Georgi Fedotov

Georgi Petroviç Fedotov (rus. Гео́ргий Петро́вич Федо́тов, 13 oktyabr 1886 - 1 sentyabr 1951) — Rusiya filosofu, publisisti.

Georgi Fedotov 1886-cı ildə Saratovda quberniya dəftərxanası işçisi ailəsində anadan olmuşdu.

Dəfələrlə «qanlı çar rejimi» tərəfindən həbsxanalara salınan, Almaniyaya sürgün olunan filosof geri döndükdən sonra Kütləvi kitabxanada çalışır. Fevral inqilabından təşvişə düşən G.Fedotov əksər rus ziyalıları kimi o da çar Rusiyasının dağılmasında özünün də günahkar olduğunu etiraf edərək «bu günahın yuyulmasının çox ağır olacağını» vurğulayırdı.

1925-ci ildən başlayaraq filosof Berlinin, ParisinAvropanın digər şəhərlərinin ilahiyyat universitetlərində mühazirələr oxuyur, daha sonra isə ABŞ-yə köçür. Onun Rusiyanın tarixi taleyi ilə bağlı antisovet xarakterli fəlsəfi məqalələrindən biri də ilk dəfə Parisdə çıxan «Rusiya tələbə xristian hərəkatı xəbərləri»nin 1 və 2-i saylarında çap olunan «Rusiya yaşayajaqmı ?» məqaləsidir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]