Geomorfoloji rayonlaşdırma

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Elmin və texnikanın müasir dinamik inkişafı coğrafi təbəqənin müxtəlif komponentləri arasında səbəb-nəticə əlaqəsinin formalaşma və işləmə qanunuyğunluqlarının daha səmərəli və effektiv tədqiqat yollarının hazırlanmasını tələb edir. Bu məqsədlə Azərbaycanın müasir relyefinin və onun geoloji-tektonik quruluşunun formalaşmasının qanunauyğunluqlarının aşkara çıxarılmasının çox mühüm elmi-təcrübi əhəmiyyəti vardır.

Azərbaycan ərazisi morfotektonik cəhətdən Böyük və Kiçik Qafqazın şərq, həmçinin İran və Cənubi Qafqaz dağlıq yaylalarının bəzi hissələrini özündə birləşdirən Alp-Himalay qırışıq zonasına aiddir. Tədqiqat ərazisi çox mürəkkəb geoloji-tektonik quruluşa malik olmaqla, tektonik örtüyün, maqmatik və palçıq vulkanizminin geniş inkişafı iri morfostrukturların yayılma istiqamətinin tez-tez dəyişməsi ilə yeni tektonik və müasir seysmotektonik proseslərin aktivliyi, həmçinin ekzogen relyef əmələgətirici proseslərin kəskin differensiasiyası ilə seçilir.

Azərbaycanın relyefi qlobal Avrasiya və Ərəbistan litosfer tavalarının qarşılaşması və toqquşması sahəsidir. Belə ki, bu ərazinin müasir morfotektonik karkası mezotetis okean qabığının Skif tavasının altına, Anadolu-İran tavasının (Misxana-Dərələyəz) isə Ön Qafqaz tavasının altına subduksiyası nəticəsində formalaşmışdır. Bu zaman baş verən müxtəlif morfotektonik proseslər nəticəsində mürəkkəb tərkibli geomorfoloji vilayətlər əmələ gəlmiş, Böyük və Kiçik Qafqaz, Talış dağlıq sistemlərinin, eləcə də geniş Kür dağarası çökəkliyinin intensiv differensiasiyalı üfüqi və şaquli tektonik hərəkətləri yaranmışlar.

Azərbaycan daxilində Böyük Qafqaz Baş Qafqaz, Yan və Niyaldağ silsilələri, həmçinin çoxsaylı dağ qolları və dağarası çökəkliklərdən və s. ibarət olan iri və mürəkkəb quruluşlu meqantiklinori təşkil edir. Böyük Qazfqaz mezozoy, paleogen, neogen və dördüncü dövrün çökmə, qismən də maqmatik süxurlarından təşkil olunmuşdur. Qusar-Dəvəçi törəmə əyilməsinə relyefdə müasir allüvial-prolüvial çöküntülərdən ibarət və monoklinal plato quruluşlu erozion, erozion-denudasion və qravitasion mənşəli pilləli səthli Qusar maili düzənliyi uyğun gəlir.

Kiçik Qafqazın dağ silsilələri qırışıqlı-qaymalı mənşəli tektonik quruluşa malik olub və uzununa və eninə istiqamətlənmiş dərin qırılmalarla parçalanmışdır. Burada Şahdağ, Murovdağ, Şərqi Göyçə, Mıxtökən, Qarabağ silsilələri və (səthi son pliosen və dördüncü dövrün andezit-bazalt tərkibli lavaları ilə örtülmüş) Qarabağ vulkanik yaylası ilə yanaşı Başkənd-Dəstəfur, Kəlbəcər, Xankəndi və s. irsi və ya törəmə dağ daxili çökəkliklər ayrılır. Qarabağ vulkanik yaylasından cənub-qərbdə Arazyanı qırışırlı-qaymalı və qaymalı tektonik quruluşu ilə səciyyələnən Zəngəzur və Dərələyəz silsilələri yerləşmişdir. Onların suayırıcı hissələri intensiv fiziki aşınma prosesləri nəticəsində kəskin parçalanmaya məruz qalmış və son pleystosen dövrünün kar və troqlardan ibarət buzlaq relyef formaları yayılmışdır. Orta və alçaqdağlıq hissələrdə arid-denudasion proseslər və müvafiq relyef formaları inkişaf etmişdir. Ərazinin səciyyəvi xüsusiyyətindən biri də burada ekstruziv günbəzlərin və lakolitlərin (İlandağ, Əlincə və s.) mövcud olmasıdır.

Orta Araz çökəkliyi köndələninə tektonik qalxmalarla dağarası çökəkliklərə və akkumuliyativ – denudasion yaylalara – Sədərək, Şərur, Naxçıvan, Nehrəm, Qıvraq və s. ayrılmış iri törəmə morfostrukturdur.

Böyük və Kiçik Qafqaz dağları arasında mürəkkəb sinklinal quruluşlu geniş Kür dağarası çökəkliyi yerləşir. Alazan-Həftəran vadisi, Ceyrançöl-Acınohur alçaqdağlığı, Gəncə-Qazax, Qarabağ mayili düzənlikləri, Şirvan, Mil, Muğan, Salyan və Cənub-Şərqi Şirvan düzləri öz geoloji quruluşuna və relyefin xüsusiyyətlərinə görə fərqlənirlər.

Kiçik Qafqaz qırışıq-qayma meqastukturunun cənub-şərq davamı paleogenin və neogenin qismən də təbaşirin vulkanogen çökmə süxur komplekslərindən təşkil olunmuş Talış dağları təşkil edir. Bu morfostruktur Talış, Peştəsər və Burovar silsilələrindən və Dıman, Qosmalyan və Yardımlı dağarası çökəkliklərdən ibarətdir. Beləliklə, Azərbaycan relyefinin formalaşması və inkişafı yeni tektonik mərhələ çərçivəsində baş vermişdir. Müasir relyefin əmələgəlməsində, müxtəlif istiqamətli və intensivlikli differensiasial xarakterli şaquli və üfüqi hərəkətlər xüsusi rol oynamışdır. Bununla yanaşı burada aparılan geomorfoloji, geoloji, ekoloji və s. tədqiqatlar dağlıq ərazinin mənimsənilməsində, təbii fəlakətlərə (sürüşmə, sel, daşqın və s.) qarşı mübarizə tədbirlərinin işlənib həyata keçirilməsində, faydalı qazıntıların axtarışında və s. böyük əhəmiyyət kəsb edir. 

Azərbaycan Respublikasının ərazisi çox mürəkkəb geomorfoloji quruluşa malikdir. Burada tektonik hərəkətlərin relyefə göstərdiyi zəif və güclü təsirə müvafiq olaraq denudasion-struktur və struktur-denudasion dağlar, çökəkliklər və dərələr əmələ gəlmişdir. Vulkanik dağlar və yaylalar, akkumulyativ-denudasion platolar və düzənliklər, akkumulyativ düzənliklər və s. inkişaf etmişdir.[1]

Geomorfoloji rayonlaşdırma

[redaktə | mənbəni redaktə et]
Əyalət Vilayət Yarımvilayət Rayonlar
1 2 3 4
A Krım-Qafqaz dağlıq ölkəsi
Ön Qafqaz I Samur-Dəvəçi  1. Samur-Dəvəçi

2. Qusar

Böyük Qafqaz IIŞərqi Böyük Qafqaz II1 Cənub yamac 3. Zaqatala

4. Şəki

5. Lahıc

II2 Cənub-şərqi yamac  6. Bazardüzü

7. Şahnabad-Xızı

8. Şahdağ

9. Təngi-Beşbarmaq

10. Dübrar

11. Şamaxı

12. Qobustan

13. Abşeron

Cənubi Qafqaz depressiyası III Kür çökəkliyi III1 Alazan-Həftəran vadisi 14. Qanıx

15. İsmayıllı

    III2 Ceyrançöl-Acınohur ön dağlığı  16. Ceyrançöl

17. Acınohur

18. Lənqəbiz-Ələt

19. Hərəmi

    III3 Kür-Araz ovalığı 20. Şirvan

21. Cənub-Şərqi Şirvan

22. Küryanı

23. Muğan

24. Salyan

    III4 Kiçik-Qafqazın

dağətəyi maili düzənlikləri

25. Gəncə-Qazax

26. Qarabağ

27. Mil

B Ön Asiya yaylaları
Kiçik Qafqaz IV Kənar Kiçik Qafqaz IV1 Şimal-şərq yamac 28. Ağstafa

29. Şəmkir

30. Daşkəsən-Ağcakənd

31. Şahdağ

32. Murovdağ

    IV2 Şərq yamac 33. Aşağı Araz
    IV3 Cənub-qərb yamac 34. Kəlbəcər

35. Mıxtökən

36. Həkəri

  V Daxili Kiçik Qafqaz  V1 Qarabağ vulkanik yaylası 37. Qızılboğaz-İşiqlı

38. Alaqöllər-Çalbayır

39. Şərqi Göyçə

40. Yazı

    V2 Arazyanı silsilələr 41. Dərələyəz

42. Zəngəzur

43. Bərgüşad

    V3 Naxçivan (Orta Araz) çökəkliyi 44. Şərur

45. Nehrəm

46. Ordubad 

  Vİ Talış   47. Lənkəran

48. Burovar

49. Yardımlı

50. Peştəsər

51. Zuvand

52. Talış

Geomorfoloji vilayətlər

[redaktə | mənbəni redaktə et]

Relyefin mənşəyi, yaşı, morfoloji xüsusiyyətləri, geoloji quruluşu və yeni tektonik hərəkətlərlə əlaqəsinin təzahürü Azərbaycan Respublikası ərazisində dörd əyalət (Ön Qafqaz, Böyük Qafqaz, Cənubi Qafqaz depressiyası, Kiçik Qafqaz), altı vilayət (Samur-Dəvəçi, Şərqi Böyük Qafqaz, Kür çökəkliyi, Kənar Kiçik Qafqaz, Daxili Kiçik Qafqaz və Talış), vilayətlər daxilində isə bir sıra geomorfoloji yarımvilayətlər və rayonlar ayırmağa imkan verir (B. Ə. Budaqov, 1993). Bəzən Orta Araz çökəkliyi, ZəngəzurDərələyəz silsilələri, həmçinin Talış dağlarıLənkəran ovalığı geomorfoloji rayonlar kimi Kiçik Qafqaz vilayətinə, Qusar maili düzənliyiAlazan-Həftəran vadisi geomorfoloji rayonlar kimi Böyük Qafqaz əyalətinə aid edilir.[1]

Samur-Dəvəçi geomorfoloji vilayəti

[redaktə | mənbəni redaktə et]

Samur-Dəvəçi geomorfoloji vilayəti struktur cəhətdən Ön Qafqazın cənub-şərq davamı hesab edilən və yeni tektonik mərhələdə formalaşan Qusar-Dəvəçi Öndağlıq çökəkliyinə, oroqrafik cəhətdən isə Böyük Qafqazın şimal-şərq ətəklərinə uyğun gəlir. Müasir səthi və əsas morfoloji xüsusiyyətləri Son Pliosen və Antropogendə dəniz və çayların fəalliyəti nəticəsində formalaşmışdır. Çay dərələri, gətirmə konusları, konuslararası çökəkliklər, terraslar və s. relyef formaları səciyyəvidir. Dəniz sahili boyu, əsasən, qumluqdur. Səthi meyilli (təqr. 0 m-dən 1900 m-ədək), pilləli və dalğavaridir. Hündürlük artdıqca meyillilik və səthin parçalanma dərəcəsi də artır. Dağətəyi hissədə dərininə erozion kəsilmə 850–950 m-ə çatır. Bu vilayət Samur-Dəvəçi və Qusar geomorfoloji rayonlarına ayrılır.[1]

Şərqi Böyük Qafqaz geomorfoloji vilayəti

[redaktə | mənbəni redaktə et]

Şərqi Böyük Qafqaz geomorfoloji vilayəti respublikanın digər geomorfoloji vilayətlərindən nival-buzlaq relyef formalarının daha geniş inkişaf etməsi ilə fərqlənir. Burada Son Pliosen-Antropogen buzlaşmalarının izləri troq dərələri, karlar, moren tirələri və təpəcikləri şəklində qalmışdır; palçıq vulkanları, sürüşmələr, bedlend və gilli karst formaları da çox yayılmışdır. Düzəlmə səthlərinin geniş inkişaf etməsi səciyyəvidir. Müasir ekzogen proseslərdən eroziya və qravitasiya daha geniş inkişaf etmişdir. Vilayət Baş Qafqaz silsiləsinin cənub yamac və cənub-şərqi Qafqaz geomorfoloji yarımvilayətlərinə bölünür:

1. Baş Qafqaz silsiləsinin cənub yamacı yarımvilayəti.

[redaktə | mənbəni redaktə et]

Mazım və Girdiman çayları arasını əhatə edir. Suayırıcı daraqvarı dişli, zirvələr isə iti ucludur. Bəzi yerlərdə düzəlmə səthləri müşahidə olunur. Dərələrin yamacları çox meyilli (40–70 dərəcə və daha çox), dibi əksər yerdə dardır, çay qollarının dərələri ilə parçalanmış və sürüşmələrlə mürəkkəbləşmişdir. Dərələrin genişləndiyi sahələrdə terraslar inkişaf etmişdir. Tez-tez dağıdıcı sel hadisələri baş verir. Uçqunlar, ufantı və səpinti materialları geniş yayılmışdır. Yarımvilayətin daxilində Zaqatala, Şəki və Lahıc geomorfoloji rayonları ayrılır.[1]

2. Cənub-Şərqi Qafqaz yarımvilayəti.

[redaktə | mənbəni redaktə et]

Buraya intensiv parçalanmış silsilələr daxildir. Bu yarımvilayət daxilində Baş Qafqaz silsiləsi və ya Suayırıcı silsilə yüksək dağlıq qurşaq da ensiz yal hissədən, sıldırım və əsasən, çılpaq yamaclardan ibarətdir. Ondan şimalda yerləşən Yan silsilənin suayırıcısı şimal-qərbdə bir-birindən kanyonvarı çay dərələri ilə ayrılan iri sinklinal platolara (ən böüyüyü Şahdağ platosu) bölünmüşdür. Suayırıcı silsilədən cənubda kəskin parçalanmış Niyaldağ yan silsiləsi yerləşir. Silsilələr arasında çökəkliklər inkişaf etmişdir. Yarımvilayət şərqdə Şamaxı, Qobustan, Abşeron yarımadası və s. təbii sahələri əhatə edir.[1]

Relyefi hamar səthli platolarla (Qızmeydan, Şamaxı, Mərəzə, Sündü və s.) mürəkkəbləşir. Çay dərələri, əsasən, dardır, bəzi yerlərdə nisbətən geniş, terraslaşmış çökəkliklərə keçir. Yarımvilayətin şimal-qərb hissəsində sürüşmələr və uçqunlar, cənub-şərq hissəsində palçıq vulkanları, bedlend və gilli karst kimi arid-denudasion relyef formaları, Abşeron yarımadasının sahili boyunca qum dyünləri yayılmışdır. Şoranlı və şor göllü axarsız çökəkliklər inkişaf etmişdir. Yarımvilayətdə Bazardüzü, Şahnabad — Xızı, Şahdağ, Təngi-Beşbarmaq, Dübrar, Şamaxı, Qobustan və Abşeron geomorfoloji rayonları ayrılır.[1]

Kür çökəkliyi geomorfoloji vilayəti

[redaktə | mənbəni redaktə et]

Kür çökəkliyi geomorfoloji vilayətində yeni tektonik hərəkətlərin və eləcə də ekzogen relyef əmələgəgitirici proseslərin mürəkkəbliyi relyef quruluşunun müxtəlifliyinə səbəb olmuşdur. 4 əsas geomorfoloji yarımvilayətə: Alazan-Həftəran vadisi, Ceyrançül-Acınohur ön dağlığı, Kür-Araz ovalığı və Kiçik Qafqazın dağətəyi maili düzənlikləri yarımvilayətlərinə bölünür:

1. Qanıx — Əyriçay çökəkliyi yarımvilayəti

[redaktə | mənbəni redaktə et]

Oroqrafik cəhətdən 200–300 m-dən 600–800 m-ədək hündürlükdə yerləşən batıq dağətəyi maili düzənliyi əhatə edir. Səthi allüvial-prolüvial çüküntülərdən ibarətdir. Çayların gətirmə konusları arasındakı çökəkliklər qismən bataqlıqlaşmışdır. Akkumulyasiya prosesləri üstünlük təşkil edir. Yarımvilayət daxilində Qanıx, İsmayıllı geomorfoloji rayonları ayrılır.[1]

 2. Ceyrançöl — Acınohur ön dağlığı yarımvilayəti.

[redaktə | mənbəni redaktə et]

Kür çökəkliyinin şimal hissəsindədir. Buraya Alazan-Həftəran vadisindən cənubda yerləşən Acınohur, Kür çökəkliyinin şimal-şərq kənarını təşkil edən Ləngəbiz-Ələt Ön dağlıqları və s. daxildir. Relyefində antiklinal və sinklinal qırışıqlara uyğun gələn silsilə, tirə, yüksəklik, dərə və çökəkliklər üstünlük təşkil edir. Silsilə və tirələrin (q.-də və ş.-də Üst Pliosen, mərkəzi hissədə Antropogen yaşlı) yamacları asimmetrikdir. Cənub yamacları çox dik, şimal yamacları isə az meyillidir. Bəzi yerlərdə (Gürcüvan platosu) 600–1000 m hündürlükdə düzəlmə səthləri müşahidə edilir. Yarımvilayət köndələn axan çayların antesedent dərələri ilə parçalanmışdır. Dərininə kəsilmə 250–700 m-dir. Parçalanmanın sıxlığı bedlend tipli yarğan-qobu şəbəkəsinin inkişaf etdiyi cənub yamaclarında daha böyükdür. Şərqdə palçıq vulkanları var. Yarımvilayət Ceyrançöl, Acınohur, Ləngəbiz-Ələt, Hərəmi geomorfoloji rayonlarına bülönür.[1]

3. Kür — Araz ovalığı yarımvilayəti.

[redaktə | mənbəni redaktə et]

Kür çökəkliyinin ən geniş hissəsini əhatə edir. Səthi mərkəzi hissədə gilli, kənar hissələrdə gillicəli-qumlu çaqıldaşlı Son antropogen və Holosen yaşlı kontinental və dəniz çöküntülərindən təşkil olunmuşdur. Relyefi cavan və yastı olduğundan səthi az parçalanmışdır. Ovalığın şərq hissəsi üçün cavan qırışıqlar və palçıq vulkanizmi ilə əlaqədar alçaq tirə və yüksəkliklər (Qırovdağ, Babazənən, Mişovdağ, Qalmas, Bozdağ, Xıdırlı, Bəndovan və s.) səciyyəvidir. Yataqlarında akkumulyasiya prosesi gedən çay dərələri dayaz və meandırlıdır. Şirvan düzündə gətirmə konusları inkişaf etmişdir. Ovalığın mərkəzi hissəsi və eləcə də Muğan və Salyan düzlərində qədim çay dərələri, yataqyanı yallar, axmazlar, subaeral deltalar, Cənub-Şərqi Şirvan düzündə deflyasiya çalaları, dyunlər, qədim və müasir sahil bəndləri geniş yayılmışdır. Süni suvarma və meliorasiya tədbirləri və başqa antropogen təsirlər nəticəsində ovalığın səthinin parçalanması, yuyulması və şorlaşması prosesləri güclənir. Yarımvilayətdə Şirvan, Cənub-Şərqi Şirvan, Küryanı, Muğan və Salyan geomorfoloji rayonları ayrılır.

4. Kiçik Qafqazın dağətəyi maili düzənliklər yarımvilayəti

[redaktə | mənbəni redaktə et]

Xram çayından Araz çayınadək Kürün sağ sahilindəki dağətəyi sahəni əhatə edir. Uzunluğu təqr. , eni 12 km-dən 30 km-ədəkdir. Səthi Son Pliosen-antropogenin gillicəli-çaqıldaşılı kontinental çöküntülərindən təşkil olunmuşdur. Düzənliyin yalnız Kürək və Tərtər çayları arasındakı hissəsində alçaq tirələr və təpələr (Naftalan, Qüdəkboz, Duzdağ) inkişaf etmişdir. Dağlıqla sərhədi tektonik qırılma boyunca keçir. Kür-Araz ovalığına keçidi tədricidir. Səthi Kiçik Qafqaz dağlarından başlanan və Kürün sağ qollarını təşkil edən çayların dərələri ilə kəsilmişdir. Dərininə parçalanma 10–15 m-dən 100–220 m-ə, bəzi yerlərdə (Tərtər çayı dərəsi) 220–250 m-ə çatır. Ən səciyyəvi relyef formaları gətirmə konusları və konuslararası çökəkliklərdir. Düzənliyin Naftalan-Qazanbulaq hissəsində və Kür çayı dərəsinin yamaclarında (Ağstafa və Şəmkir çaylarıarası) sıx yarğan-qobu şəbəkəsi inkişaf etmişdir. Yarımvilayət daxilində Gəncə-Gazax, Qarabağ və Mil geomorfoloji rayonları ayrılır.[1]

Kənar Kiçik Qafqaz geomorfoloji vilayəti

[redaktə | mənbəni redaktə et]

Kiçik Qafqaz dağlıq sisteminin şm.-ş. kənar oroqrafik vahidlərini əhatə edir. Silsilələr burada bir-birindən tektonik çökəkliklərlə ayrılır. Geomorfoloji xüsusiyyətlərində eroziya prosesləri mühüm yer tutur. Bu vilayət üç geomorfoloji yarımvilayətə (Şimal-şərq yamac, şərq yamac və cənub-qərb yamac) bölünür:[1]

1 . Şimal — şərq yamac yarımvilayəti

[redaktə | mənbəni redaktə et]

Şahdağ və Murovdağ silsilələri, Şəmkir günbəzvarı yüksəkliyi, Başkənd-Dəstəfur çökəkliyi və s. daxildir. Bu yarımvilayət silsilələrin intensiv erozion parçalanması və qayalıqların geniş yayılması ilə səciyyələnir. Qravitasiyanın təsiri ilə gedən proseslər inkişaf etmişdir. Yüksəkdağlıqda buzlaq relyef formaları var. Orta və alçaqdağlıq qurşaqlarda dağdaxili çökəkliklər və çay dərələri inkişaf etmişdir. Düzəlmə səthləri, maqmatik mənşəli yüksəkliklər geniş yayılmışdır. Yarımvilayət Ağstafa, Şəmkir, Daşkəsən-Ağca kənd, Şahdağ və Murovdağ geomorfoloji rayonlarına bölünür.

2. Şərq yamac yarımvilayəti

[redaktə | mənbəni redaktə et]

Əsasən, Qarabağ silsiləsi ilə təmsil olunmuşdur. Silsilənin suayırıcı hissəsində, 1800–2000 m-dən yüksəkdə yamaclar çılpaqdır, intensiv parçalanmışdır. Qravitasiya relyef formaları inkişaf etmişdir. Orta və alçaq dağlıqda düzəlmə səthləri yayılmışdır. Struktur və struktur — denudasion mənşəli tirə və silsilələr, onların əhatə etdiyi dağarası çökəkliklər (Xaçınçay, Dovşanlı, Həsənabad və s.) inkişaf etmişdir. Həsənabad (Xankəndi) çökəkliyi ilə Bağırxan (Boğurxan) silsiləsinin qovuşduğu yerdə fəal tektonik çat boyunca seysmotektonik proseslərin fəaliyyəti nəticəsində iri qaymalı uçqun şleyfləri yaranmışdır. Alçaq dağlıqda intruziv mənşəli dağ massivləri və yüksəkliklər (Qalayçı, Bozdağ, Qazançı və s.) yayılmışdır. Silsilə cənub-şərqdə alçalaraq Aşağı Araz çökəkliyində maili düzənliyə keçir. Bu yarımvilayətdə aşağı Araz geomorfoloji rayonunu ayrılır.[1]

3. Cənub – qərb yamac yarımvilayəti

[redaktə | mənbəni redaktə et]

Həkəri çayı və qismən də Tərtər çayının yuxarı hövzəsini əhatə edir. Relyefi dərin erozion parçalanmaya məruz qalmış, bəzi yerlərdə vulkanogen çöküntülər altında basdırılmışdır. Tektonik-denudasiya və litostruktur mənşəli silsilə və tirələr, intruziv massivlər (Dəlidağ və s.), dağarası çökəkliklər (Pircan, Laçın və s.) səciyyəvidir. Suayırıcılarda və yamaclarda düzəlmə səthi qalıqları, Mıxtökən, Çalbayır silsilələrinin yamaclarında qayma tipli səpintilər, çay dərələrində terraslar müşahidə edilir. Karst inkişaf etmişdir. Yarımvilayətdə Kəlbəcər, Mıxtökən və Həkəri geomorfoloji rayonları ayrılır. 

Daxili Kiçik Qafqaz geomorfoloji vilayəti

[redaktə | mənbəni redaktə et]

Pliosen və antropogendə vulkanik fəaliyyətin gücləndiyi əraziləri və həmçinin relyefi arid iqlim şəraitində inkişaf edən dağları və dağdaxili çökəklikləri əhatə edir. Burada vulkanik və buzlaq relyef formaları (karlar, təknəvarı dərələr, moren təpələri və s.) geniş yayılmışdır. Müasir dövrdə relyefin inkişafında flüvial proseslərlə yanaşı arid-denudasion proseslər əsas yer tutur. Bu vilayət Qarabağ vulkanik yaylası, Arazyanı silsilələr və Naxçıvan (Orta Araz) çökəkliyi geomorfoloji yarımvilayətlərinə bölünür.[1]

1. Qarabağ vulkanik yaylası yarımvilayəti

[redaktə | mənbəni redaktə et]

Relyefin əsasını Pliosen-antropogendə baş vermiş vulkanizm nəticəsində əmələ gəlmiş lava örtükləri, axınları və vulkan konusları təşkil edir. 3000–3500 m hündürlükdə yerləşən mərkəzi hissənin relyefi dalğavarıdır. Əsas püskürmə mərkəzləri olan Böyük İşıqlı, Qızılboğaz və Keçəldağ vulkan konusları qədim buzlaq və müasir nival relyef formalarının olması ilə səciyyələnir. Lava örtüklərı parçalanmamış yastı, pilləli səthə malik yayla, axınları isə Tərtər, Həkəri, Bazarçay və Arpaçay dərələrinin mənbələrində 25– uzunluğunda lava dilləri əmələ gətirmişdir. Qırmızıdağ, Ayıçınqılı və Pəriçınqıl püskürmə mərkəzləri ətrafında cavan lava qatında aşınma nəticəsində çınqıllıqlar yaranmışdır. Yaylanın səthində hidroqrafik şəbəkə zəif inkişaf etmişdir və dərin dar dərələr əmələ gətirmişdir. Qapalı sahələrdə göllər var. Yarımvilayət daxilində Qızılboğaz-İşıqlı, Alagöllər-Çalbayır, Şərqi Göyçə və Yazı geomorfoloji rayonları ayrılır.

2. Arazyanı silsilələr yarımvilayəti

[redaktə | mənbəni redaktə et]

Dərələyəz, ZəngəzurBərgüşad silsilələrini əhatə edir. Qədim maqmatizm nəticəsində əmələ gəlmiş relyef formaları əsas yer tutur. Yüksəkdağlıq qayalıqların və ufantı materiallarının geniş yayılması ilə səciyyələnir. Qədim buzlaq relyef formaları inkişaf etmişdir. Erozion parçalanmanın dərinliyi 1200 m-dən çoxdur. 2400 m-dən aşağılarda düzəlmə səthləri, dağdaxili çökəkliklər (Badamlı, Tirkeş, Əylis və s.), daha aşağılarda isə monoklinal silsilə və tirələr, sinklinal platolar yayılmışdır. Bunların yamaclarında bedlend və psevdokarst formaları inkişaf etmişdir. Yarımvilayət daxilində Dərələyəz, Zəngəzur və Bərgüşad geomorfoloji rayonları ayrılır.

3. Naxçıvan (Orta Araz) çökəkliyi yarımvilayəti

[redaktə | mənbəni redaktə et]

Dağətəyi və Arazboyu düzənlikləri əhatə edir. Akkumulyasiya prosesləri geniş yayılmışdır. Düzənliklə dağların sərhədi boyu ekstruziv kütlələr (Nəhəcir, Əlincə, İlandağ və s.) relyefdə kəskin əks olunmuş ayrı-ayrı günbəzvarı yüksəkliklər əmələ gətirir. Arazboyu alçaq tirə və platoların yamaclarında arid-denudasion relyef formaları (bedlend, psevdokarst) geniş yayılmışdır. Yarımvilayətdə Şərur, Nehrəm, Ordubad geomorfoloji rayonları ayrılır.[1]

Talış geomorfoloji vilayəti

[redaktə | mənbəni redaktə et]

Talış dağlarını (Talış, Peştəsər, Dizdoni və Burovar silsilələri) və Lənkəran ovalığını əhatə edir. Relyefin səciyyəvi xüsusiyyətlərindən biri silsi- lələr arasındakı geniş çökəkliklərin (Yardımlı, Qosmolyan, Diman və s.) olmasıdır. Burada inversiya nəticəsində yüksəkdağlıqda əmələ gəlmiş dağ-yarımsəhra və quru-çöl iqlimi şəraitində arid-denudasion prosesləri və müvafiq relyef formaları inkişaf etmişdir. Silsilələr çay şəbəkəsi ilə kəskin parçalanmışdır. Onların suayırıcında və yamaclarında düzəlmə səthləri geniş yayılmışdır. Şimal yamaclarında sürüşmələr müşahidə edilir. Çay dərələrində çay terrasları, Lənkəran ovalığına tərəf yönəlmiş yamaclarda isə dəniz terrasları əmələ gəlmişdir. Çayların suayırıcıları nisbətən hamar, çay dərələrinin yamacları isə az meyillidir. Vilayət daxilində Lənkəran, Burovar, Yardımlı, Peştəsər, Zuvand və məxsusi Talış (silsilə) geomorfoloji rayonları ayrılır.[1]

  1. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 Azərbaycan Respublikasının Coğrafiyası. I cild. "Regional Coğrafiya". Bakı, 2015, səh.43. Əlizadə E. K., Tarixazər S. Ə.