Your Lie in April, Yaponiyada tanınan adı ilə Shigatsu wa Kimi no Uso (四月は君の嘘?, azərb. Sənin aprel yalanın) və ya Kimiuso — Naoşi Arakava tərəfindən yazılmış və çəkilmiş manqa seriyası. Manqa seriyası 2011-ci ilin aprelindən 2015-ci ilin mayına qədər Kodansha nəşriyyatının "Monthly Shōnen Magazine" jurnalında nəşr olunmuşdur. A-1 Pictures tərəfindən çəkilmiş anime adaptasiyası 2014-cü ilin oktyabrından 2015-ci ilin martına qədər Fuji TV-nin noitaminA bloku vasitəsilə yayımlanmışdır.[2] Film adaptasiyasının 2016-cı ilin sentyabrında ekranlaşdırılması planlaşdırılır.[3]
Piano dahisi Kosey Arima yarışlarda həmişə yüksək nəticələr göstərən, uşaq musiqiçilər arasında məşhurluq qazanmış musiqiçi idi. Onun həm də müəllimi olmuş anasının ölümündən sonra Arima 11 yaşından psixi pozuntudan əziyyət çəkməyə başlamışdır. Nəticədə, Arima eşitmə qabiliyyətinin əla olmasına baxmayaraq çaldığı pianonun səsini eşitməməkdədir. İki il müddətində Kosey pianoya toxunmur və dünyaya baxışı monoxrom, rəngsiz qalır. O, yaxın dostları Vatari və Tsubaki ilə həyatını keçirmək taleyi ilə razılaşır. Lakin bir gün Koseyin rastlaşdığı bir qız onun həyatını dəyişir. On dörd yaşlı, cürətkar, azad ruhlu, manyak şəxsiyyətini ifa stilində əks etdirən skripkaçı Kaori Miyazono ona musiqi dünyasına qayıtmağa kömək edir.
- Kosey Arima (有馬 公生, Arima Kōsei?)
- Səsləndirən: Natsuki Hanae (yapon), Maks Mittelman (ingilis) & Piano ifası: Tomoki Sakata
- Kosey keçmiş piano dahisidir. Anasının ona veriyi ciddi dərslərin doğurduğu bir nəticə kimi insanlar onu "İnsan metronomu" ləqəbini taxıblar. Pianonu bənzərsiz hissiyyatla çalmaq qabiliyyəti ona Yaponiyada bir çox müsabiqədə birinci olmağa yardımçı olmuşdur. Anasının ölümündən sonra Kousey aldığı psixoloji travma üzündən piano səsini eşitməməyə başlamışdır və piano çalmağı buraxmışdır. İki il sonra tanış olduğu Kaori Miyazononun emosional və sərbət ifa stilindən təsirlənən Kosey yenidən piano çalmağa başlayır. Kosey sonda Kaorini sevdiyini anlayır, lakin Vatarinin sevgilisi olduğundan çəkinir.
- Kaori Miyazono (宮園 かをり, Miyazono Kawori?)
- Səsləndirən: Risa Taneda (yapon), Erika Lindbek (ingilis) & Skripka ifası: Yuna Şinohara
- Kaori Tsubakinin sinif yoldaşıdır və sərbəst stildə çalan skripkaçıdır. Onun üçün müsabiqələrdə əldə etdiyi nəticələr vacib olmasa da, tamaşaçılar onun ifasını çox yüksək qiymətləndirirlər. Kaori Tsubakinin vasitəsilə Koseylə tanış olur, onu yenə piano çalmağa razı salır, onu müşayiətçisi təyin edir və onlar müsabiqəyə qatılırlar.
- Tsubaki Sawabe (澤部 椿, Sawabe Tsubaki?)
- Səsləndirən: Ayane Sakura (yapon), Erika Mendes (ingilis)
- Tsubaki Koseyin qapı qonşusu və uşaqlıq dostudur, ona kiçik qardaş gözü ilə baxmağa çalışır. O, atletik qızdır və məktəbdə softbol komandasının tərkibində oynayır. Tsubaki anasının ölümündən sonra Koseyin gələcəyi bağlı narahatlıq keçirir, buna görə də onun yenə piano çalmasını istəyir. O, əvvəlcə ona qarşı olan hislərini rədd edir, lakin sonda bu hislərini ona açıqlayır.
- Ryota Vatari (渡 亮太, Watari Ryōta?)
- Səsləndirən: Ryota Osaka (yapon), Kil Makkli (ingilis)
- Vatari Kosey və Tsubakinin uşaqlıq dostudur və məktəbin futbol komandasının kapitanıdır. O, qızlar arasında çox populyardır, amma qızlarla ciddi olmayan münasibətlər qurur. Kaori əvvəllər Vatarini sevirdi, onlar birlikdə olanda sevgili kimi görünürdülər, bu isə Koseyin qısqanclığına səbəb olurdu. Kosey sonda Vatariyə Kaorini sevdiyini deyir, Vatari isə gülümsəyərək bunu bildiyini deyir.
- Takeşi Ayza (相座 武士, Aiza Takeshi?)
- Səsləndirən: Yuki Kaci (yapon), Erik Skott Kimerer (ingilis)
- Takeşi Koseylə eyni yaşda olan pianoçudur. Kiçik yaşda Koseyin çıxışını gördükdən sonra əsl məqsədi ona çatmaq və onu keçmək olur. Takeşi hətta Koseylə yarışmaq üçün Avropadan gələn təklifi çevirərək Koseylə eyni müsabiqəyə qatılır. Takeşi üçün Kosey onun "qəhrəman"ıdır.
- Emi İqava (井川 絵見, Igawa Emi?)
- Səsləndirən: Saori Hayami (yapon), Erika Harlaçer (ingilis)
- Emi Koseylə eyni yaşda olan pianoçu qızdır. Pianoçu olmağa 5 yaşında Koseyin çıxışını gördükdən sonra qərara alır. Emosional ifa stili ilə Koseyə çatmağı arzulayır. Həmçinin onun Koseyə qarşı hislərinin olduğuna dair ipucular var, amma bu təsdiqlənməyib.
- Naqi Ayza (相座 凪, Aiza Nagi?)
- Səsləndirən: Ai Kayano (yapon), Stefani Se (ingilis)
- Naqi Takeşinin kiçik bacısıdır və onun kimi pianoçudur. Qardaşının rəqibi Kosey haqqında məlumat toplamaq üçün Hirokdan ona dərs verməsini istəyir. Amma Koseyin tələbəsi olur. O, tez-tez şablon olduğunu düşündüyü sözlər üçün "Şablon" (陳腐, Chinpu?) sözünü işlədir. Koseyə çox təzyiq edir.
- Saki Arima (有馬 早希, Arima Saki?)
- Səsləndirən: Mamiko Noto (yapon), Uendi Li (ingilis)
- Saki Koseyin anası və müəllimidir. Saki Koseyə pianonu mükəmməl çalması üçün ciddi dərslər vermiş, hətta kiçik səhvlərə görə onu döymüşdür. Saki əvvəlcə onu pianoçu kimi yetişdirmək istəmirdi, lakin xəstəliyinə görə öləcəyini bilən Saki oğlunun gələcəkdə piano çalmaqla həyatı davam etdirməsi üçün onunla ciddi məşğul olmağa başlamışdır. Saki Koseyin Avropaya yollanmaq üçün şans olan müsabiqəyə qatılmazdan qabaq ölmüşdür. Anime boyunca ancaq onun xəyallarında görünmüşdür.
- Hiroko Seto (瀬戸 紘子, Seto Hiroko?)
- Səsləndirən: Mie Sonozaki (yapon), Karri Keranen (ingilis)
- Hiroko məşhur pianoçudur və Sakinin kollecdə ən yaxşı dostu olmuşdur. Koseyin bacarığını görən və onu pianoçu etmək təklifini edən məhz Hiroko idi, baxmayaraq ki, Saki ilk öncə bununla razılaşmamışdı. Hiroko Sakinin Koseyə qarşı qəddar davranışına və Sakinin ölümündən sonra Koseyin adlığı psixoloji travmaya görə özünü günahlandırır, buna görə Koseyi qorumağa çalışır. Kosey piano çalmağa davam etməyə qərar verdikdən sonra Hirako onun müəllimi olur.
- Koharu Seto (瀬戸 小春, Seto Koharu?)
- Səsləndirən: İnori Minase (yapon), Kristina Vi (ingilis)
- Çox balaca qızdır və Hiroko Setonun qızıdır. Koharu Koseyə çox bağlıdır, onun piano çalmasından zövq alır, onun üçün piano çalması istəyir. Həmişə anasını qucaqlayır.
- Sayto (斎藤, Saitō?)
- Səsləndirən: Kazuyuki Okitsu (yapon), Robbi Daymond (ingilis)
- Sayto Tsubakinin yaxın dostlarından biridir. O, Tsubaki ilə görüşə çıxır, amma başa düşür ki, Tsubakinin əsas diqqəti Koseyədir. Buna görə də başqasını sevdiyini deyərək Tsubakidən ayrılır.
- Nao Kaşivaqi (柏木 奈緒, Kashiwagi Nao?)
- Səsləndirən: Şizuka İşiqami (yapon), Culi Ann Taylor (ingilis)
- Kaşivaqi Tsubakinin yaxın rəfiqəsidir və ona həmişə məsləhətlər verir. Kaşivaqi Tsubakinin Koseyə qarşı hislərini etiraf etmək inadını sındıra bilir. Animenin sonlarına yaxın BL (Boys' love) ilə maraqlandığı məlum olur.
"Your Lie in April" manqa seriyası Naoşi Arakava tərəfindən yazılmış və çəkilmişdir və Kodansha nəşriyyatının "Monthly Shōnen Magazine" jurnalında nəşr olunmağa başlamışdır. İlk tankobon cildi 16 sentyabr 2011-ci ildə Kodansha tərəfindən nəşr olunmuşdur[4] və son cildi iki nəşrdə (norma və məhdud nəşrlər) buraxılmışdır. Məhdud nəşr OVA seriyası ilə birlikdə 15 may 2015-ci ildə nəşr olunmuşdur.[5][6] Manqa seriyası Kodansha Comics USA tərəfindən Şimali Amerika regionu üçün lisenziyalaşdırılmışdır və ilk cild 21 aprel 2015-ci ildə nəşr olunmuşdur.[7]
№ | Orijinal versiyasının nəşr tarixi | Orijinal ISBN | İngilis versiyasının nəşr tarixi | İngilis ISBN |
1 | 16 sentyabr 2011[4] | ISBN 978-4-06-371301-5 | 21 aprel 2015[8] | ISBN 978-1-63-236171-4 |
---|
- "Monoton" (モノトーン, Monotōn?)
- "Skripkaçının sevgisi" (ヴァイオリニストの愛, Vaiorinisuto no Ai?)
- "Qara pişik" (黒猫, Kuroneko?)
- "Rəngli" (カラフル, Karafuru?)
|
|
2 | 17 yanvar 2012[9] | ISBN 978-4-06-371317-6 | 23 iyun 2015[10] | ISBN 978-1-63-236172-1 |
---|
- "Qaranlıq okean" (暗い海, Kurai Umi?)
- "Arxadan" (後ろ姿, Ushirosugata?)
- "Buludlu səmalar" (曇天模様, Donten Moyō?)
- "Suyun səthi" (水面, Minamo?)
|
|
3 | 17 may 2012[11] | ISBN 978-4-06-371327-5 | 25 avqust 2015[12] | ISBN 978-1-63-236173-8 |
---|
- "Səsyazma kaseti və Ay" (ラジカセと月, Rajikase to Tsuki?)
- "Ev yolu" (帰り道, Kaerimichi?)
- "Kölgə pıçıltıları" (カゲささやく, Kage Sasayaku?)
- "Xülya" (蜃気楼, Shinkirō?)
|
|
4 | 14 sentyabr 2012[13] | ISBN 978-4-06-371345-9 | 27 oktyabr 2015[14] | ISBN 978-1-63-236174-5 |
---|
- "Dalğa" (うねる, Uneru?)
- "Qırmızı və sarı" (赤と黄色, Aka to Kiiro?)
- "Rezonans" (共鳴, Kyōmei?)
- "Qulaq as, ana!" (ねえ、ママきいてよ, Nē, Mama Kī Te Yo?)
|
|
5 | 17 yanvar 2013[15] | ISBN 978-4-06-371359-6 | 29 dekabr 2015[16] | ISBN 978-1-63-236175-2 |
---|
- "Süqut" (墜ちる, Ochiru?)
- "Səninlə olanda yaranan mənzərə" (君といた景色, Kimi Toita Keshiki?)
- "Dəmiryolu yolu boyunca" (線路沿いの道, Senro-zoi no Michi?)
- "Körpü altında" (橋の下, Hashi no Shita?)
|
|
6 | 17 may 2013[17] | ISBN 978-4-06-371375-6 | 29 mart 2016[18] | ISBN 978-1-63-236176-9 |
---|
- "Şəkərli alma" (りんご飴, Ringo Ame?)
- "Parılda, parılda, kiçik ulduz" (トゥインクルリトルスタ, Tuinkuru Ritoru Sta?)
- "Döyüşə təhrik edilmiş" (つき動かす, Tsuki Ugokasu?)
- "İşığın şüaları" (射す光, Sasu Hikari?)
|
|
7 | 17 sentyabr 2013[19] | ISBN 978-4-06-371387-9 | 26 aprel 2016[20] | ISBN 978-1-63-236177-6 |
---|
- "Əlaqə" (つながる, Tsunagaru?)
- "Zəncir" (連鎖, Rensa?)
- "Əla təyin edilmiş sxemlər" (車なる輪郭, Kurumanaru Rinkaku?)
- "Ayaq izləri" (足跡, Ashiato?)
|
|
8 | 17 yanvar 2014[21] | ISBN 978-4-06-371405-0 | 5 iyul 2016[22] | ISBN 978-1-63-236178-3 |
---|
- "Yalançı" (うそつき, Usotsuki?)
- "Zəhlətökən adam" (闖入者, Chinyūsha?)
- "Sən edəcəksən" (君でいいや, Kimi de ī ya?)
- "İki növ" (似た者同士, Nitamono Dōshi?)
|
|
9 | 16 may 2014[23] | ISBN 978-4-06-371418-0 | 16 avqust 2016[24] | ISBN 978-1-63-236179-0 |
---|
- "Alatoran" (トワイライト, Towairaito?)
- "Sıldırıma baxanlar" (深淵をのぞく者, Shin'en o Nozoku Mono?)
- "İç-içə keçmiş ürəklər" (心重ねる, Kokoro Kasaneru?)
- "Zərbə" (パンチ, Panchi?)
|
|
10 | 17 oktyabr 2014[25] | ISBN 978-4-06-371435-7 | 25 oktyabr 2016[26] | ISBN 978-1-63-236180-6 |
---|
- "Söz" (約束, Yakusoku?)
- "Sağ ol, qəhrəman" (さよならヒーロー, Sayonara Hīrō?)
- "Yağışda tutmaq" (雨やどり, Amayadori?)
- "Əldə əl" (手と手, Te to Te?)
|
|
11 | 15 may 2015[5] | ISBN 978-4-06-371467-8 ISBN 978-4-06-358752-4[6] (məhdud nəşr) | 27 dekabr 2016[27] | ISBN 978-1-63-236312-1 |
---|
- Yuki (雪?)
- Agein (アゲイン?)
- Barādo (バラード?)
- Harukaze (春風?)
|
|
A-1 Pictures studiyası manqa seriyasının anime adaptasiyasını istehsal etmişdir. Anime serialı Yaponiyada 10 oktyabr 2014-cü ildən 20 mart 2015-ci ilə kimi göstərilmişdir. Crunchyroll hazırda anime serialını ingiliscə subtitrlarla yayımlayır.[28] Birinci açılış mahnısı Goose tərəfindən ifa olunan "Hikaru Nara" (光るなら, azərb. "Əgər sən parlayacaqsansa"?) mahnısı, birinci bağlanış mahnısı isə wacci tərəfindən ifa olunan "Kirameki" (キラメキ, "azərb. Qığılcım"?) mahnısıdır.[29] İkinci açılış mahnısı Coalamode tərəfindən ifa olunan "Nanairo Symphony" (七色シンフォニー, Nanairo Shinfonī?, azərb. "Yeddirəngli simfoniya") mahnısı, ikinci bağlanış mahnısı 7!! tərəfindən ifa olunan "Orange" (オレンジ, Orenji?) mahnısıdır.[29] Anime serialının ingilis dilinə tərcümə edilmiş versiyası Netflix-ə əlavə edilmişdir.
24 avqust 2015-ci ildə "kimiuso-movie.jp" domeni qeydiyyata alındıqdan sonra fanatlar film adaptasiyasının hazırlandığını düşünmüşdürlər.[30] 2015-ci ilin sentyabrında filmdə çıxış edəcək şəxslərin adı açıqlandıqdan sonra bu şayiələrə təsdiqlənmişdir: Kento Yamazaki Kosey Arima rolunda, Suzu Hirose Kaori Miyazono rolunda, E-girls-dən Anna İşii Tsubaki Savabe rolunda və Tayşi Nakaqava Ryota Vatari rolunda. Filmdə onların liseyin ikinci ilində təhsil alacaqları anons edilmişdir. Yaponiyada 2016-cı ilin sentyabrında ekranlaşdırılması planlaşdırılan filmin ssenarisi "Çiyələk gecəsi" filminin də ssenaristi olmuş Yukari Tatsui tərəfindən yazılacaq. Filmin rejissoru isə "Paradise Kiss"-in rejissoru olmuş Takehiko Şinco olacaq.[3][31] Əsas mahnısı isə Ikimono-gakari musiqi qrupu tərəfindən ifa olunan "Last Scene" (azərb. "Son kadr") mahnısıdır.[32]
Manqa seriyası "Ən yaxşı şonen manqasına görə" 37-ci Kodansha Manqa Mükafatına layiq görülmüşdür.[33] "Manga Taishō" mükafatının nominantlarından biri olmuşdur.[34]
Anime adaptasiyası 2016-cı ildə "Yomiuri Shimbun" qəzetinin "Sugoi Japan" mükafatının qalibi olmuşdur.[35][36] Goo Ranking tərəfindən 2016-cı ilin oktyabrında 500 nəfər arasında keçirilmiş sorğuda ən kədərli 8-ci anime (26 səslə) seçilmişdir.[37]
|
---|
1970-ci illər | |
---|
1980-ci illər |
- Susano Oh (Qo Naqay, 1980)
- Sanshirō of 1, 2 (Makoto Kobayaşi, 1981)
- Gakuto Retsuden (Motoka Murakami, 1982)
- The Kabocha Wine (Mitsuru Miura, 1983)
- Bats & Terry (Yasuyçi Oşima, 1984)
- Bari Bari Densetsu (Şuyçi Şiqeno, 1985)
- Kōtarō Makaritōru! (Tatsuya Hiruta, 1986)
- Ironfist Chinmi (Takeşi Maekava, 1987)
- Mister Ajikko (Daysuke Terasava, 1988)
- Meimon! Daisan Yakyūbu (Toşiyuki Mutsu, 1989)
|
---|
1990-cı illər |
- Shura no Mon (Masatoşi Kavahara, 1990)
- Hajime no Ippo (Corc Morikava, 1991)
- Kaze Hikaru: Koshien (Sanbaçi Kava və Taro Nami, 1992)
- 3×3 Eyes (Yuzo Takada, 1993)
- Aoki Densetsu Shoot! (Tsukasa Oşima, 1994)
- The Kindaichi Case Files (Yosaburo Kanari və Fumiya Sato, 1995)
- Shōta no Sushi (Daysuke Terasava, 1996)
- Ryūrōden (Yoşito Yamahara, 1997)
- Great Teacher Onizuka (Tooru Fuvisava, 1998)
- Chamaleon (Toşiyuki Mutsu, 1999)
|
---|
2000-ci illər |
- Legendary Gambler Tetsuya (Fumey Say və Yasuşi Hoşino, 2000)
- Love Hina (Ken Akamatsu, 2001)
- Cromartie High School (Eyci Nonaka) və Beck (Harold Sakuyşi, 2002)
- Kunimitsu no Matsuri, (Yuma Ando və Masaşi Asaki, 2003)
- Shana Ō Yoshitsune (Hirofumi Savada, 2004)
- Capeta (Masahito Soda, 2005)
- Air Gear (Oh! great, 2006)
- Sayonara, Zetsubou-Sensei (Koci Kumeta) və Dear Boys: Act 2 (Hiroki Yaqami, 2007)
- Saikyō! Toritsu Aoizaka Kōkō Yakyūbu (Motoyuki Tanaka, 2008)
- Q.E.D. (Motohiro Katou) və Fairy Tail (Hiro Maşima, 2009)
|
---|
2010-cu illər | |
---|
|
---|
Anime serialları | 2006–2010 | |
---|
2011–2015 | |
---|
2016–hazırda | |
---|
|
---|
Anime filmləri | |
---|
ONA/OVA-lar | |
---|
Video oyunlar | |
---|
Əlaqəli | |
---|
|
|
---|
2005–2009 | |
---|
2010–2014 | |
---|
2015–hazırda | |
---|
Filmlər | |
---|
|