvaza açılır və darvazanın içindən çıxan legion əsgərləri və fentezi bədheybətləri şəhərə hücum edirlər. Daha yaxşı silahlanmış və taktiki cəhətdən daha üstün olan Yaponiya Özünümüdafiə Qüvvələri asanlıqla düşməni püskürdür və darvazanın nəzarətini ələ keçirir. Tezliklə darvazanın o biri tərəfindəki dünyanın necə olduğunu öyrənmək və həmin dünyadakı imperiya ilə sülh danışıqları aparmaq üçün Yaponiya Özünümüdafiə Qüvvələri darvazadan keçərək yeni dünyaya daxil olur. Baş qəhrəman, YÖQ-nin birinci leytenantı Yoci İtami sehrin, əjdahaların və elflərin real olduğu bu dünyanı öyrənməyə göndərilir. Fentezi hekayələri ilə arası çox yaxşı olan İtami tezliklə yeni dünyaya öyrəşir və yeni dostlar qazanır.
Yaponiya Özünümüdafiə Qüvvələrinin keçmiş əməkdaşı[3] Takumi Yanay əvvəlcə romanı 2006-cı ilin aprelindən 2009-cu ilin iyununa qədər istifadəçi məzmunlu Arcadia saytı vasitəsilə Todoku Takusan (とどく=たくさん?) təxəllüsü ilə yayımlamışdır. 2010-cu ildə AlphaPolis nəşriyyatı romanı çap etmək qərarına gəlmişdir. Əsərin daha az milliyyətçi olması üçün ilk iki veb-roman cildi bir az dəyişdirilmiş, üçüncü — sonuncu veb-roman cildi isə yenidən yazılaraq 3 cildə bölünmüşdür. Nəticədə, ortaya beş cild çıxmışdır.[4] Bu beş cild Daysuke İzukanın rəssamlığı ilə 12 aprel 2010-cu ildən 22 dekabr 2011-ci ilə kimi nəşr olunmuşdur. Seriya 2015-ci ilin iyununa kimi cildlərin yan hekayələri ilə davam etmişdir. 2012-ci ilin dekabrında AlphaPolis romanı ranobe şəklində yenidən nəşr etməyə başlamışdır. Hər bir roman cildi kiçik ölçülü, bunkobon formatında olan iki ranobe cildinə bölünmüşdür. Ranobelərin rəssamlığını Kurocişi etmişdir.
AlphaPolis tərəfindən 5 manqa adaptasiyası nəşr olunmuşdur. Satoru Saonun rəssamlığı ilə hazırlanan ilk manqa adaptasiyası 2011-ci ilin iyulundan 2015-ci ilin avqustuna qədər nəşr olunmuşdur və 6 cildi buraxılmışdır. Kuinji 51-gou-nun rəssamlığı ilə hazırlanan ikinci manqa adaptasiyası komediya janrında olan yonkomadır və 2014-cü ilin dekabrında nəşr olunmağa başlamışdır. Üçüncü manqa adaptasiyasının rəssamı Yukie Şirendir və Pina Ko Lada ilə Qızılgül Cəngavərləri ordeninin əsas hekayələr başlamazdan qabaq başına gələn hadisələrdən bəhs edir. Bu manqa 2015-ci ilin martından nəşr olunur. Abeno Çakonun rəssamlığı ilə istehsal olunan "Gate: Featuring the Starry Heavens'" adlı dördüncü manqa adaptasiyası əsas üç qadın personajın musiqiçi olmasından bəhs edir və 2015-ci ilin martından nəşr olunur. Çi tərəfindən hazırlanan bir spin-off manqası 2015-ci ilin martında nəşr olunmuşdur.
Takahiko Kyoqokunun rejissorluğu ilə A-1 Pictures studiyası tərəfindən anime serialı adaptasiyası çəkilmişdir.[5] Animenin presonaj dizaynları ranobedəki dizaynlara əsaslanmışdır. İlk 12 seriya Yaponiyada 4 iyuldan 18 sentyabr 2015-ci ilə kimi nəşr olunmuşdur.[6] Crunchyroll tərəfindən onlayn yayımlanmışdır və Sentai Filmworks tərəfindən Şimali Amerika üçün lisenziyalaşdırılmışdır.[7] Animenin ikinci hissəsi 9 yanvardan 26 mart 2016-cı ilə kimi Tokyo MX kanalı vasitəsilə yayımlanmışdır.[8] İlk 12 seriyanın açılış mahnısı Kisida Kyoudan & The Akebosi Rockets rok qrupu tərəfindən ifa olunan "Gate (Sore wa Akatsuki no Yō ni)" (GATE~それは暁のように~?) mahnısı, bağlanış mahnısı isə Hisako Kanemoto, Nao Toyama və Risa Taneda tərəfindən ifa olunan "Prism Communicate" (ぷりずむコミュニケート, Purizumu Komyunikēto?) mahnısı olmuşdur.
№ | Başlıq | Yayım tarixi |
---|---|---|
1 | "Özünümüdafiə qüvvələri başqa dünyaya gedir" "Jieitai, Isekai e Iku" (自衛隊、異世界へ行く) | 4 iyul 2015 |
2 | "İki hərbi qüvvə" "Futatsu no Gunzei" (二つの軍勢) | 11 iyul 2015 |
3 | "Alov əjdahası" "Enryū" (炎龍) | 18 iyul 2015 |
4 | "Naməlum torpaqlara" "Mishiranu Chi e" (見知らぬ地へ) | 25 iyul 2015 |
5 | "İtalika döyüşü" "Itarika Kōbōsen" (イタリカ攻防戦) | 1 avqust 2015 |
6 | "Valkiriyaların sürüşü" "Ikusa Megami no Kikō" (戦女神の騎行) | 8 avqust 2015 |
7 | "Şahzadənin qərarı" "Kōjo no Ketsudan" (皇女の決断) | 15 avqust 2015 |
8 | "Yaponiya, darvazanın arxası" "Mon no Mukō no Nihon" (門の向こうのニホン) | 22 avqust 2015 |
9 | "Hakone dağında gecə döyüşü" "Hakonesanchū Yasen" (箱根山中夜戦) | 29 avqust 2015 |
10 | "Çarəsizlik və ümid" "Zetsubō to Kibō" (絶望と希望) | 5 sentyabr 2015 |
11 | "Ziyarətçi" "Raihō-sha" (来訪者) | 12 sentyabr 2015 |
12 | "İtaminin edəcəyi şey" "Itami nara" (伊丹なら) | 19 sentyabr 2015 |
13 | "Ziyafət başlayır" "Kaien" (開宴) | 9 yanvar 2016 |
14 | "İmperiya paytaxtında zəlzələ" "Teito Gekishin" (帝都激震) | 16 yanvar 2016 |
15 | "Tuka Luna Marso" "Tyuka Runa Marusō" (テュカ・ルナ・マルソー) | 23 yanvar 2016 |
16 | "Bir daha alov əjdahası" "Enryū Futatabi" (炎龍再び) | 30 yanvar 2016 |
17 | "Həlledici döyüş" "Kessen" (決戦) | 6 fevral 2016 |
18 | "Rondel sehr şəhəri" "Mahō Toshi Ronderu" (魔法都市ロンデル) | 13 fevral 2016 |
19 | "Təhlükəli bacılar" "Kiken na Shimai" (危険な姉妹) | 20 fevral 2016 |
20 | "Sevgili" "Koibito" (こいびと) | 27 fevral 2016 |
21 | "Son hüdud" "Deddorain" (デッドライン) | 5 mart 2016 |
22 | "İmperatriça qul paltarında" "Dorei-fuku o kita kōjo" (奴隷服を着た皇女) | 12 mart 2016 |
23 | "Paradrop" "Kūtei kōka" (空挺降下) | 19 mart 2016 |
24 | "Buna görə onlar orada döyüşülər" "Kaku tatakaeri" (斯く戦えり) | 26 mart 2016 |
Anime adaptasiyası Akiba Souken tərəfindən 2016-cı ildə keçirilən sorğuda isə ən yaxşı 6-cı "hadisələri alternativ dünyada baş verən" anime seçilmişdir (86 səs).[9]
Anime News Network-dan Rebekka Silverman animenin ilk 12 seriyasını müasir ordunun fentezi ordusuna qarşı döyüşünün təkrarolunmaz təqdimatına, əsas personajın gənc yox, yetkin olduğuna və təkrarolunmaz personajlarına görə tərifləmiş, lakin çox siyasi olduğuna və Yaponiya ordusunu çox təriflədiyinə görə tənqid etmişdir.[10]