Gearbox Software

Gearbox Softwarekompütervideooyun sənayəsində çalışan ABŞ şirkəti. 1999-cu ildə bir qrup yaradıcı tərəfindən təsis edilib. Baş ofisi Texas ştatının Plano şəhərində yerləşir.

"Gearbox Software"
Ümumi məlumatlar
Tipi Fərdi şirkət
Sənaye Kompütervideooyun sənayəsi
Məhsulları Half-Life: Opposing Force
Half-Life: Blue Shift
Half-Life: Decay
Counter-Strike:Condition Zone
James Bond 007: Nightfire
Brothers in arms seriyaları
Təsis tarixi Plano, Texas, ABŞ. (1999)
Baş qərargahın yeri Plano, Texas, ABŞ
Struktur
İşçi sayı 170[1]
Rəhbərlik
Təsisçilər Rendi Piçford
Sivenom Bahl
Lendon Monthomeri
Brayan Martel
Rob Heyronimus
gearboxsoftware.com

Şirkət Rendi Piçford, Stiven Bahl, Lendon Mantqhomeri, Brayan Martel və Rob Heyronimus tərəfindən 1999-cu ilin yanvar ayında yaradılıb. "Gearbox" studiyasının yaradıcıları şirkətin yaradılması zamanı demək olar ki, videooyunların hazırlanması üzrə ixtisaslaşan başqa şirkətlərdə çalışırdılar.

Şirkətin ilk işi Valve tərəfindən sifariş edilən Half-Life üçün əlavələrin yaradılması oldu. Studiya Valve-nin sifarişi ilə orijinal Half-Life-a üç əlavə Opposing Force, Blue Shift və PS2 versiyası üçün eksklüziv Decay əlavələrini hazırlayır. Half-Life: Opposing Force əlavəsində süjet orijinal Half-Life ilə paralel inkişaf edir. Burada baş qəhrəman Qara Meza tədqiqat mərkəzinə eksperementin nəticəsini və şahidləri təmizləmək üçün göndərilmiş xüsusi təyinatlı Adrian Şeparddır. Bunun sayəsində oyunçular Half-Life süjetinə digər personajın gözü ilə baxmağı imkan əldə edirlər.

Sonrakı oyun Half-Life: Blue Shift bundan əvvəlki Opposing Force kimi rəsmi add-on kimi buraxılmışdır. Süjet Qara Meza kompleksinin mühafizəçisi — Barni Kalhaunun ətrafında inkişaf edir. Bu iki əlavədə qrafika və modellər daha da keyfiyyətli hazırlanmışdır. Studiya bunun arxasınca 2001-ci ildə PS üçün eksklüziv Half-Life: Decay əlavəsini buraxır.

Şirkətin ən məşhur məhsullarından biri 2005-ci ildə buraxdığı İkinci dünya müharibəsinə aid Brothers in Arms oyunudur.

Gearbox müxtəlif məşhur oyun yaradan şirkət və nəşrçiləri ilə işləyib. Onların arasında Valve-dən əlavə Ubisoft, Sega, Microsoft Game Studios, Electronic Arts, Activision və Vivendi Games kimi studiyalar var. Şirkət Bungie, Epic Games, Valve Corporation, Gameloft, Ritual Entertainment və Demiurge Studios kimi studiyalarla partnyorluq əlaqələrinə malikdir.

Hazırlanılan oyunlar

[redaktə | mənbəni redaktə et]

Hazırlanmaqda olan layihələr

[redaktə | mənbəni redaktə et]

Maraqlı faktlar

[redaktə | mənbəni redaktə et]
  • Gearbox Software artıq qapadılmış studiyanın beş üzvü Rendi Piçford, Stiven Bahl, Lendon Mantqhomeri, Brayan Martel və Rob Heyronimus tərəfindən yaradılıb. RBR-də işdən əvvəl Piçford və Martel 3DRealms studiyasında, Mantqhomeri isə Bethesda Softworks şirkətində çalışırdılar.
  • Half-Life 2-yə qədər Gearbox orijinal Half-Life-dan başqa bütün əlavələr üzərində çalışıb (Opposing Force, Blue Shift, Counter-Strike, Condition Zero, Half-Life PS2/Decay, Half-Life Dreamcast).
  • Counter-Strike-da silahların modelləşdirilməsi ilə məşğul olan Gearbox stuadiyasının əməkdaşlarından biri, həmkarlarını ruhlandırmaq üçün ofisə əsil avtomat gətirmişdir. Ancaq studiya ilə eyni binada yerləşən bankın əməkdaşı rəssamı plaşınına altında, avtomatla, liftdə qalxdığını görür və polisə dərhal xəbər. Nəticədə çoxlu sayda polis əməkdaşları "terroristi" mərtəbə-mərtəbə axtardıqdan sonra səhv baş verdiyini anlayırlar.
  • Gearbox stuadiyasının əməkdaşları indiyə kimi yaradılmış ən uğurlu 10 atıcı oyundan 8-i üzərində işləyiblər (Doom, Quake, Halo, Half-Life, Unreal, Counter-Strike, Duke Nukem, və James Bond).
  • Gearbox Hollivudun ən məşhur filmlərinin videooyunlarını yaradıblar — Ceyms BondÖzgə.
  • Gearbox Software Plano, Texasdakı ofisin yuxarı üç mərtəbəsində yerləşir.
  1. "DICE 2010: Gearbox's Pitchford On Borderlands, Perfection, Money". 2020-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-02-19.
  2. "Half-Life: Opposing Force". GameSpot. 2012-02-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11 iyul 2009.
  3. "Half-Life: Blue Shift". GameSpot. 2012-02-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 iyul 2009.
  4. "James Bond 007: Nightfire". GameSpot. 2012-02-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11 iyul 2009.
  5. "Fortnight-də iki faktorlu autentifikasiya". 2021-02-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-01-28.
  6. "Samba De Amigo: Press Release". 2007-10-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2007-10-31.
  7. SEGA and Twentieth Century Fox Licensing & Merchandising to bring Alien franchise to next-gen systems Arxivləşdirilib 2007-10-05 at the Wayback Machine. Retrieved on 17 dekabr, 2006.
  8. Andrew Burnes. "Cancelled Duke Begins Developed By Gearbox" (ingilis). Voodoo Extreme 3D. 2012-02-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 17 iyul 2009.
  9. Pyotr Petrov. "Gearbox Software Duke Begins hazırlayır". 3DNews. 2009-07-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18 iyul 2009.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]