Half-Life 2

Half-Life 2 (stilləşdirilmiş yazım — HλLF-LIFE 2[3], qısaldılmış HL2) — Valve tərəfindən 2004-cü ildə yaradılan, özləri və Sierra Entertainment tərəfindən nəşr edilən elmi-fantastik birinci şəxs atıcı janrında olan oyundur. Half-Life oyununun sikvelidir. Seriyanın ilk oyunu olan Half-Life kimi, bu oyun da atıcılıq, tapmacalar və hekayə kimi xüsusiyyətləri özündə birləşdirir və nəqliyyat vasitələri və fizika əsaslı oynanış kimi xüsusiyyətləri əlavə edir. Oyunçular, qravitasiya silahı kimi silahlardan istifadə edərək, Aliks Vans ilə birlikdə "Kombayn" adlı yadplanetli ordusuna qarşı mübarizə aparan Qordon Frimanı idarə edərək oynayırlar.

Half-Life 2
Hazırlayanlar Valve
Yayımlayanlar Valve
Lokalizatorlar Valve
Seriya Half-Life
Buraxılış tarixləri 16 noyabr 2004, 15 noyabr 2005, 18 noyabr 2005, may 2013
Sonuncu versiya
  • Source 24 (Build 5345)
Janr birinci şəxs atıcı
Texniki məlumat
Platforma Microsoft Windows, Xbox[1], Xbox 360, PlayStation 3, macOS[2], Linux, Android
Mühərrik Source[d]
Oyun rejimi birnəfərli oyun, çoxnəfərli oyun
İnterfeysin dili ingilis dili[2], fransız dili[2], alman dili[2], italyan dili[2], Koreya dili[2], ispan dili[2], rus dili[2], sadələşdirilmiş Çin dili[d][2], ənənəvi Çin dili[d][2], Niderland dili[2], Danimarka dili[2], fin dili[2], yapon dili[2], Norveç dili[2], polyak dili[2], portuqal dili[2], İsveç dili[2], Tay dili[2]
Daşıyıcı optik disk, rəqəmsal distribusiya, rəqəmsal yükləmə[d], CD, DVD
İdarəetmə kompüter klaviaturası, sensor ekran, kompüter siçanı, geympad
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Oyun geniş tanınmış və bir çox mükafat və 45-dən çox "İlin Oyunu 2004" adlarını qazanmışdır. 2012-ci ildə Half-Life 2, on ilin ən yaxşı oyunu olaraq Spike VGA 10 (Spike Video Game Awards) mükafatına layiq görülmüşdür.

İnkişaf altı il davam etdi, bu müddət ərzində oyunun mənbə kodu hətta oğurlanaraq internetdə yerləşdirilib. Oyun geliştiricilərin əsas texnoloji nailiyyətləri, oyunçuların təəccüblü bir xarakter animasiyası, rəqiblərin inkişaf etmiş süni intellekti, real fizikakölgə salma təmin edən Source oyun mühərriki hesab edilə bilər. Havok Physics fizika mühərrikinin dəyişdirilmiş bir versiyasının istifadəsi ilə xarici aləmlə oyunçuların görünməmiş bir səviyyədə qarşılıqlı əlaqəsi əldə edildi. Bu günə qədər Steam servisi vasitəsi ilə satışlar da daxil olmaqla oyunun 12 milyondan çox nüsxəsi satılıb[4]. 2005-ci ildə oyun, Half-Life — İlin Oyunu kolleksiyaçı qutusu olaraq yenidən buraxıldı. Oyunun inkişafına təxminən 40 milyon ABŞ dolları xərclənib[5].

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. redump.org (ing.). worldwide.
  2. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 Steam. 2003.
  3. Oyunun başlanğıcında və disk qapağındaki başlıq.
  4. "The Master of Online Mayhem" (ingilis). Forbes. 2011-02-09. 2012-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-08-24.
  5. "Valve: No new Portal this year (Doug Lombadi ilə müsahibə)". Eurogamer (ingilis). 2011-08-25 tarixində arxivləşdirilib.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]