Georgi Çelpanov

Georgi İvanoviç Çelpanov (28 aprel 1862[1] və ya 16 (28) aprel 1862[1], Mariupol, Yekaterinoslav quberniyası[2]13 fevral 1936[2][1], Moskva[2]) — rus alimi, professor. Çelpanovun ən böyük xidməti Psixologiya İnstiutunu yaratmasıdır.

Georgi Çelpanov
Doğum tarixi 28 aprel 1862(1862-04-28)[1] və ya 16 (28) aprel 1862[1]
Doğum yeri
Vəfat tarixi 13 fevral 1936(1936-02-13)[2][1] (73 yaşında)
Vəfat yeri
Elm sahələri məntiq
Elmi dərəcələri
Elmi adı
  • Moskva İmperator Universiteti[d]
İş yerləri
Təhsili
Elmi rəhbərləri Vilhelm Vundt
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

G.İ.Çelpanov 1887-ci ildə Novorossiysk Universitetinin tarix-filologiya fakültəsini bitirib. 1897-ci ildə o, Almaniyada Vundtun laboratoriyasında təcrübə keçir. 1907-ci ildə o, Moskvaya köçür və Moskva Universitetində fəlsəfə kafedrasına rəhbərlik edir.

1912-ci ildə Moskva Universitetinin nəzdində professor Georgi İvanoviç Çelpanovun təşəbbüsü və rəhbərliyi ilə Rusiyada ilk, dünyada III Psixologiya İnstitutu yaradıldı.

Psixologiya İnstitutu formal olaraq 1912-ci ildə yaradılsa da, faktiki olaraq 1914-cü ildən fəaliyyətə başlamışdır. 1923-cü ildə onu nəinki universitetdən, hətta rəhbərlik etdiyi Psixologiya İnstitutundan işdən qovurlar.

Lakin az sonra o, Dövlət Rəssamlıq Akademiyasında dərs deyir. 1927-ci ildə onun sonuncu kitabı nəşr olunur. 1930-cu ildə isə o, tamamilə işsiz qalır.

  1. 1 2 3 4 5 6 Педагоги и психологи мира (rus.). 2012.
  2. 1 2 3 4 5 6 Челпанов Георгий Иванович // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.