Generalskoe — Çeçenistanın Naurski rayonunda göl.
Generalskoe | |
---|---|
rus. Генеральское | |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 77-82 m |
Eni | 0,6 km |
Uzunluğu | 1,2 km |
Sahəsi |
|
Dərin yeri | 5 m |
Yerləşməsi | |
43°52′55″ şm. e. 45°35′56″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
|
Göl Kornev xutorundan 3 km cənubda, Selivankin xutorundan 3,5 km qərbdə yerləşir. Generalskoe gölünün qərb və şərq sahilləri çox parçalanıb. Gölün dib relyefi düz olub və qalın çöküntü qatından ibarətdir. Mərkəzi hissəsində bir neçə ada mövcuddur. Çox da böyük olmayan qamışlıq sahəsi mövcuddur. Göl kənarlarında nadir halda ağaclara rast gəlinir. Daha çox ağ akasiya üstünlük təşkil edir. Göl ətrafı yarımsəhra landşaftı ilə əhatələnib. Ərazi il boyu otlaq sahəsi kimi istəfadə olunur[1].
Gölün qidalanmasında əsas qrunt suları üstünlük təşkil edir. Ərazidə olan allüvial çöküntülərinin üstünlük təşkil etməsi nəticəsində qrunt suları asanlıqla yer səthinə çıxa bilir. Generalskoe gölü daima axından məhrumdur. Su balansı mövcud meteoroloji durumdan asılıdır. İlin fəsillərindən asılı olaraq su səviyyəsi dəyişir. Ən yüksək su səviyyəsi yazda müşahidə olunur. Bu qarın əriməsi zamanına uyğun gəlir. İkinci ən yüksək səviyyə payızda, yağıntıların artan dövrünə uyğun gəlir[1].
Gölün dərinliyi az olduğuna görə suyun temperaturu çox dəyişilir. Qışda buz qatı formalaşır. Əsasən qalınlıq 10-15 sm arasında dəyişir. Yayda göl suyunun temperaturu 20-26 °C arasında dəyişir[1].
Göl ətrafında qumlu, şoranlı və şorəkətli ərazilər geniş yayılıb. Bölgədə açıq-şabalıdı və boz torpaqlar geniş yayılıb.
2006-cı ilə kim göl xüsusi qorunan ərazi statusuna malik idi.[2]. Status 2014-cü ildə götürüldü.[3].
Göl kənarı bir çox nadir və qorunan quşların yuva qurma və miqrasiya zamanı dayanacaq yeridir. Ərazidə su və səhra-çöl quşları üstünlük təşkil edir. Göldə və ətraf ərazidə daima olaraq 4 növ quş, 1 növ sürünən və 2 növ məməli yaşayır. Bunlar Rusiyanın Qırmızı kitabına daxil edilib: Qərb yatağanı, nəhəng köstəbək, safsar, adi pərttəgöz, adi qəşəng durna, adi çaydaqcüllüt, Sternula albifrons.