Georq Avqust Qoldfus

Corc Avqust Qoldfus (alm. Georg August Goldfuß‎; 18 aprel 1782, Turnau - 2 oktyabr 1848, Bonn) — alman bioloqu, paleontoloqu, mineraloqu və botaniki.

Corc Avqust Qoldfus
Georg August Goldfuß
Corc Avqust Qoldfus
Corc Avqust Qoldfus
Doğum tarixi
Doğum yeri Turnau, Müqəddəs Roma imperiyası
Vəfat tarixi (66 yaşında)
Vəfat yeri Bonn, Prussiya krallığı
Milliyyəti alman
Elm sahələri Paleontologiya
Zoologiya
Mineralogiya
Botanika
İş yerləri
Təhsili
  • Erlangen-Nürnberq Universiteti[d]
Tanınır "Petrefacta Germaniae"
Üzvlüyü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qoldfus 1782-ci ilin 18 aprelində Bayroyt şəhəri yaxınlığındakı Turnauda anadan olmuşdur.[1] Təhsil aldığı Erlanqen-Nüremberq Universitetindən 1804-cü ildə məzun olaraq 1818-ci ildə zoologiya professoru olmuşdur. Daha sonra Bonn Universitetinə zoologiyamineralogiya professoru olaraq göndərilmişdir. Paleontoloq Kont Corc zu Münsterin köməyi ilə Almaniyadakı onurğasız heyvanları rəsm etmək üçün "Petrefacta Germaniae" (18261844) adlı kitabını nəşr etdirmiş, amma dəniz mərcanlarını, dərisitikanlıları, molyuskaları, dəniz zanbaqlarını rəsm etdikdən sonra yarıda buraxmışdır. Qoldfusun botanik kolleksiyası indi Bonn Universitetində mühafizə olunur.[2] 1848-ci ilin 2 oktyabrında Bonnda vəfat etmişdir.

  1. "Arxivlənmiş surət". 2014-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-22.
  2. "Arxivlənmiş surət". 2014-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-22.