Qusar maili düzənliyi Azərbaycanın şımalında Qudyalçay və Samurçay arasında maili düzənlik. Yan silsilənin ətəklərindən başlayır və Samur-Dəvəçi ovalığına qədər uzanır. Quba və Qusar rayonlarının inzibati ərazisinə uyğun gəlir.[1]
Qusar maili düzənliyi | |
---|---|
Ümumi məlumatlar | |
Sahəsi | 1.800 km² |
Coğrafiyası | |
Çaylar | Qudyalçay, Qaraçay, Qusarçay |
Yerləşməsi | |
41°32′02″ şm. e. 48°45′04″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Quba rayonu, Qusar rayonu |
|
Qusar maili düzənliyi Azərbaycnın şimalında Böyük Qafqazın şimal şərqində yerləşir[2]. Düzənlik qərbdə daha geniş (25-30 km) olub, cənub-şərqdə ensizləşərək Gəndob kəndi ətrafında qurtarır. Onun səthini bir sıra çayların qolları kəsir. Bunlardan Qusarçay, Qudyalçay daha dərinə kəsilmiş və yamacları qutuvari dərələr əmələ gətirmişdir. Qusar maili düzənliyi əsasən yuxarı pliosen və dördüncü dövrün qalın çınqıldaşı, qum və giləciklərindən əmələ gəlmişdir[1].
Böyük Qafqaz dağları qüvvətli qalxdıqda düzənliyin cənub kənarı da qalxmağa başlamış və onun səthi maili vəziyyətə düşmüşdür.Qusarçayın dərəsi boyu düzənliyin cənub-qərb hissəsi 1900 metrə qədər qalxmışdır.Buna görə də bu sahələr dağlıq xüsusiyyətə malikdir.
Maili Qusar düzənliyindən cənub-şərqdə Samur-Dəvəçi ovalığı ilə yan silsilə arasında paleogen və neogenin dəniz və kontinental çöküntülərindən qurulmuş alçaq dağlar sıralanır. Burada Tələbi, Qaynarça və s. tirələri, Rustov çökəkliyi, Vəlvələçayın, Qaraçayın, Ağcaçayın, cənub-şərqdə isə Gilgilçayın nisbətən geniş, bəzi qutuvari dərələri yerləşir[1].