Vilhelm Maksimilian Vundt (alm. Wilhelm Maximilian Wundt; 16 avqust 1832[1][2][…], Nekarau[d], Baden knyazlığı[d][4] – 31 avqust 1920[3][1][…], Leypsiq, Saksoniya[d][4]) — alman psixoloq, filosof və fizioloqu. Dünyada ilk eksperimental psixologiya laboratoriyasının yaradıcısı (Leypsiq universitetində 1879-cı il), psixologiya elmi ilə bağlı bir sıra qiymətli əsərlərin müəllifidir. Özünün "Xalqların psixologiyası" əsərində mədəni-tarixi hadisələrin (əsatir, din, incəsənət və s.) psixoloji şərhini verməyə çalışmışdır.
Vilhelm Vundt | |
---|---|
alm. Wilhelm Wundt | |
Doğum adı | Wilhelm Maximilian Wundt |
Doğum tarixi | 16 avqust 1832[1][2][…] |
Doğum yeri |
|
Vəfat tarixi | 31 avqust 1920[3][1][…] (88 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Elm sahələri | fiziologiya, Millətlərin psixologiyası, eksperimental psixologiya |
Elmi dərəcəsi |
|
İş yerləri |
|
Təhsili | |
Tanınmış yetirmələri | Vladimir Bexterev, Frans Boas, Emil Durkhaym, Edmund Husserl, Bronislav Malinovski, Corc Mid |
Üzvlüyü |
|
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
1879-cu ildə Leypsiq şəhərində Vilhelm Vundt məşhur eksperimental psixologiya laboratoriyasını yaratdı. Əslində Vundtun laboratoriyası psixologiya tarixində üçüncü laboratoriya idi. Lakin birinci iki laboratoriya diqqəti cəlb etməmiş və psixologiya elminin inkişafında əsaslı rol oynamışdır. Vundtun laboratoriyası isə qısa müddət ərzində nəinki Almaniyada, həm də bütün dünyada psixologiya elminin inkişafına böyük təsir göstərdi. О bir növ dünya psixologiyasının Məkkəsinə çevrildi: psixoloqlar müxtəlif ölkələrdən Leypsiq şəhərinə axışıb gəlir, Vundtun laboratoriyası ilə tanış olur və öz ölkələrində onun timsalında eksperimental laboratoriyalar yaradırdılar. Bir qədər sonra Vundtun laboratoriyası əsasında dünyada ilk Eksperimental Psixologiya İnstitutu təşkil olundu. Beləliklə, psixologiya eksperimental elmə çevrilməklə yanaşı, müstəqil bir elm kimi inkişaf etməyə başladı.