Gecənin havadarlığı (ing. Nocturnal Animals) — Tom Fordun rejissorluğu və prodüserliyi ilə 2016-cı ildə, yazıçı Ostin Raytın 1993-cü ildə nəşr olunmuş Toni və Syuzan adlı romanı əsasında çəkilmiş ABŞ psixoloji triller filmidir. Filmdə əsas rolları Emi Adams, Ceyk Cillenhol, Maykl Şennon, Aaron Teylor-Conson, Ayla Fişer, Armi Hammer, Laura Linni, Andrea Reysboro və Maykl Şin ifa edirlər. Filmin əsas çəkilişləri 5 oktyabr 2015-ci ildə Los-Anceles, Kaliforniyada başlamışdır.
Gecənin havadarlığı | |
---|---|
Nocturnal Animals | |
Janr | psixoloji triller |
Rejissor | Tom Ford |
Prodüserlər |
Tom Ford Robert Salerno |
Ssenari müəllifi | Tom Ford |
Baş rolda | |
Operator | Simus MakQrevi |
Bəstəkar | Abel Korzeniovski |
Distribütor | UIP-Dunafilm[d][3], Netflix |
İlk baxış tarixi |
2 sentyabr 2016 (Venesiya) 18 noyabr 2016 (ABŞ) |
Filmin digər adı | Gecə heyvanları |
Müddət | 116 dəq.[1] |
Büdcə | $22.5 milyon[2] |
Ölkə | ABŞ |
Dil | ingilis dili |
İl | 2016 |
Rəng | rəngli |
Çəkiliş yeri | Los-Anceles |
IMDb | ID4550098 |
Vikianbarda əlaqəli mediafayllar |
Film, 73-cü Venesiya Film Festivalında Qızıl Şir uğrunda mübarizə aparmaq üçün seçilmiş[4] və Münsiflər heyətinin xüsusi mükafatına layiq görülmüşdür.[5] Filmin 18 noyabr 2016-cı ildə Focus Features tərəfindən ABŞ-də çıxarılacağı gözlənilir.[6]
Ayrılmalarınan uzun müddət sonra Syuzan Morrounun (Emi Adams) keçmiş həyat yoldaşı Edvard (Ceyk Cillenhol) "Gecənin havadarlığı" adlı ilk romanının əlyazmasını Syuzana göndərərək oxumağı və ədəbi baxımdan dəyərləndirməyi xahiş edir. Əsərin baş qəhrəmanı Toni Qastinqsin tətili təhlükəli və ölümcül hadisəyə çevrilir. Romanı oxuyan Syuzana əsər o qədər təsir edir ki, keçmiş həyat yoldaşı ilə münasibətlərinə yenidən baxır. Çünki, kitab oların keçmiş birgə həyatlarına çoxlu istinad və işarələrlə zəngindir.
24 mart 2015-ci ildə Corc Kluni və Qrant Heslov tərəfindən "Smoke House Pictures" kompaniyasının Ostin Raytın 1993-cü ildə nəşr edilmiş "Toni və Syuzan" romanı əsasında "Gecənin havadarlığı" adlı triller filmi istehsal ediləcəyi elan olundu.[14] Tom Ford şəxsi ssenarisi əsasında filmi ekranlaşdırmağa razılaşdı.[14] Növbəti gün Ceyk Cillenhol əsas rollar olan Edvard və Toni personajlarını canlandırmağa razılaşdı, Emi Adamsın isə əsas qadın rolu olan Syuzan personajını canlandırması üçün danışıqlar aparıldığı açıqlandı. Mənbələr isə Xoakin Feniks və Aaron Teylor-Consonun müxtəlif rollar üçün baxıldığını xəbər verirdilər.[7] 17 may 2015-ci ildə "Focus Features" filmin ABŞ distribütorluğunu, "Universal Pictures" isə dünya distribütorluğunu əldə etdi.[15] "Focus Features"in razılaşmasının dəyəri $20 milyona bərabər olmuşdur ki, bu da son illər ərzində Kann kinofestivalının ən bahalı razılaşmasıdır.[15] 6 avqust 2015-ci ildə Aaron Teylor-Consonun Cillenholun canlandırdığı Toni personajının ailəsini təhdid edən sirrli şəxs rolunu canlandıracağı təsdiq edildi, Maykl Şennon isə şiddət hadisəsini tədqiq edən detektiv kimi aktyor heyətinə qoşuldu.[8] 28 avqust 2015-ci ildə Armi Hammer Emi Adamsın canlandırdığı personajın həyat yoldaşını canlandırmaq üçün aktyor heyətinə qoşuldu.[10] 9 sentyabr 2015-ci ildə Ayla Fişerin Toninin həyat yoldaşı Laura Hastinqs rolunu canlandıracağı açıqlandı.[9] 18 sentyabr 2015-ci ildə Elli Beymber Toninin qızını canlandırmaq üçün seçildi.[11] 30 sentyabr 2015-ci ildə Robert Aramayo aktyor heyətinə qoşuldu.[12] 5 oktyabr 2015-ci ildə Karl Qlasman filmdə rol almaq üçün müqavilə imzaladı.[13] 8 oktyabr 2015-ci ildə isə Piter Nyonqo filmin aktyor heyəti sırasında yerini aldı.[16]
Filmin əsas çəkilişləri 5 oktyabr 2015-ci ildə Los-Anceles, Kaliforniyada başlanılmış[13][17] və 5 dekabr 2015-ci ildə çəkilişlər başa çatdırılmışdır.[18]
"Gecənin havadarlığı" filminin dünya premyerası 2 sentyabr 2016-cı ildə Venesiya Film Festivalında baş tutmuşdur.[19][20] 9 sentyabr 2016-cı ildə film Toronto Beynəlxalq Film Festivalında[21], 14 oktyabr 2016-cı ildə isə BFİ London Film Festivalında təqdim edilmişdir.[22]
Filmin 18 noyabr 2016-cı ildə çıxarılması planlaşdırılır.[6]
Venesiya Film Festivalında təqdim edildikdən sonra, film tənqidçilərin alqışını qazanmış, Adams, Cillenhol, Şennon, Teylor-Conson və Linnin oyunçuluq qabiliyyəti təriflənmişdir.[23] "Rotten Tomatoes" rəy aqqreqatorunda film, 34 tənqidçinin rəyinə əsasən 79% reytinqlə 7.4/10 bal qazanmışdır. Sayt tənqidçilərinin konsesusunda deyilir ki, "Yaxşı aktyor oyunu və vizual görünüşə malik olan "Gecənin havadarlığı" filmi bir daha ssenari müəllifi və rejissor olan Tom Fordun xarakterik vizual və nəql ustadlığını vurğulayır."[24] "Metacritic" rəy aqqreqatorunda 15 tənqidçinin rəyinə əsasən 100 baldan 75 balla qiymətləndirilən film "əsasən yaxşı rəylər" almışdır.[25]
Mükafatlar | ||||
---|---|---|---|---|
Mükafat | Tarix | Kateqoriya | Nominant | Nəticə |
Venesiya Film Festivalı[5] | 10 sentyabr 2016 | Münsiflər heyətinin mükafatı | Tom Ford | Qazandı |
Qızıl Şir | Namizəd |
Filmi izlə (azərbaycan dilində)
Gecə heyvanları — Internet Movie Database saytında
Nocturnal Animals Rotten Tomatoes saytında (ing.)