Emi Lu Adams (20 avqust 1974[1][2][…]) — ABŞ aktrisası. Həm komediya, həm də drama filmlərindəki rolları ilə şöhrət qazanıb. O, üç dəfə dünyanın ən çox qazanan aktrisalarının illik siyahısında yer alıb. Emi iki "Qızıl Qlobus" mükafatı laureatıdır.
Emi Adams | |
---|---|
ing. Amy Adams | |
Doğum adı | Amy Lou Adams |
Doğum tarixi | 20 avqust 1974[1][2][…] (50 yaş) |
Vətəndaşlığı | |
Fəaliyyəti | kino aktrisası, müğənni, rəqqasə, televiziya aktrisası, teatr aktrisası, aktrisa, səsləndirmə aktrisası[d] |
Fəaliyyət illəri | 1999-cu ildən |
Boyu | 1,63 m[3] |
Mükafatları | |
IMDb | ID0010736 |
Vikianbarda əlaqəli mediafayllar |
Emi Adams karyerasına 1990-cı illərdə musiqili teatrlarda rəqqasəlik edərək başlamışdır. O, 1999-cu ildə "Drop Dead Gorgeous" komediya filmində ilk rolunu almışdır. O, bu dövrlərdə müxtəlif teleseriallarda qısa çıxışlar edir, aşağı büdcəli filmlərdə "ləçər qız" rolunu oynayırdı. Emi 2002-ci ildə kinorejissor Stiven Spilberqin "Bacarırsan tut məni" filmində çəkilib.
Emi Adams İtaliyanın Aviano şəhərində amerikalı ailədə anadan olub.[4] O, dünyaya gələndə atası ABŞ ordusunda xidmət edirdi və İtaliyadakı Caserma Ederle hərbi kompleksində yerləşdirilmişdi.[5][6] Eminin dörd qardaşı və iki bacısı var.[7] O, səkkiz yaşında olarkən Kolorado ştatının Kasl-Rok şəhərinə köçüb. Onun atası hərbidəki işindən ayrıldıqdan sonra gecə klublarında və restoranlarda müğənnilik etməyə başlamışdır.[8] Emi Adams uşaq ikən atasının şoularına getməyi və barda Şirli Temples içməyi sevdiyi xatırlayır.[9] Onun ailəsi imkansız olduğu üçün bahalı tətillərə gedə bilmirdi. Onlar bu səbəbdən düşərgə edir və təbiətdə yürüyşə çıxırdılar.[10] Emi valideynləri ilə birlikdə onların ifa etmək üçün yazdığı qısa məzəli tamaşaları oynamaqdan həzz alırdı.[11]
Emi Mormon inancı ilə böyüyüb, ancaq o, valideynləri 1985-ci ildə boşandıqdan sonra bu dinə etiqad etməyi dayandırdı.[12] Emi dindar olmasa da, tərbiyəsindən sevgi və şəfqət kimi mühüm dəyərləri öyrəndiyini deyir. Valideynləri boşandıqdan sonra atası Arizonada yaşamağa getdi və yenidən evləndi, uşaqlar isə analarının yanında qaldılar. Anası part-time iş kimi bodibildinq yarışlarında iştirak etməyə başlamışdı. O, məşq etmək üçün idman zalına gedəndə uşaqları da özü ilə gətirirdi. Emi Adams uşaqlıqda nadinc uşaq olduğunu deyir.[13]
Aktyor və ya aktrisa haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |