Gecə heyvanları (film)

Gecənin havadarlığı (ing. Nocturnal Animals) — Tom Fordun rejissorluğu və prodüsserliyi ilə 2016-cı ildə, yazıçı Ostin Raytın 1993-cü ildə nəşr olunmuş Toni və Syuzan adlı romanı əsasında çəkilmiş ABŞ psixoloji triller filmidir. Filmdə əsas rolları Emi Adams, Ceyk Cillenhol, Maykl Şennon, Aaron Teylor-Conson, Ayla Fişer, Armi Hammer, Laura Linni, Andrea ReysboroMaykl Şin ifa edirlər. Filmin əsas çəkilişləri 5 oktyabr 2015-ci ildə Los-Anceles, Kaliforniyada başlamışdır.

Gecənin havadarlığı
Nocturnal Animals
Janr psixoloji triller
Rejissor Tom Ford
Prodüserlər Tom Ford
Robert Salerno
Ssenari müəllifi Tom Ford
Baş rolda
Operator Simus MakQrevi
Bəstəkar Abel Korzeniovski
Distribütor UIP-Dunafilm[d][3], Netflix
İlk baxış tarixi 2 sentyabr 2016
(Venesiya)
18 noyabr 2016
(ABŞ)
Filmin digər adı Gecə heyvanları
Müddət 116 dəq.[1]
Büdcə $22.5 milyon[2]
Ölkələr ABŞ ABŞ
Dil ingilis dili
İl 2016
Rəng rəngli
Çəkiliş yeri Los-Anceles
IMDb ID4550098
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Film, 73-cü Venesiya Film Festivalında Qızıl Şir uğrunda mübarizə aparmaq üçün seçilmiş[4] və Münsiflər heyətinin xüsusi mükafatına layiq görülmüşdür.[5] Filmin 18 noyabr 2016-cı ildə Focus Features tərəfindən ABŞ-də çıxarılacağı gözlənilir.[6]

Məzmunu[redaktə | mənbəni redaktə et]

Ayrılmalarınan uzun müddət sonra Syuzan Morrounun (Emi Adams) keçmiş həyat yoldaşı Edvard (Ceyk Cillenhol) "Gecənin havadarlığı" adlı ilk romanının əlyazmasını Syuzana göndərərək oxumağı və ədəbi baxımdan dəyərləndirməyi xahiş edir. Əsərin baş qəhrəmanı Toni Qastinqsin tətili təhlükəli və ölümcül hadisəyə çevrilir. Romanı oxuyan Syuzana əsər o qədər təsir edir ki, keçmiş həyat yoldaşı ilə münasibətlərinə yenidən baxır. Çünki, kitab oların keçmiş birgə həyatlarına çoxlu istinad və işarələrlə zəngindir.

Rollarda[redaktə | mənbəni redaktə et]

  • Emi Adams — Syuzan Morrou[7]
  • Ceyk Cillenhol — Edvard Şiffeld / Toni Hastinqs[7]
  • Maykl Şennon — Detektiv Bobbi Andes[8]
  • Aaron Teylor-Conson — Rey Markus[8]
  • Ayla Fişer — Laura Hastinqs[9]
  • Armi Hammer — Uolker Morrou[10]
  • Laura Linni — Anna Sutton
  • Andrea Reysboro — Alessiya
  • Maykl Şin — Karlos
  • Elli Beymber — İndia Hastinqs[11]
  • Robert Aramayo — Türk[12]
  • Kristin Bauer van Straten — Samanta Van Helsinq
  • Karl Qlasman — Lou[13]
  • Cena Maloun — Seyc Ross

İstehsalı[redaktə | mənbəni redaktə et]

24 mart 2015-ci ildə Corc Kluni və Qrant Heslov tərəfindən "Smoke House Pictures" kompaniyasının Ostin Raytın 1993-cü ildə nəşr edilmiş "Toni və Syuzan" romanı əsasında "Gecənin havadarlığı" adlı triller filmi istehsal ediləcəyi elan olundu.[14] Tom Ford şəxsi ssenarisi əsasında filmi ekranlaşdırmağa razılaşdı.[14] Növbəti gün Ceyk Cillenhol əsas rollar olan Edvard və Toni personajlarını canlandırmağa razılaşdı, Emi Adamsın isə əsas qadın rolu olan Syuzan personajını canlandırması üçün danışıqlar aparıldığı açıqlandı. Mənbələr isə Xoakin Feniks və Aaron Teylor-Consonun müxtəlif rollar üçün baxıldığını xəbər verirdilər.[7] 17 may 2015-ci ildə "Focus Features" filmin ABŞ distribütorluğunu, "Universal Pictures" isə dünya distribütorluğunu əldə etdi.[15] "Focus Features"in razılaşmasının dəyəri $20 milyona bərabər olmuşdur ki, bu da son illər ərzində Kann kinofestivalının ən bahalı razılaşmasıdır.[15] 6 avqust 2015-ci ildə Aaron Teylor-Consonun Cillenholun canlandırdığı Toni personajının ailəsini təhdid edən sirrli şəxs rolunu canlandıracağı təsdiq edildi, Maykl Şennon isə şiddət hadisəsini tədqiq edən detektiv kimi aktyor heyətinə qoşuldu.[8] 28 avqust 2015-ci ildə Armi Hammer Emi Adamsın canlandırdığı personajın həyat yoldaşını canlandırmaq üçün aktyor heyətinə qoşuldu.[10] 9 sentyabr 2015-ci ildə Ayla Fişerin Toninin həyat yoldaşı Laura Hastinqs rolunu canlandıracağı açıqlandı.[9] 18 sentyabr 2015-ci ildə Elli Beymber Toninin qızını canlandırmaq üçün seçildi.[11] 30 sentyabr 2015-ci ildə Robert Aramayo aktyor heyətinə qoşuldu.[12] 5 oktyabr 2015-ci ildə Karl Qlasman filmdə rol almaq üçün müqavilə imzaladı.[13] 8 oktyabr 2015-ci ildə isə Piter Nyonqo filmin aktyor heyəti sırasında yerini aldı.[16]

Filmin əsas çəkilişləri 5 oktyabr 2015-ci ildə Los-Anceles, Kaliforniyada başlanılmış[13][17] və 5 dekabr 2015-ci ildə çəkilişlər başa çatdırılmışdır.[18]

Çıxarılması[redaktə | mənbəni redaktə et]

"Gecənin havadarlığı" filminin dünya premyerası 2 sentyabr 2016-cı ildə Venesiya Film Festivalında baş tutmuşdur.[19][20] 9 sentyabr 2016-cı ildə film Toronto Beynəlxalq Film Festivalında[21], 14 oktyabr 2016-cı ildə isə BFİ London Film Festivalında təqdim edilmişdir.[22]

Filmin 18 noyabr 2016-cı ildə çıxarılması planlaşdırılır.[6]

Tənqidçilərin mövqeyi[redaktə | mənbəni redaktə et]

Venesiya Film Festivalında təqdim edildikdən sonra, film tənqidçilərin alqışını qazanmış, Adams, Cillenhol, Şennon, Teylor-Conson və Linnin oyunçuluq qabiliyyəti təriflənmişdir.[23] "Rotten Tomatoes" rəy aqqreqatorunda film, 34 tənqidçinin rəyinə əsasən 79% reytinqlə 7.4/10 bal qazanmışdır. Sayt tənqidçilərinin konsesusunda deyilir ki, "Yaxşı aktyor oyunu və vizual görünüşə malik olan "Gecənin havadarlığı" filmi bir daha ssenari müəllifi və rejissor olan Tom Fordun xarakterik vizual və nəql ustadlığını vurğulayır."[24] "Metacritic" rəy aqqreqatorunda 15 tənqidçinin rəyinə əsasən 100 baldan 75 balla qiymətləndirilən film "əsasən yaxşı rəylər" almışdır.[25]

Mükafatlar[redaktə | mənbəni redaktə et]

Mükafatlar
Mükafat Tarix Kateqoriya Nominant Nəticə
Venesiya Film Festivalı[5] 10 sentyabr 2016 Münsiflər heyətinin mükafatı Tom Ford Qazandı
Qızıl Şir Namizəd

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Nocturnal Animals (15)". British Board of Film Classification. October 4, 2016. December 27, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 oktyabr 2016.
  2. Galloway, Stephen. "Tom Ford's Inner Life: A Director's Turmoil, Depression Battles and Staggering Talent". The Hollywood Reporter. September 7, 2016. September 7, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 oktyabr 2016.
  3. http://nmhh.hu/dokumentum/198182/terjesztett_filmalkotasok_art_filmek_nyilvantartasa.xlsx.
  4. "Venice Film Festival 2016". Deadline. 28 July 2016. 26 August 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 oktyabr 2016.
  5. 1 2 "Venice Film Festival: Golden Lion To 'The Woman Who Left'; Tom Ford's 'Nocturnal Animals', Emma Stone Take Major Prizes – Full List". Deadline. 11 September 2016. 11 September 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 oktyabr 2016.
  6. 1 2 "Nocturnal Animals". Box Office Mojo. 2011-03-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 oktyabr 2016.
  7. 1 2 3 Kit, Borys. "Jake Gyllenhaal, Amy Adams Circling Tom Ford's 'Nocturnal Animals'". hollywoodreporter.com. March 25, 2015. April 4, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 oktyabr 2015.
  8. 1 2 3 Kroll, Justin. "Aaron Taylor-Johnson, Michael Shannon Join Jake Gyllenhaal's 'Nocturnal Animals' (EXCLUSIVE)". variety.com. August 6, 2015. January 10, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 oktyabr 2016.
  9. 1 2 Fleming Jr, Mike. "Isla Fisher Joins Tom Ford's 'Nocturnal Animals'". deadline.com. September 9, 2015. September 10, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 oktyabr 2016.
  10. 1 2 Hipes, Patrick. "Armie Hammer Joins Tom Ford's 'Nocturnal Animals'". deadline.com. August 28, 2015. January 10, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 oktyabr 2016.
  11. 1 2 Fleming Jr, Mike. "Tom Ford Adds Ellie Bamber To 'Nocturnal Animals'". deadline.com. September 18, 2015. January 10, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 oktyabr 2016.
  12. 1 2 A. Lincoln, Ross. "Robert Aramayo Nabs Roles In 'Game Of Thrones' & 'Nocturnal Animals'". deadline.com. September 30, 2015. February 21, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 oktyabr 2016.
  13. 1 2 3 A. Lincoln, Ross. "Karl Glusman Joins 'Nocturnal Animals'". deadline.com. October 5, 2015. January 10, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 oktyabr 2016.
  14. 1 2 Kit, Borys. "Tom Ford Teams With George Clooney for Thriller 'Nocturnal Animals' (Exclusive)". hollywoodreporter.com. March 24, 2015. April 25, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 oktyabr 2015.
  15. 1 2 Fleming Jr, Mike. "Focus Features Wins Tom Ford's 'Nocturnal Animals' In Whopping $20 Million Cannes Worldwide Rights Deal". deadline.com. May 17, 2015. May 17, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 oktyabr 2016.
  16. A. Lincoln, Ross. "Stan Lee & William Shatner To Unveil Collaboration At Comikaze 2015; 'Nocturnal Animals' Adds Peter Nyong'o". deadline.com. October 8, 2015. January 10, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 oktyabr 2016.
  17. "On the Set for 10/9/15: Marc Webb & Chris Evans Start 'Gifted', Garry Marshall & Julia Roberts Wrap 'Mother's Day'". ssninsider.com. October 9, 2015. September 15, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 oktyabr 2016.
  18. "On the Set 12/11/15: James Franco and Seth Rogen Start 'The Disaster Artist', Owen Wilson & Ed Helms Wrap 'Bastards'". ssninsider.com. December 11, 2015. December 13, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 oktyabr 2016.
  19. "Venice film festival 2016: Tom Ford's Nocturnal Animals world premiere — in pictures". Theguardian.com. 2016-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 oktyabr 2016.
  20. "Nocturnal Animals". Venesiya Film Festivalı. 2016-09-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 17 sentyabr 2016.
  21. "Nocturnal Animals". Toronto International Film Festival. 2016-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 oktyabr 2016.
  22. "Nocturnal Animals". BFI London Film Festival. 2016-11-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 oktyabr 2016.
  23. "Nocturnal Animals Review: Tom Ford returns with a superb, painstakingly crafted movie sure to pick up awards". Independent.co.uk. 2016-11-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 17 oktyabr 2016 2016.
  24. "Nocturnal Animals". Rotten Tomatoes. 2016-10-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 oktyabr 2016.
  25. "Nocturnal Animals". Metacritic. 2016-12-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 oktyabr 2016.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

ABŞ filmlərinin siyahısı

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Filmi izlə (azərbaycan dilində)
Gecə heyvanlarıInternet Movie Database saytında.
Nocturnal Animals Rotten Tomatoes saytında  (ing.)